İbra sözü azərbaycan dilində

İbra

Yazılış

  • İbra • 66.6667%
  • ibra • 28.5714%
  • İBRA • 4.7619%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacağa İbrahimov
Hacıağa Xəlil oğlu İbrahimov (22 mart 1923, Quba – 27 may 1992, Bakı) — Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Azərbaycan KP MK-nın katibi. == Həyatı == 1923-cü ildə anadan olub. 1992-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub. == İctimai-siyasi fəaliyyəti == 1948-ci ildən Ümumittifaq Kommunist Partiyasının üzvü idi. 1941–1946-cı illərdə Fəhlə Kəndli Qırmızı Ordusunda xidmət edib. 1946-cı ildən 1952-ci ilə qədər Bakı dənizçilik məktəbinin Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) komitəsinin katibi, Azərbaycan LKGİ rayon komitəsinin birinci katibi olub. 1952-ci ildə Azərbaycan LKGİ-nin Bakı şəhər komitəsinin 1-ci katibi vəzifəsini icra edib. 1952-ci ildən 1961-ci ilə kimi Azərbaycan Kommunist bolşevik Partiyasının şəhər komitəsində şöbə müdiri, Azərbaycan KP-da Mərkəzi Komitənin şöbə müdiri müavini vəzifəsinə təyin edilmişdir. 1961-ci il mart ayının 10-dan 1970-ci ilin mart ayına kimi Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi olmuşdur. 1961-ci il sentyabrın 9-da Azərbaycan KP MK-nin üzvü, 1970-ci il mart ayının 20-dən 1981-ci il yanvar ayına kimi Azərbaycan KP-nın MK-nin katibi olmuşdur.
Haci İbrahim xan Kələntər Şirazi
Mirzə İbrahim xan Kələntər və ya Hacı İbrahim Şirazi (d. ?-ö. 1801) — Qacarlar dövlətinin ilk baş naziri. == Həyatı == Hacı Mirzə İbrahim xan Şiraz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şiraz hakimi Hacı İbrahim xan Kələntər Ağa Məhəmməd xanı Şiraza dəvət edəndə xan qardaşı Mustafaqulu xanı ora göndərmişdi. Ağaməhəmməd xan Hacı İbrahim xan, Kələntərin köməyilə Şirazı tutdu və Zənd sülaləsi üzərində qələbə çaldı. Əksər cənub məntəqələrində öz hakimiyyətini möhkəmləndirib qardaşıoğlu Fətəli xanı cənub vilayətlərinin hakimi təyin etdi. О, paytaxtı Qacar mülkünün yaxınlığında adı məlum olmayan bir qəsəbəyə-Tehrana köçürdü və sonra şimali-şərq əyalətlərini tutmaq üçün qoşun göndərdi. Hüseynqulu xan Qovanlı-Qacarın göstərişi ilə kor edilən bu üç nəfərdən biri Mirzə Nəsrulla Əliabadi idi ki, şah onu Hüseynqulu xanın vəzirliyinə təyin etmişdi.
Hacı İbrahim Nehrəmli
İbrahim İbrahimov(tam adı: İbrahim Hüseyin oğlu İbrahimov; 28 may 1958) — milyonçu, "Nehrəm Xəzər" layihəsi ilə məşhurlaşan, Naxçıvan Ali Məclisinin I çağırış deputatı, iş adamı, bankir. == Həyatı == İbrahim İbrahimov 1958-ci ildə Azərbaycanda, Naxçıvan MSSR, Babək rayonunda anadan olub. İbrahim İbrahimov Hüseyn oğlu kimi tanınan Hacı İbrahim Nehrəmli Xəzər adaları layihəsi ilə məşhurlaşmış Azərbaycanın iş adamlarından biridir. Altmış dörd yaşlı İbrahim İbrahimov 1958-ci ilin 28 mayında Naxçıvan AR Babək rayonunun Nehrəm kəndində anadan olub. Orta məktəbi o, Nehrəm kəndində bitirib. Həmçinin o, Naxçıvan Dövlət Universitetinin iqtisadi fakültəsini bitirib. İbrahim İbrahimov evlidir və onun iki övladı var. == İş həyatı == İbrahim İbrahimov anadan olduğu və yaşadığı regionda bir sıra məscidlər, xəstəxanalar, məktəblər tikdirmiş və təmir etmişdi, həmçinin tarixi abidələri bərpa etmişdi. O, kəndlərdə su boruları, körpülər tikərək, yollar salaraq kəndlərin infrastrukturunu yaxşılaşdırmışdır. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra İbrahim İbrahimov "İkan"adlı tikinti şirkətinin əsasını qoyur.
