* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] dan. Oyun, kələk, hiylə, biclik. □ Bazı gəlmək – kələk gəlmək, biclik işlətmək. [Şərəfnisə xanım:] Bəsdir, Allahı sevirsən, bu bazıları mənə az gəl!… M.F.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / bazı2 is. məh. 1. Xışın, cütün ulamadan kötüyə qədər olan hissəsi; qol. 2. İki zəmi, tarla arasında mərz; dikdir. 3. Halqa, dairə. Üzük bazısı.
Azərbaycan dilinin izahlı lüğəti / bazı4 Azərbaycan dilində düzən ərazilərdə müsbət relyef formalarını bildirən termin. Çuxur, çökək anlayışlarının əksi. базы basy
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / bazı1 BAZI I is. [ fars. ] Oyun, kələk, hiylə. Şərəfnisə xanım: Bəsdir, Allahı sevirsən, bu bazıları mənə az gəl!.. (M.F.Axundzadə). BAZI II is. məh. İki zəmi, tarla arasında mərz; dikdir. Badımcan çoxu bazılarda küçüklər; Da tərpəşmək olmaz badımcan əlindən (Şəhriyar). BAZI III is. məh. Xışın, cütün ulamadan kötüyə qədər olan hissəsi; qol.
Azərbaycan dilinin omonimlər lüğəti / bazı2 1 сущ. 1. насыпь между грядами или между участками поля 2. возвышенность на равнине. Mal-qara bazıda otlayır скот пасётся на возвышенности 3. водораздел 2 сущ. дышло сохи 3 сущ. окружность (кольца)
Azərbaycanca-rusca lüğət / bazı2 сущ. нугъ. 1. базу (туьрездин уламадилай кӀанчӀунал кьван авай пай); 2. атӀун, мезре (кьве никӀин арада авай часпар); 3. гьалкъа, элкъвер (мес. тупӀалдин).
Azərbaycanca-ləzgicə lüğəti / bazıI (Biləsuvar, Göyçay, İmişli, Kürdəmir, Salyan, Şəmkir) təpə, dik, hündür yer. – Bazıya çıx gör heyvannar çö:rmədədimi? (Kürdəmir); – Bala, qoyunu bazıya yığ gendən görünsün (İmişli); – Heyvan bazıda otduyurdu (Biləsuvar); – Bizim öy bazı yerdə tikilib; – Yayda Kürün bazı tərəfi sərin olur (Salyan); – Bazının üsdünnən baxanda kət görünür (Şəmkir) II (Ordubad, Quba, Şamaxı) xışın kötüyünü boyunduruqla birləşdirən ağac hissə. – Bazı heşdən boyunduruğa kimin olar (Ordubad) III (Gəncə, Oğuz, Ordubad, Şəmkir) ləklər arasındakı köndələn torpaq mərz. – Bazını əyaxlama, xarab olar (Ordubad); – Tir uzunnama gedir, bazı köndələn (Qğuz); – Bazını ləkin arasınnan çəkirix’ (Şəmkir) IV (Tovuz) kiçik arx V (Qəbələ) çəltik ləki ◊ Bazı kəsməx’ (Qəbələ) – lək düzəltmək, lək hazırlamaq. – Feyzulla baba bir gündə altmış bazı kəsir
Azərbaycan dilinin dialektoloji lüğəti.