Bra sözü azərbaycan dilində

Bra

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Bra • 40.6780%
  • BRA • 32.2034%
  • bra • 27.1186%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bra-d'Ass
Bra-d'Ass (fr. Bras-d'Asse, oks. Brasc d'Assa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Mezel kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04031. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 286 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 193 nəfər iqtisadi fəal, 93 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 67.5%, 1999-cu ildə 64.7%). Fəal olan 193 nəfərdən 176 nəfər (87 kişi və 89 qadın), 17 nəfər işsiz (8 kişi və 9 qadın) idi.
Henniq Brand
Henniq Brand (alm. Hennig Brand‎ — Alman əlkimyaçısı. Məhz onun 1669-cu ildə ilk dəfə fosforu kəşf etdiyi güman olunur. Otuzillik müharibə vaxtı sıravi əsgər kimi xidmət göstərən Brand sonradan bu sənətin onun üçün təhlükəli olduğunu hesab etmiş və həkim olmaq qərarına gəlmişdi. Bir sıra əlkimyaçılar ətrafında dolanaraq bu sahənin sirrlərinə dərindən bələd olsa da, varlı himayədarı olmadığından bu işi də atıb ticarətlə məşğul olmağa başlayır. Qısa zaman ərzində kifayət qədər uğurlu tacirə çevrilən Brand qazandığı vəsait hesabına elmi təcrübələr üçün lazımı avadanlıqlar alaraq yenidən əlkimya sahəsinə qayıdır. Bu sahədə onun qarşına qoyduğu əsas hədəf, dövrün bir çox əlkimyaçılarının da arzusu olan fəlsəfə daşı (metaldan qızıl düzəltmək üçün lazımı olan reaktiv) hazırlamaqdı. Məhz bu sahədə təcrübələr apararkən Brand təsadüfən fosfor elementini kəşf edir. Brand metalı qızıla çevirmək üçün lazım olan ilkin maddənin insan sidiyində olduğuna inanırdı. Belə ki, təcrübələrindən birində kazarmadan bir neçə çəllək insan sidiyi əldə edən Brand onu iki dəfə distillə etmiş və nəticədə yaranan siropa bənzər mayeyə ölü baş adını vermişdi.
Herbert Braun
Herbert Braun(ing. Herbert Charles Brown; 22 may 1912[…], London[…] – 19 dekabr 2004[…], West Lafayette[d], İndiana) —amerika kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1979). == Həyatı == Amerika kimyaçısı Herbert Çarlz Braun 1912-ci ilin mayın 22-də Londonda anadan olmuşdur. 1938-ci ildə Çikaqo universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1943-cü ilə qədər orada, 1943–1947-ci illərdə Uens universitetində (Detroytda) işləmişdir. 1947-ci ildən İndiana ştatında Pradyu universitetində professor işləmişdir. Əsas tədqiqat sahəsi bor kimyası olmuşdur. Herbert Braun Diboranın sintezinin sadə üsullarını işləyib hazırlamışdır. 1959-cu ildə doymamış üzvi birləşmələrin hidroborlaşması reaksiyasını kəşf etmişdir. Bu reaksiya kompleks borhidridlərin və ya diboranın B-H əlaqəsinin qırılması ilə ikiqat əlaqə yerindən (C=C, C=O, C≡C, C=N, C≡N) birləşməsindən ibarətdir.
I Alfonso (Braqanza hersoqu)
I Alfonso (isp. Alfonso I de Braganza) (10 avqust 1377, Eştremoş[d], Portuqaliya krallığı – 15 dekabr 1461, Şaviş[d]) — ilk Braqanza hersoqu və Portuqaliyanın monarx ailələrindən Braqanza sülaləsinin banisi. == Həyatı == Don Alfonso 1377-ci ildə Portuqaliya kralı I Conun İnes Peresdən olan nigahdan kənar övladı olaraq doğulmuşdur. Bəzi mənbələrdə anasının yəhudi əsilli bir ayaqqabı təmirçisinin qızı olduğu qeyd olunur. Don Alfonso 10 yaşında ikən atası Lankasterli Filipa ilə rəsmi şəkildə evləndi. Ancaq yeni kraliçanın saraya gəlişi olduqca səs-küylü oldu. Belə ki, o saraya gələndə kralın uzun müddətdir münasibət saxladığı İnes Peres dərhal saraydan qovuldu və daha sonra Filipanın əmriylə monastrda rahibə olaraq yaşamağa məcbur edildi. Don Alfonso və 5 yaşlı bacısı Beatris isə kraliçanın himayəsinə alındı. Nigahdan kənar doğulmasına baxmayaraq, atası tərəfindən çox sevilən Don Alfonso, kralın yaxın dostu və mühüm komandir Nuno Alvares Pereranın qızı Beatris Perera ilə evləndirildi. Bu evliliklə Portuqaliyanın aristokrat təbəqəsinə daxil olan Don Alfonso, qaynatasının ardından Barselos qraflığına yüksəldi.
