* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 bağl. 1. Ola bilər, ola bilsin, ehtimal, şayəd, ola ki, olsun ki. Bəlkə bu gün axşam yağış ara verdi. – [Fəxrəddin:] Bəlkə mən tez qayıtdım. Başqasını götürməyin. M.S.Ordubadi. Cuma düşündü ki, bəlkə … Marala onun haqqında bəzi şübhəli şeylər demişlər. Ə.Əbülhəsən. 2. İrəlidə söylənmiş fikrin əksini ifadə edir. Məsələ sən deyən kimi deyil, bəlkə mən deyən kimidir. 3. Hətta, heç. Bu işi bir günə deyil, bəlkə iki günə görüb qurtarmaq olmaz. 4. “Də” ədatı ilə: bəlkə də – tərəddüd, şübhə, qeyri-müəyyənlik ifadə edir. Bəlkə də, sən deyəndir. – [Atabəy:] Mələkə, səni bir başqası üçünmü saxlamışdır? Səba xanım utanaraq, yavaşcadan dedi: – Bəlkə də. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / bəlkə1 Bilmək, bəlli kəlmələri ilə kökdaşdır, bilmək feili zəminində əmələ gəlib, lakin qətiyyət yox, şübhə bildirir, bilmək sözünün həm forma, həm də mənaca dəyişmiş formasıdır. Alınma söz də hesab edirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bəlkə4 BƏLKƏ [Qiyas:] Bəlkə hər halda mənə bir stəkan çay verəsən (Anar); OLMAYA Olmaya, sən məni biiqrar sandım... (M.P.Vaqif); ŞAYƏD (köhnə) Əgər mən Məşədi Qulamhüseyni yaxşı tanımamış olsaydım, xəyalıma gələrdi ki, şayəd yalan deyir... (C.Məmmədquluzadə); YOXSA Gülnar anasına: Nə olub, ana? Yoxsa atamdan pis bir xəbər var? (M.İbrahimov).
Azərbaycan dilinin sinonimlər lüğəti / bəlkə2 вводн. сл. 1. может быть, может. Bəlkə, sabah vaxtım olmadı может быть, завтра у меня не будет времени; bəlkə də, sən haqlısan может быть, ты прав 2. возможно, авось. Bəlkə də, gəldi авось, придёт, bəlkə də, qayıtdı возможно, вернётся II против. союз. но и, а то. Bu işi bir günə deyil, bəlkə, iki günə də görüb qurtarmaq olmaz эту работу не только за день, но и за два не выполнишь
Azərbaycanca-rusca lüğət / bəlkə1 mod. sif. peut-être ; il se peut que (+ subj) ; ~ mən haqsızam peut-être ai-je tort ; il se peut que j’aie tort ; ~ bir bizə gələsiniz? peut-etre passerez-vous chez nous?
Azərbaycanca-fransızca lüğət / bəlkə