Barbu sözü azərbaycan dilində

Barbu

Yazılış

  • Barbu • 62.5000%
  • barbu • 25.0000%
  • BARBU • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nataliya Barbu
Nataliya Barbu — məşhur moldovalı müğənni, skripka ifaçısı. == Həyatı == Nataliya Barbu 22 avqust, 1979-cu il tarixində Moldovanın Beltsı şəhərində anadan olmuşdur. Həmçinin skripka ifaçısı kimi də tanınan Nataliya hazırda SONY BMG şirkəti ilə əməkdaşlıq edir. Yerli “Moldstar”, beynəlxalq müsabiqələr - “Slavyan bazarı”, “Mamamia” və “Yeni dalğa” kimi yarışların mükafatçısıdır. Əsasən pop-rok və qotik-rok janrında mahnılar ifa edir. 2007-ci ildə “Fight” (“Döyüş”) adlı mahnı ilə Moldovanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 109 xal toplayaraq 10-cu olmuşdur.
Antiqua və Barbuda
Antiqua və Barbuda — Vest-Hinddə, Karib Dənizinin şərqində, Kiçik Antil adaları arxipelaqının Küləktutan adalar qrupunda dövlət. == Ümumi məlumat == Antiqua, Barbuda, Redonda (məskunlaşmamışdır) adalarından və Antiqua adası yaxınlığındakı bir neçə xırda adadan ibarətdir. Sahəsi 443 km2 (o cümlədən Antiqua a. – 281 km2, Barbuda a. – 161 km2). Əhalisi 71,3 min (2004). Paytaxtı Sent-Cons şəhəridir (Antiqua adasında). Rəsmi dili ingilis dili, pul vahidi Şərqi Karib dollarıdır. İnzibati cəhətdən 6 icmaya və 2 qəyyumluq altında olan əraziyə (Barbuda, Redonda) bölünür. Antiqua və Barbuda BMT-nin (1981) və ADT-nin (1981) üzvüdür.
Antiqua və Barbuda bayrağı
Antiqua və Barbuda bayrağı — Antiqua və Barbudanın Dövlət bayrağı
Antiqua və Barbudada ali təhsil
Antiqua və Barbudada təhsil - Ölkədə savadlılıq 90% səviyyəsindədir. 1998-ci ildə Antiqua və Barbudada Karib dənizi hövzəsi üçün tibb xidmətinin təşkil edilməsi üçün xüsusi proqram qəbul edildi. Bu proqram daxilində ölkdə müasir avadanlıqlarla təchiz edilimiş tibbi mərkəzlər və xəstəxanalar tikilir. Antiqua adasında 1882-ci ildə yaradılmış Antiqua Tibbi Elmlər Universiteti (UHSA) və 2004-cü ildən fəaliyyət göstərən Antiqua Amerika Universiteti (AUA) vardır. Həmçinin Antiqua Dövlət Kolleci və Antiqua və Barbuda İnformasiya texnologiyaları İnstitutu da fəaliyyət göstərir. Vest-İndia Universitetinin Antiqua filialı da mövcuddur.
Antiqua və Barbuda–Azərbaycan münasibətləri
Antiqua və Barbuda–Azərbaycan münasibətləri — Antiqua və Barbuda ilə Azərbaycan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin aprel ayının 5-də qurulmuşdur.
Barbudos
Barbudos — Fidel Kastronun Kuba inqilabı dövründəki silahlı döyüşçülərini nəzərdə tutan ifadə. İngilis tarixçisi və yazıçısı Hyu Tomas özünün “Kuba inqilabı” (1986) kitabında qeyd edir: “Barbudoslar içki içmir, qarət etmir, özlərini müqəddəslər kimi aparırlar.
Barbur qraflığı (Alabama)
Barbur dairəsi (ing. Barbour County) — ABŞ-nin Alabama ştatının cənub-şərq hissəsində qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 27.457 nəfər olmuşdur. Qraflıq mərkəzi Kleyton şəhəridir. Virciniya qubernatoru olmuş Ceyms Barburun şərəfinə adlandırılmışdır.
Barbus
Şirbit (lat. Barbus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. == Təsviri == Şirbitlər əsasən Cənubi və Cənub-Şərqi Asiya, Afrika, Avropada yayılmışdır. bədənləri uzadılmış formadadır, quyruq üzgəcləri iki tirəlidir. Dişilər iri qarınları səbəbiylə daha böyük görünür. kürüləmə dövründə erkəklər daha parılaq görünür.
Barbus brachycephalus
Xəzər şirbiti (lat. Luciobarbus brachycephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. Dənizin cənub və qərb hissələrində yayılmışdır və adətən sahilə yaxın 13-24 m dərinliklərdə yaşayır. Keçici balıqdır, çoxalmaq üçün Kür, Səfidrud, Lənkəran, Qorqan, həmçinin Terek çaylarına girir. Xəzər şirbitinin kürü vermək üçün çaya girməsi ildə 2 dəfə yaz və yay-payız aylarında müşahidə olunur. Kütləvi çaya girmə yazda (martda) suda temperatur 6,7-11°C olduqda başlayır və aprelin sonunadək davam edir. Yay mövsümündə isə suyun temperaturu 25,2 - 27,2°C olduqda baş verir. Küləkli havalar, xüsusən dənizdən əsən küləklər, balıqların çaya girməsini sürətləndirir. Xəzər şirbiti iri balıqdır, ovlanmış balıqlar içərisində 10-15 kq ağırlığında fərdlərə rast gəlmək olur, lakin kütləsi 2-6 kq olanlar çoxluq təşkil edir. Xəzər şirbiti ləng böyüyən və gec cinsi yetişkənliyə çatan balıqdır: dişilər 7-9 yaşında, erkəklər isə dişilərdən 1-2 il tez cinsi yetişkənliyə çatır.