I Fridrix Vilhelm (Brandenburq kürfürstü)
I Fridrix Vilhelm (alm. Friedrich Wilhelm von Brandenburg‎; 16 fevral 1620[…], Berlin Şəhər Sarayı – 29 aprel 1688, Potsdam Şəhər Sarayı[d], Potsdam) — Brandenburq kürfürstü, Prussiya hersoqu. == Fəaliyyəti == Böyük kürfürüst (alm. Großer Kurfürst‎) adlanan Fridrix Vilhelm (1640–1688) Hollandiyada mükəmməl siyasət dərsi, tarix dərsi, hərb dərslər almışdı. O, 30 illik müharibədən sonra ölkənin düşdüyü ağır vəziyyəti nəzərə alaraq, yalnız Brandenburqun qorunub saxlanması istiqamətində siyasət yeridirdi. "Membra unis kapitis" adlanan siyasət yeritdi. Mahiyyət etibarilə ittifaqın üzvü hissəsi mənasını verir. Dövlətin ayrı-ayrı hissələri özlərinin vahid bir siyasi sistemin üzvləri kimi qəbul etməyə başladı. Ayrı-ayrı şəhərlərin və zadəgan mülklərinin imtiyazları azaldılırdı. Sərt idarəetmə sistemi yaradılırdı.
I Pedru (Braziliya imperatoru)
I Pedru (port. Pedro I; 12 oktyabr 1798 – 24 sentyabr 1834) — Cənubi Amerikada "Liberator" ləqəbi ilə tanınmış, Braziliya imperiyasının qurucusu və ilk hökmdarı. 1822-ci ildə Portuqaliya parlamenti ilk koloniya statusuna geri dönmək istəyəndə, Braziliyalılar, Don Pedro Jose Boni Faciə deAndrada Silvanın liderliyində müstəqillik hərəkətlərini başlatdılar və 7 sentyabr 1822-ci ildə müstəqilliklərini elan edib, 1824-cü ildə liberal bir konstitusiya qəbul etdilər. Nizamsız döyüşlərdən sonra Portuqaliyalılar Braziliyanın müstəqilliyini qəbul etmək məcburiyyətində qaldılar. Braziliya 1889-cu ilə qədər krallıqla idarə edildi. Latın Amerikasında ən uzun müddət krallıqla idarə edilən tək ölkə Braziliya idi. 1831-ci ildə Don Pedro, oğlu İkinci Don Pedroya taxtı tərk etməyi tələb etdiı. İkinci Don Pedro zamanında müasir Braziliyanın təməlləri atıldı. 1888-ci ildə 800.000 kəndliyə azadlıq verildi. 1889-cu ildə qansız bir zərbə ilə krallıq idarəsi yıxılaraq respublika idarəsi quruldu.
Imagine Branded Entertainment
Imagine Entertainment (əvvəllər Imagine Films Entertainment, həmçinin Imagine) — ABŞ kino şirkəti. Şirkət 1986-cı ildə Brayan Qreyzer və Ron Hovard tərəfindən birgə "Su pərisi" (1984) filminin uğurundan sonra əsası qoyulmuşdur. Şirkət digərləri ilə yanaşı, blokbaster filmləri olan "Apollo 13" (1995), "Ağıl oyunları" (2001) və "Da Vinçi şifrəsi" (2005) filmlərini istehsal etmişdir. "Imagine" şirkətinin "Imagine Features", "Imagine Television Studios", "Imagine Documentaries" və "Imagine Kids+Family" kimi törəmə şirkətləri var. Onun həmçinin, "Jax Media", "Jigsaw Productions" və "Marginal Mediaworks kimi törəmə şirkətləri var.