Hacı İbrahim Paşa
Hacı İbrahim Paşa (ö. dekabr 1604) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Qazı olaraq xidmət etdikdən sonra Hələb əyalətinin dəftərdarı oldu. 1582-1583, 1585-1588 və 1591-1594-cü illərdə 3 dəfə baş dəftərdar olaraq xidmət etmişdir. 1594-cü ildə Konya bəylərbəyi olaarq Anadoluya göndərildi. Burada davam edən Cəlali üsyanıyla mübarizə apardı. 1596-cı ildə vəzifədən alınsa da, 1598-ci ildə Hələb bəylərbəyi, daha sonra altıncı vəzir olaraq Cəlali üsyançısı Qarayazıcıoğlunun üzərinə göndərildi. 1600-cü ildə bu üsyançıya məğlub oldu və ardından vəzifədən alınaraq Konyaya sürgün edildi. 1603-cü ilin dekabrında Misir bəylərbəyi olsa da, bir il sonra bölgədə çıxan üsyanda qətlə yetirildi (dekabr 1604).
Hacı İbrahim Qasımov
Hacı İbrahim Hacı Mahmud oğlu Qasımov (1886, Bakı – 1936, Bakı) — jurnalist, teatr tənqidçisi, tərcüməçi, "Kəlniyyət" jurnalının və "Bəsirət" qəzetinin redaktoru, "Nicat" Maarif Cəmiyyəti idarəsinin üzvü və katibi. == Fəaliyyəti == Hacı İbrahim Qasımov Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" operettasının əleyhidarı idi. 27 oktyabr 1913-cü il tarixli "Iqbal" qəzetində Hacı Ibrahim Qasımov adlı teatr tənqidçisi yazırdı: "…"Arşın mal alan" operettası bir dərəcə "fars" (lağ-lağı, məsxərə) tamaşalarına oxşayır – desək zənn edirik ki, xəta etməmiş olarıq. Belə tamaşaları müsəlmanlara göstərmək xətadan xali deyildir. Belə tamaşalar millətin əxlaqını pozar, onu indiki halından betər bir hala salar". 1913-cü ilin avqustun əvvəlində "Kaspi" qəzetində Şuşadan yazılmış bir xəbər dərc edilir və orada "Leyli və Məcnun" operasının tamaşaya qoyulacağı məlum olur. "Kaspi" qəzetinin bu məlumatına "Nicat" Maarif Cəmiyyəti idarəsinin üzvü və katibi, XX əsrin əvvəllərində mətbuat səhifələrində bir sıra maraqlı yazıları və o cümlədən teatr tənqidçisi kimi şöhrət qazanmış Hacı İbrahim Qasımov mətbuat səhifələrində etirazını bildirir. O, 1913-cü il 4 avqust tarixli "İqbal" qəzetində "Kaspi" qəzetində dərc olunmuş xəbərin "Nicat" teatr heyətini artıq dərəcədə təəccübləndirdiyini yazır və "Leyli və Məcnun" operasının bütünlüklə "Nicat" ın teatr heyətinə məxsus olduğunu və bu vaxta qədər "Nicat"dan başqa kimsə onu tamaşaya qoymadığını göstərir. Buna görə də H.İ.Qasımov "Leyli və Məcnun" operası Şişədə oynanarsa mütləq "Nicat" ın iddiasına Şişədən teatro dəstəsi cavabdeh olacaqdır" yazır. 1919-cu ildə Bakıda "Nicat" mədəni maarif cəmiyyətinin dram artistləri Namik Kamal bəyin "Vətən, yaxud Silistrə" əsərinin tamaşasını hazırlayıb, onu "Vətən, yaxud Osmanlı müharibəsi" adi ilə tamaşaçılara göstərdilər.