Barbus ciscaucasicus
Terek şirbiti (lat. Barbus ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. Orta saylıdır. == Xarakterik morfoloji əlamətləri == Xarici görünüşcə Kür şirbitinə oxşayır, lakin ondan gözlərinin kiçik və pulcuqlarının xırda olması ilə fərqlənir. Alnının eni azdır, bədəninin quyruq hissəsi nisbətən uzundur. Bədənin uzunluğu 26.0 sm-ə, kütləsi 270 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Suyu sürətlə axan və dibi daşlı olan çaylarda yaşayır. Ömrün uzunluğu orta hesabla 4-5 il olub, cinsi yetkinliyə 1-2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.
Barbus lacerta
Kür şirbiti (lat. Barbus lacerta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Nisbətən kiçik pulcuqları ilə fərqlənir. Bel üzgəcində 8(7), anal üzgəcində 5 şüa var. Udlaq dişləri 2.3.5-5.3.2. Yan xətt pulcuqlarının sayı 55-72-dir. Yan xətdən yuxarı 9-13, aşağı 6-10-dur. Bədəni uzunsovdur, 2 cüt bığcığı var. Uzunluğu 40 sm-dir. Çəkisi 460 q-dır.
Sumatra barbusu
Sumatra barbusu, və ya Sumatra puntiusu (lat. Puntigrus tetrazona) sazankimilər fəsiləsinə aid şüa üzgəcli balıq növüdür. Populyar akvarium balığıdır . == Yaşayış arealı == Sumatra və Kalimantan adalarının sularında yaşayır. 1935-ci ildə Avropaya gətirilmişdir. == Təsviri == Çox aktiv və cəld balıqlardır. Başlayan akvariumçular üçün tövsiyə olunur.] Açıq sarımtıl-qəhvəyi rəngli gövdəsi və 4 ədəd vertikal qara zolağı var. Akvariumda saxlamaq üçün 22–24 °C temperatur, 17 ° -ə qədər sərtlik, pH 6.5–7.0 olan su tələb olunur. 15 °C-ədən aşağı temperaturda sağ qala bilir, amma belə şərait tövsiyə olunmur. Cinsi yetkinliyə 12 aylıq olanda çatırlar və bir dəfəyə 500-ə qədər kürü tökürlər.
İan Barbur
İan Gram Barbur (ing. Ian Graeme Barbour; 5 oktyabr 1923, Pekin – 24 dekabr 2013, Minneapolis, Minnesota) — 1923-cü ildə Çin Xalq Respublikasının paytaxtı olan Pekin şəhərində dünyaya göz açmış, 2013-cü ilin dekabr ayında 90 yaşında Amerikada vəfat etmişdir. == Təhsili == İ.Barbur 20 yaşında "Syortmor" kollecini (Swarthmore College) bitirmiş, 1946-cı ildə Dyuk Universitetində (Duke University) fizika üzrə magistr təhsili almışdır. Daha sonra müasir nəzəri və ekspremental fizikaya böyük töhfələr vermiş dahi italyan fiziki Enriko Ferminin (Ernico Fermi −1901–1954) yardımçı və köməkçisi olmuşdur. Çikaqo Universitetində (University of Chicago) fizika üzərinə tədqiqatlarını bitirir və 1949-cu ildə doktorluq dərəcəsinə yiyələnir. Doktorluq dərəcəsinə yiyələnən İ.Barbur Miçiqana gedir. İ.Barbur Kalamazu kollecində fizika kafedrasında çalışmağa başlayır. Bu müddət ərzində elmi jurnallarda məqalələr yazmağa və nəşr etməyə başlayır. İki il sonra, gələcək illər üçün intellektual və akademik karyerasını müəyyənləşdirəcək çox mühüm addımını atır. O, Amerikada məşhur və mötəbər hesab edilən Yel Universitetinə (Yale University) ilahiyyat, fəlsəfə və etika təhsili almaq üçün qeydiyyatdan keçir və 1956-cı ildə universiteti uğurla bitirir.
Antiqua və Barbudada təhsil
Antiqua və Barbudada təhsil - Ölkədə savadlılıq 90% səviyyəsindədir. 1998-ci ildə Antiqua və Barbudada Karib dənizi hövzəsi üçün tibb xidmətinin təşkil edilməsi üçün xüsusi proqram qəbul edildi. Bu proqram daxilində ölkdə müasir avadanlıqlarla təchiz edilimiş tibbi mərkəzlər və xəstəxanalar tikilir. Antiqua adasında 1882-ci ildə yaradılmış Antiqua Tibbi Elmlər Universiteti (UHSA) və 2004-cü ildən fəaliyyət göstərən Antiqua Amerika Universiteti (AUA) vardır. Həmçinin Antiqua Dövlət Kolleci və Antiqua və Barbuda İnformasiya texnologiyaları İnstitutu da fəaliyyət göstərir. Vest-İndia Universitetinin Antiqua filialı da mövcuddur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2012 ••••••••••• 0.09
2013 •••••••••••••••••• 0.15
2014 •••••••••••••••••••• 0.17

Oxşar sözlər

#barbu nədir? #barbu sözünün mənası #barbu nə deməkdir? #barbu sözünün izahı #barbu sözünün yazılışı #barbu necə yazılır? #barbu sözünün düzgün yazılışı #barbu leksik mənası #barbu sözünün sinonimi #barbu sözünün yaxın mənalı sözlər #barbu sözünün əks mənası #barbu sözünün etimologiyası #barbu sözünün orfoqrafiyası #barbu rusca #barbu inglisça #barbu fransızca #barbu sözünün istifadəsi #sözlük