Inga bracteifera
Inga bracteifera (lat. Inga bracteifera) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Jurinea brachypappa
Jurinea brachypappa (lat. Jurinea brachypappa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Jurinea bracteata
Jurinea bracteata (lat. Jurinea bracteata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Justicia brandegeeana
Justicia brandegeeana (lat. Justicia brandegeeana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinin justicia cinsinə aid bitki növü.
Kabu-Branku burnu
Kabu-Branku burnu (port. Cabo Branco — «ağ burun») — Braziliya ərazisində, Juan-Pesoa şəhərindən şimal-şərqində yerləşən burun. Burun ilk dəfə 1500-ci ildə Dieqo Lepo tərəfindən kəşf edilmiş və Müqəddəs Avqustinin şərəfinə adlandırılmışdır. . Cənubi Amerika materikinin ucqsr şərq nöqtəsini təşkil edir. Burunda yerləşən mayakda onun qitənin ən ucqar şərq nöqtəsi olması barədə məlumat lövhəsi vardır. Ancaq Seyşas burnunun Cənubi Amerika materikinin ucqar şərq nöqtəsi olması rəsmən təstiqlənmişdir.
Kennet Brana
Kennet Çarlz Brana (10 Dekabr 1960, Belfast), Şimali İrlandiyalı aktyor, rejissor. 23 yaşında, Royal Shakespeare Company-yə qatılmışdır. Burada Vilyam Şekspirin V Henri və Romeo və Cülyetta tamaşalarında baş rolları almışdır. 29 yaşında V Henri filminin rejissorluğunu edib baş rolunda o zamankı həyat yoldaşı Emma Tompson ilə birlikdə oynadı. Film Branaya Ən Yaxşı Aktyor və Rejissor nominasiyasında Oskar namizədlikləri gətirdi. 1993-cü ildə yenə Şekspirin "Much Ado About Nothing" adlı əsərini səhnələşdirmişdi. Denzel Vaşinqton, Keanu Reeves kimi bir çox Hollivud ulduzu filmdə yer alıb. 30 yaşında tərcümeyi-halını yayıb və 34 yaşında Mari Shelley-dən Frankenstein adlı filmi çəkdi və oynadı. Bu filmdə Frankensteini Kennet Brana canlandırdı. 1995-ci ildə Brana və Thompson boşandılar.
Kobi Brayant
Kobi Brayant (ing. Kobe Bean Bryant; 23 avqust 1978, Filadelfiya, Pensilvaniya – 26 yanvar 2020, Kalabasas[d], Kaliforniya) — Amerikalı peşəkar basketbolçu idi. Ləqəbi Qara Mamba (ing. Black Mamba) idi. Hücumameylli müdafiəçi olan Brayant bütün 20 illik karyerasını Milli Basketbol Assosiasiyasında (NBA) Los-Anceles Leykersdə oynayıb. Orta məktəbdən birbaşa NBA-ya gəlmiş və beş NBA finalını qazanmışdır. Brayant 18 qat All-Star, 15 qat All-NBA Komandasının üzvü, 12 dəfə All Defensive Team komandasının üzvü və 2008-ci ildə NBA Ən Dəyərli Oyunçu Mükafatçısı (MVP) idi. Bütün dövrlərin ən yaxşı basketbolçularından hesab edilən Brayant ardıcıl iki mövsüm topladığı xalların sayına görə NBA-da birinci yeri tutumuş, həmçinin bütün dövrlərin müntəzəm mövsümlərində və pley-offlarında qazanılan xalların sayına görə dördüncü yaxşı oyunçusu olmuşdur. Brayant, NBA tarixində ən az 20 mövsüm oynayan ilk müdafiəçi idi. "Forbes"-un məlumatına görə, Brayantın xalis dəyəri 2016-cı ildə 350 milyon dollar qiymətləndirilib.
