Börküyarıq
Rüknəddin Əbülmüzəffər Börküyarıq ibn Məlikşah (fars. ابو المظفر رکن الدین برکیارق بن ملکشاه, translit. Rukn əl-Dib Əbül-Mozəfffr Börkyaruk ibn Maəlik-Şah) və ya sadəcə Börküyarıq (fars. برکیارق; 1080, İsfahan – 2 dekabr 1104, Bürucərd, Luristan ostanı) — Böyük Səlcuq imperiyasının V sultanı (hak. 1094–1105).
I Məlikşahın (hak. 1072–1092) oğlu və xələfi olan Börküyarıq imperiyanın tənəzzül və parçalanma dövrünün başlanğıc mərhələsində hökm sürmüşdür. Nəticədə, Kirmandan Anadoluya, Anadoludan Suriyaya qədər uzanan türkmən atabəylər və bəyliklər güc qazanmışdır. Onun hakimiyyəti dövrü üçün digər səlcuqlu şahzadələrinə qarşı daxili çaxnaşmalar xarakterikdir. 1105-ci ildə vəfat etməsindən əvvəl artıq onun nüfuzu böyük ölçüdə yoxa çıxmışdı.