Hacı İbrahim ağa Axundov
Hacı İbrahim bəy Dünbili
Hacı İbrahim bəy Hüseyn ağa oğlu Dünbili (1824-?) — XIX əsr Azərbaycan ədibi, din xadimi. == Həyatı == Hacı İbrahim bəy Hüseyn ağa oğlu Dünbili 1824-cü ildə Xoy şəhərində anadan olmuşdu. Məhəmmədsadıq xan Dünbilinin nəvəsidir. "Şəhid Azərbaycani" kimi tanınır. O, İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Ədəbiyyatşünas idi. Məhəmmədəli xan Tərbiyyət yazır: "O, hicri-qəməri 1262 (1845)-ci ildə oxumaq üçün Nəcəfə getmiş, o dövrün alimləri yanında təhsil almış, sonra isə vətəninə qayıtmışdı". Hacı İbrahim bəy Dünbilinin Təbrizdə kitabı daşbasma üsulu ilə çap olunmuşdur.
Hacı İbrahimov
Hacı İbrahimov Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi
Hacı İlqar İbrahimoğlu
İlqar İbrahimoğlu — "Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi"nin (DEVAMM) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı, həftəlik "Dəyərlər" qəzetinin və Dəyərlər AIN (Azerbaijan Islam News) portalının sabiq baş redaktoru. İbrahimoğlu ABŞ-nin Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən "Strateji Araşdırmalar Mərkəzi"nin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olub. == Həyatı == İlqar İbrahim oğlu Allahverdiyev 5 noyabr 1973-cü ildə dünyaya gəlmişdir. Gənclik illərində "Nə? Harada? Nə vaxt?" komandasının kapitanı olmuşdur. Uşaq çağlarından Azərbaycanın əməkdar məşqçisi Oleq İsaakoviç Privorotskinin rəhbərliyi altında şahmatla məşğul olmuşdur. Birinci dərəcəli şahmat ustasıdır. == Fəaliyyəti == İqtisadiyyat, fəlsəfə və ilahiyyat üzrə ali təhsil almışdır. "İslam və Qərb fəlsəfələrinin inteqrasiyası" mövzusunda elmi dissertasiya müdafiə etmişdir.
Hacıağa İbrahimbəyli
Hacıağa Məmmədəli oğlu İbrahimbəyli (8 dekabr 1890, Salyan, Cavad qəzası – bilinmir, Bakı) — azərbaycanlı hərbçi-mayor. == Həyatı == Hacıağa Məmmədəli oğlu İbrahimbəyli 1890-cı ilin dekabr ayının 8-də Salyan rayonunda anadan olmuşdur. Bakıda kommersiya məktəbini və 1913-cü ildə Tiflis hərbi məktəbini bitirmişdir. Əli bəy Hüseynzadənin qardaşı qızı Böyükxanım Hüseynzadə ilə ailə həyatı qurmuş, bu evlilikdən Hacımurad və Həyat adlı iki övladı dünyaya gəlmişdir. O, 1914–1915-ci illərdə Birinci Dünya müharibəsində iştirakçısıdır. Bundan başqa Zaqafqaziya Hərbi Hazırlıq Məktəbinin rəisi vəzifəsində çalışmışdır. == Əsərləri == Atları hesaba almaq üçün müvəqqəti qanun və arabaların səfərbərliyə dair hesabatının dəstur əl əmə. Bakı: Azərbaycan hərbi kolleci, 1925. Методика военной подготовки учащихся: в помощь военруку и преподавателю гражданского учебнего заведения (Şagirdlərin hərbi hazırlığı metodikası: mülkü məktəblərin hərbi dərs rəhbərlərinə və müəllimlərinə kömək). Bakı: Azərnəşr, 1944.