Kolton Braun
Kolton Braun (8 oktyabr 1991) — ABŞ-lı cüdoçu. Kolton Braun ABŞ-ni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kolton Braun birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Sudanın nümayəndəsi İslam Monir Suliman ilə üz-üzə gəldi. Həmin görüşdə Kolton Braun rəqibinə 100:0 hesabı ilə qalib gəldi. Daha sonra Kolton Braun 1/8 final mərhələsində Fransa təmsilçisi Aleksandre İddir ilə üz-üzə gəldi. Həmin görüşdə Kolton Braun rəqibinə 0:10 hesabı ilə uduzdu.
Konstantin Brankuzi
Konstantin Brankuzi (rum. Brâncuşi/Brîncuşi, fr. Brancusi; 19 fevral 1876[…] – 16 mart 1957[…], Paris) — Rumın mənşəli Fransa heykəltaraşı.
Kyara Brankati
Kyara Brankati (20 iyul 1981, Kataniya, Siciliya) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Kyara Brankati, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Ligularia brassicoides
Ligularia brassicoides (lat. Ligularia brassicoides) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Liman Bradford Smit
Liman Bradford Smit (ing. Lyman Bradford Smith; 11 sentyabr 1904 Vinçester, Massaçusets – 4 may 1997 Manhattan, Kanzas) – ABŞ botaniki.
Lolium brasilianum
Lolium perenne (lat. Lolium perenne) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. == Sinonimləri == Festuca perennis (L.) Columbus & J.P.Sm. Hordeum compressum Boiss. & Orph. [Invalid] Lolium aechicum Rouville [Spelling variant] Lolium agreste Roem. & Schult. [Invalid] Lolium brasilianum Nees Lolium canadense Bernh. ex Rouville [Invalid] Lolium cechicum Opiz Lolium compressum Boiss. & Orph.
Lolium perenne var. brasilianum
Lolium perenne (lat. Lolium perenne) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. == Sinonimləri == Festuca perennis (L.) Columbus & J.P.Sm. Hordeum compressum Boiss. & Orph. [Invalid] Lolium aechicum Rouville [Spelling variant] Lolium agreste Roem. & Schult. [Invalid] Lolium brasilianum Nees Lolium canadense Bernh. ex Rouville [Invalid] Lolium cechicum Opiz Lolium compressum Boiss. & Orph.
M3 Bradley
M3 Bradley Cavalry Fighting Vehicle (CFV), ABŞ ordusunda istifadə olunan, United Defense (indiki BAE Systems) tərəfindən istehsal olunan Bradley sinifli kəşfiyyat və zirehli personal daşıyıcısıdır. Əməliyyat mənzili 400–480 km, maksimum sürəti 56–66 km/s, yanacaq tutumu 662–746 L təşkil edir.
Mariya İzabella Braqanza
Mariya İzabella Braqanza (isp. Maria Isabel Francisca de Assis Antónia Carlota Joana Josefa Xavier de Paula Micaela Rafaela Isabel Gonzaga de Bragança) (19 may 1797[…] – 26 dekabr 1818[…]) — İspaniya kralının xanımı. Atası Portuqaliya kralı VI Con, anası isə İspaniya kralı IV Karlın qızı Şarlottadır. Bu səbəblə eyni zamanda Portuqaliya infantası idi. Hələ 19 yaşında ikən dayısı İspaniya kralı VII Ferdinandla evləndi. Bu evlilikdən 2 qız övladı dünyaya gəlsə də, bunlardan ilki cəmi 4 ay yaşadı. Digəri isə ölü olaraq dünyaya gəldi. Mariya İzabella isə ikinci qızının doğumu əsnasında qanaxmadan vəfat etdi. == Mənbə == María Isabel de Braganza: la reina del Prado : edición conmemorativa del bicentenario de la Fundación Museo del Prado (1819–2019). Boletín Oficial del Estado.
