bəlgə sözü azərbaycan dilində

bəlgə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bəlgə • 92.0000%
  • BƏLGƏ • 4.0000%
  • Bəlgə • 4.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəlgədağ
Bəlgədağ — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda dağ. == Toponimik izah == Dağı adı, ehtimal ki, türk dillərindəki "bəlgə" (nişan) sözündəndir. Bundan başqa bəlgə döyüşdə qalxanı əvəz edən əşyaya (ağaca) da deyilir.
Bəlgəşir (Xudabəndə)
Bəlgəşir (fars. اقچه قيه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,499 nəfər yaşayır (275 ailə).

bəlgə sözünün leksik mənası və izahı

  • 1 is. etnoqr. 1. El arasında evlənən oğlan tərəfindən qız evinə göndərilən birinci nişan – üzük və örpək. 2. məh. Əkin yerlərinin hüdudunu göstərən nişan, mərz. 3. məc. Bəhanə, səbəb, dəlil, tutarğa. Əlində bəlgə etmək. 4. məh. Vuruşma zamanı qorunmaq üçün qola sarınan sarğı.

    Azərbaycan dilinin izahlı lüğəti / bəlgə
  • 2 1. Oğlan tərəfindən qız evinə göndərilən birinci nişan – üzük və örpək. 2. Məcazi mənada: bəhanə, səbəb, dəlil, tutarğa. 3. Vuruş zamanı qola sarılan şey. Qurbani der: bu dərdləri biləsiz, Qohum-qardaş yığılasız, gələsiz, Adna axşamında bəlgə qoyasız, Kəsilə qovğası, qalı qızların.                                      (“Qurbani”)                        * Pünhan yanına getdiyim, Üzdən busə götürdüyüm, Şanasın bəlgə getdiyim, Yarımdan xəbərin varmı?                (“Abdulla və Cahan”) Dastanda nişanə, yadigar mənasında da işlənir: Cahan xanım özü də Abdullanın darağını götürdü. Çoban işi belə görəndə çomağı çəkib, çuxasını bəlgə elədi. (“Abbas və Gülgəz”)

    Azərbaycan dastanlarının leksikası / bəlgə

bəlgə sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 BƏLGƏ I is. etnoqr. El arasında evlənən oğlan tərəfindən qız evinə göndərilən birinci nişan – üzük və örpək. BƏLGƏ II is. məh. Gönü aşılamaq üçün nar qabığı və yarpağından hazırlanmış un. Bəlgə qurtardı, gön isdaxda qaldı (“Dialektoloji lüğət”). BƏLGƏ III is. məh. Vuruş zamanı qola sarınan qalın parça. BƏLGƏ IV is. Bəhanə, səbəb, dəlil. Sən də bunu əlində bəlgə tutub, məni hər dəqiqə pərt eləmə. BƏLGƏ V is. Sərmayə, maya. A bala, əlində bəlgə saxla, lazım olar.

    Azərbaycan dilinin omonimlər lüğəti / bəlgə

bəlgə sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. диал. 1. этногр. кольцо и шёлковый головной платок, посланные женихом девушке как знак обручения 2. кожаный или матерчатый нарукавник, надеваемый во время драки 3. межа (граница земельных участков) 4. довод, доказательство, основание

    Azərbaycanca-rusca lüğət / bəlgə

bəlgə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. этногр. 1. свас гъизвай гадади рушан кӀвализ ракъурдай сад лагьай лишан; тупӀални шал; 2. нугъ. белген, мезре, мерз (никӀерин часпарар къалурдай лишан); 3. пер. белге, багьна, себеб, делил; 4. нугъ. кикӀидамаз зарар галукь тавун патал гъилел алчукдай затӀ.

    Azərbaycanca-ləzgicə lüğəti / bəlgə

bəlgə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Gəncə, Kəlbəcər, Kürdəmir, Oğuz, Ordubad, Şəmkir, Zəngilan) bax bəliyə. – Qıza bəlgə aparallar (Oğuz); – Bizim kətdə bəlgəsiz qız verməzdər (Zəngilan); – Bu axşam Zeynava bəlgə aparajaxlar (Şəmkir) II (Salyan) bəhanə ◊ Bəlgə gətirmək (Salyan) – bəhanə etmək. – Yaxşı adam bəlgə gətirməz III (Bakı) şaftalı qaxı. – Ordubatdan gələndə birez bəlgə getirmişdim, mənnəm hasının qəzəbinə gəlib IV (Ağdam, Bakı, Cəbrayıl, Cəlilabad, Əli Bayramlı, İmişli, Kürdəmir, Salyan, Zəngilan) vuruşma zamanı müdafiə üçün qola sarınan sarğı. – Qolumda bəlgə olmaseydi, vuruf sümüyümü sındırmışdı (Ağdam); – Dava eliyəndə çuxamızı qolımıza dolayırduğ, oa bəlgə deyərdüğ (İmişli); – Bəlgəni qolə doleylər (Cəlilabad) V (Ağdam, Salyan) əkin sahələrinin sərhədini bildirən nişan. – Bu yerə bəlgə qoy (Ağdam); – Arbatan qolxozuynan bizim qolxozun bəlgəsi fermənin yanındadı (Salyan) VI (Şuşa) gön aşılamaq üçün narın qabığından və yarpağından hazırlanmış maddə. – Bəlgə qutardı, gön istaxda qaldı VII (Zəngilan) boyaqçılıqda istifadə olunan bitki VIII (Bakı, Salyan) sənəd, əsas. – Əlündə bəlgön var ki, belə di:rsən? (Bakı) IX (İmişli, Kürdəmir) batmaması üçün balıq torunun yan iplərinə bağlanan qamış. – Torun üst ciyəsinə bəlgə bağlanır (Kürdəmir); – Lələ, torun bəlgəsi sınıb, qarğı gətrim düzəldəg (İmişli) X (Masallı) çox duzlu

Azərbaycan dilinin dialektoloji lüğəti.

"bəlgə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəlgə nədir? #bəlgə sözünün mənası #bəlgə nə deməkdir? #bəlgə sözünün izahı #bəlgə sözünün yazılışı #bəlgə necə yazılır? #bəlgə sözünün düzgün yazılışı #bəlgə leksik mənası #bəlgə sözünün sinonimi #bəlgə sözünün yaxın mənalı sözlər #bəlgə sözünün əks mənası #bəlgə sözünün etimologiyası #bəlgə sözünün orfoqrafiyası #bəlgə rusca #bəlgə inglisça #bəlgə fransızca #bəlgə sözünün istifadəsi #sözlük