Hacıağa İbrahimov
Hacıağa Xəlil oğlu İbrahimov (22 mart 1923, Quba – 27 may 1992, Bakı) — Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Azərbaycan KP MK-nın katibi. == Həyatı == 1923-cü ildə anadan olub. 1992-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub. == İctimai-siyasi fəaliyyəti == 1948-ci ildən Ümumittifaq Kommunist Partiyasının üzvü idi. 1941–1946-cı illərdə Fəhlə Kəndli Qırmızı Ordusunda xidmət edib. 1946-cı ildən 1952-ci ilə qədər Bakı dənizçilik məktəbinin Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) komitəsinin katibi, Azərbaycan LKGİ rayon komitəsinin birinci katibi olub. 1952-ci ildə Azərbaycan LKGİ-nin Bakı şəhər komitəsinin 1-ci katibi vəzifəsini icra edib. 1952-ci ildən 1961-ci ilə kimi Azərbaycan Kommunist bolşevik Partiyasının şəhər komitəsində şöbə müdiri, Azərbaycan KP-da Mərkəzi Komitənin şöbə müdiri müavini vəzifəsinə təyin edilmişdir. 1961-ci il mart ayının 10-dan 1970-ci ilin mart ayına kimi Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi olmuşdur. 1961-ci il sentyabrın 9-da Azərbaycan KP MK-nin üzvü, 1970-ci il mart ayının 20-dən 1981-ci il yanvar ayına kimi Azərbaycan KP-nın MK-nin katibi olmuşdur.
Hacımurad İbrahimbəyli
Hacımurad Hacıağa oğlu İbrahimbəyli (29 yanvar 1924, Bakı – 4 mart 1999, Bakı) — Azərbaycan-sovet və Rusiya tarixçisi, tarix elmləri doktoru, professoru, Rusiya Təbiət Elmləri Akademiyasının akademik katibi, polkovnik. == Əsərləri == Х.-М. Ибрагимбейли. Битва за Кавказ. — Москва : Знание, 1983. 62 с. Х.-М. Ибрагимбейли. Кавказ в Крымской войне 1853—1856 гг. и международные отношения. — М., 1971 Х.-М. Ибрагимбейли. Крах Эдельвейса и Ближний Восток.
Hakim İbrahimov
Hakim Elçin oğlu İbrahimov (2 oktyabr 1990; Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2016-cı ildə baş tutan Paralimpiya Oyunlarının medallarına sahib olub. == Həyatı == Hakim İbrahimov 1990-cı il oktyabrın 2-də Bakı şəhərində anadan olub. == Karyerası == XV Yay Paralimpiya Oyunlarında dörd turnirdə mübarizə aparan Yelena Çebanu və onun bələdçisi Hakim İbrahimov sentyabrın 10-da 100 metr məsafəyə qaçış turnirində mübarizə apardı. Yelena Çebanu təsnifat mərhələsində 12.24 saniyə nəticə göstərdi və birinci pillənin sahibi oldu. Bununla da Yelena Çebanu yarım-final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə Yelena Çebanu 11.80 saniyə nəticə göstərdi və növbəti dəfə birinci pillənin sahibi oldu. Bununla da Yelena Çebanu final mərhələsinə adladı. Sentyabrın 9-da baş tutan final turnirində isə Yelena Çebanu 11.70 saniyə nəticə göstərdi və Rio-de-Janeyro Paralimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Yelena Çebanu 200 metr məsafəyə qaçış turnirində mübarizə apardı.
Heydərizadə İbrahim Əfəndi
Heydərizadə İbrahim Əfəndi (1863, İstanbul – 1933, Mədinə) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == İstanbul Müftülüğü Meşîhat Arşivi, Ulemâ Sicil Dosyaları, nr. 2029. İstanbul Müftülüğü Meşîhat Arşivi, Ulemâ Sicil Defterleri, I, 404. İbnülemin, Son Sadrıazamlar, XI, 1717, 1721, 1723, 1727; XIII, 2041, 2071; XIV, 2111, 2123. Ali Fuat Türkgeldi, Görüp İşittiklerim, Ankara 1951, s. 163–165, 180, 249, 255–258, 262. Danişmend, Kronoloji2, s. 163–164, nr. 176, 177, 181, 182.