Marlon Brando
Marlon Brando (3 aprel 1924[…], Omaha, Nebraska – 1 iyul 2004[…], Los-Anceles, Kaliforniya) — məşhur Amerika kinoaktyoru. İki dəfə Oskar mükafatı sahibi. Müasir Amerika kinosunun ən dahi aktyorlarından biridir. 1999-cu ildə "Time" jurnalı "Əsrin 100 dahi adamı"nı seçdi. Onlar arasında Çarli Çaplin və Marlon Brando yeganə peşəkar aktyor idi. Martin Skorseze onun haqqında bildirirdi: "O müəyyənedici nişanədir. Kinoda Brandoya qədər və Brandodan sonra anlayışları mövcuddur." == Həyatı == Marlon Brando 1924-cü il aprelin 3-də Nebraska ştatının Omaha şəhərində anadan olub. Atası kimyəvi dərmanlar düzəldilən zavodda çalışırdı. Onlar İllinoysa köçürlər və 11 yaşı olarkən valideynləri ayrılır. Anası Marlonu və digər iki uşağını özü ilə birlikdə anasının yanına, Kaliforniyaya aparır.
Melissa Brannen
Melissa Brannenin itkin düşməsi — 3 dekabr 1989-cu ildə Virciniya ştatının Lortondakı Woodside mənzillərində baş vermiş hadisə. O, kompleksdə yaşayan Maykl Brannen və Temmi Brannenin beş yaşlı qızı idi. Kompleksdə sakinlər üçün təşkil olunan ziyafətdə iştirak edərkən yoxa çıxdı. Kompleksdə hər işi bacaran Kaleb Daniel Hyuz pislik etmək məqsədilə qaçırmaqda ittiham olundu və 50 il həbs cəzasına məhkum edildi. Onun cəsədi heç vaxt tapılmadı və heç vaxt öldüyü sübuta yetirilmədi. Onun itkin düşmə hekayəsindən "The FBİ Files"-ın ilk mövsümünün 8-ci epizodunda bəhs olundu. Həmçinin "Forensic Files" televiziya proqramının 4-cü sezonunun 5-ci epizodunda göründü. == İtkin düşməsi == 3 dekabr 1989-cu ildə Temmi Brannenin qızı Melissa ilə birlikdə yaşadığı mənzil kompleksində təxminən 100 qonağın olduğu Milad şənliyi təşkil olundu. Şənlikdən çıxarkən Melissa bir az çips almaq üçün geri qayıtdı və bir daha geri gəlmədi. O, tapılmayanda foul oyunundan şübhələnildi.
Melissa Brannenin itkin düşməsi
Melissa Brannenin itkin düşməsi — 3 dekabr 1989-cu ildə Virciniya ştatının Lortondakı Woodside mənzillərində baş vermiş hadisə. O, kompleksdə yaşayan Maykl Brannen və Temmi Brannenin beş yaşlı qızı idi. Kompleksdə sakinlər üçün təşkil olunan ziyafətdə iştirak edərkən yoxa çıxdı. Kompleksdə hər işi bacaran Kaleb Daniel Hyuz pislik etmək məqsədilə qaçırmaqda ittiham olundu və 50 il həbs cəzasına məhkum edildi. Onun cəsədi heç vaxt tapılmadı və heç vaxt öldüyü sübuta yetirilmədi. Onun itkin düşmə hekayəsindən "The FBİ Files"-ın ilk mövsümünün 8-ci epizodunda bəhs olundu. Həmçinin "Forensic Files" televiziya proqramının 4-cü sezonunun 5-ci epizodunda göründü. == İtkin düşməsi == 3 dekabr 1989-cu ildə Temmi Brannenin qızı Melissa ilə birlikdə yaşadığı mənzil kompleksində təxminən 100 qonağın olduğu Milad şənliyi təşkil olundu. Şənlikdən çıxarkən Melissa bir az çips almaq üçün geri qayıtdı və bir daha geri gəlmədi. O, tapılmayanda foul oyunundan şübhələnildi.

bra sözünün leksik mənası və izahı

bra sözünün ləzgi dilinə tərcüməsi

"bra" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bra nədir? #bra sözünün mənası #bra nə deməkdir? #bra sözünün izahı #bra sözünün yazılışı #bra necə yazılır? #bra sözünün düzgün yazılışı #bra leksik mənası #bra sözünün sinonimi #bra sözünün yaxın mənalı sözlər #bra sözünün əks mənası #bra sözünün etimologiyası #bra sözünün orfoqrafiyası #bra rusca #bra inglisça #bra fransızca #bra sözünün istifadəsi #sözlük