Hikmət İbrahimli
Hikmət İbrahimov
Hikmət İbrahimov (tam adı: Hikmət Camal oğlu İbrahimov) — kimyaçı alim, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi. == Ümumi məlumatlar == İbrahimov Hikmət Camal oğlu 19 sentyabr 1951-ci ildə Naxçıvan şəhərində həkim ailəsində anadan olmuşdur. 1968-ci ildə C. Məmmədquluzadə adına 2 nömrəli Naxçıvan şəhər orta məktəbini gümüş medalla bitirdikdən sonra, eyni ildə S. M. Kirov ad. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuşdur. 1973-cü ildə o, "Yüksəkmolekullu birləşmələr kimyası" ixtisası üzrə təhsilini başa vuraraq, həmin ildən Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutunda laborant vəzifəsində əmək fəaliyyətinə başlamış, 1976-cı ildə mühəndis vəzifəsinə keçirilmiş, 1980-ci ildə kiçik elmi işçi, 1985-ci ildə böyük elmi işçi, 1992-ci ildə aparıcı elmi işçi,1999-cu ildə laboratoriya müdiri vəzifələrinə yüksəlmişdir. Elmi-Tədqiqat "Olefinlər" İnstitutunun "Elastomerlər" laboratoriyasında akademik Nadir Seyidovun rəhbərliyi ilə etilen-prorilen kauçukunun xassələrinin yaxşılaşdırılması istiqamətində tədqiqat işlərinə başlamış və modifikator kimi heksen-1-dən istifadə edildiyində effektli nəticələrin alınmasını elmi dəlillərlə sübuta yetirmişdir. Bu istiqamətdə tədqiqat işlərini yekunlaşdıraraq o, 1979-cu ildə "Polimerlər kimyası" üzrə dissertasiya işi müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini almışdır. 2000-ci ildən Elmi-Tədqiqat Neft-Kimya Prosesləri İnstitutunda elmi fəaliyyətini davam etdirərək aparıcı elmi işçi vəzifəsinə seçilmiş, 2010-cu ildən "Alkilləşmə" laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 2011-ci ildən ömrünün sonunadək "Katalitik krekinq və piroliz" laboratoriyasının müdiri olmuşdur. 2010-cu ildə H. C. İbrahimov "Pirolizin maye məhsullarının yeni kompleks emalı sxeminin işlənməsi" mövzusunda dissertasiya işi müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini almış, 2019-cu ildə "Neft kimyası" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.
Hikmət İbrahimov (əsgər)
Hüseyn İbrahimov
Hüseyn İbrahimov (yazıçı) — azərbaycanlı nasir. Hüseyn İbrahimov (neftçi) — Sovet neftçisi.
Hüseyn İbrahimov (neftçi)
Hüseyn Rüstəm oğlu İbrahimov (15 aprel 1951, Ayıbasar, Laçın rayonu) — SSRİ Ali Sovetinin deputatı (1984–1989), Sovet neftçisi. == Həyatı == Hüseyn Rüstəm oğlu İbrahimov 1951-ci ildə Laçın rayonunun Ayıbasar kəndində anadan olub. 1968-ci ildə Azərbaycan neft kimya institutuna qəbul olub, 1973-cü ildə həmin institutu bitirib. 1967-ci ildən Bakının neft hasil edən müəssisələrində çalışıb. Sovet neftçisidir. 1984-ci ildən Sovet İttifaqı KP-nın üzvü seçilib. Qazaxıstan Respublikasının Karaqandin vilayətindən XI çağırış (1984–1989) SSRİ Ali Sovetinin Milli Şurasının deputatı seçilmişdir. XII çağırış (1989–1991) SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin üzvü seçilmişdir.
Hüseyn İbrahimov (yazıçı)
Hüseyn Məmmədəli oğlu İbrahimov (23 may 1919, Şahtaxtı, Naxçıvan qəzası – 10 aprel 2008, Naxçıvan) — Azərbaycan nasiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1952), Azərbaycanın Xalq yazıçısı (1998). == Həyatı == Hüseyn İbrahimov 1919-cu il mayın 23-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra o, Naxçıvan Pedaqoji Texnikumunda oxumuşdur. Hüseyn İbrahimov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsinə daxil olmuş, 1958-ci ildə onun jurnalistika şöbəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Hüseyn İbrahimov əmək fəaliyyətinə 1940-cı ildə Şərur rayon Sədərək kənd orta məktəbində müəllim kimi başlamışdır. Sonra o, 1941–1943-cü illərdə Azərbaycan LKGİ Noraşen (indiki Şərur rayonu) rayon komitəsinin birinci katibi, 1943–1947-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol komitəsinin katibi olmuşdur. H.İbrahimov 1947–1949-cu illərdə "Şərq qapısı" qəzetinin redaksiyasında redaktor müavini, 1949–1954-cü illərdə isə Naxçıvan Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri vəzifəsində işləmişdir. O, 1954–1960-cı illərdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının sədri, 1960–1961-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində mühazirəçilər qrupunun rəhbəri, 1961–1965-ci illərdə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsini icra etmişdir. Hüseyn İbrahimov 1965–1970-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970–1975-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri, 1975–1980-ci illərdə "Şərq qapısı" qəzetində şöbə müdiri, 1977-ci ildən isə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan şöbəsinin məsul katibi və Naxçıvan Yazıçılar Birliyinin sədri vəzifələrində çalışmışdır. === Ədəbi fəaliyyəti === Azərbaycan ədəbiyyatında tarixi və müasir mövzularda yazılmış bir sıra romanların müəllifi kimi tanınan Hüseyn İbrahimov ədəbi yaradıcılığa 1944-cü ildə "Ədəbiyyat qəzeti"ndə çap olunan "O, düşməndə qoymadı anasının qanının" adlı ilk şeiri ilə başlamışdır.
Həkim ibn İbrahim ibn Həkim əl-Xınalıqi Dərbəndi
İbn-Həkim Əl-Xinaluqi və ya Həkim ibn İbrahim ibn Həkim əl-Xınalıqi Dərbəndi — XII əsrin ən məşhur xınalıqlı tanınmış müsəlman qanunşünası, hüquqşünası, müəllimi və alimi; şafi məzhəbinə mənsub fəqih idi. Əslən indiki Quba rayonunun Xınalıq kəndindən olan alim fəziləti, abidliyi, salehliyi və nəcibliyi ilə tanınmışdı. Xınalıqlıların və bütün şahdağlıların fəxr etdiyi İbn-Həkim Əl-Xinaluqi XI əsrdə Bağdadda Nizamiyyə mədrəsəsində təhsil almış, Əbu Hamid Qəzzalinin tələbəsi olmuş, İmam Müvəffəq ibn Əbdülkərim əl-Hərəvidən də dərs almışdır. Bir çox hədisçidən hədis dinləmiş, dinlədiyi hədisləri qeyd etmişdi. Uzun müddət Buxarada yaşayıb yaratmış hüquq və fəlsəfə elmlərinin bilicisi olmuşdur. Böyük Şərq alimlərindən (X. Təbrizi, əl-Qəzali və b.) dərs almış, hüquq, hədis, dini və dünyəvi mədəniyyət bilicisi kimi şöhrət qazanmışdı. Buxarada müəllim işləmiş və yüzlərlə gəncin elmi, fikri oyanışında misilsiz rol oynamışdır. Quba qəzasının əhatəsindəki üç qədim yaşayış bölgəsinin (Qrız, Xınalıq, Dərbənd) adını təxəllüsündə birləşdirən Qubalı alimin yaradıcılığı Cənubi Dağıstan və Şimali Azərbaycanla daha çox bağlı olmuşdur. O, görkəmli alim İbrahim Qrızinin oğludur. 1144-cü ildə vəfat etmişdir.
Həmzət İbrahimov
Həmzət İbrahimov (10 iyul 1934, Şali, Şimali Qafqaz diyarı[d] – 10 mart 2006, Qroznı, Çeçenistan, Rusiya) — Kimya elmləri doktoru, professor, Çeçenistan Respublikası Elmlər Akademiyasının qurucularından biri və ilk prezidenti, Rusiya Elmlər Akademiyasının Hərtərəfli Tədqiqat İnstitutunun direktoru, yeddinci çağırış SSRİ Ali Sovetinin deputatı, ictimai xadim. == Bioqrafiya == 1958-ci ildə Çeçen-İnquş Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1964-cü ildə Moskva Dövlət Universitetində aspiranturanı bitirir. Orada "İkili dəmir sistemlərində səth gərginliyi və adsorbsiyasının öyrənilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Diplomu müdafiə etdikdən sonra Qroznıya qayıdır. Onun səyləri sayəsində Çeçen-İnquş Pedaqoji İnstitutunda aspirantura açılır. 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə edir. 1983-cü ildə "Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Əməkdar Elm və Texnika İşçisi" adına layiq görülür. Dövlət Mülki Aviasiya Elmi-Tədqiqat İnstitutunun sifarişi ilə İbrahimovun rəhbərliyi altında civə və amalqamların aviamaterialara təsiri, eləcə də obyektlərin demerkurizasiyası üçün təsirli üsulların işlənib hazırlanması üzrə tədqiqat aparılmışdır. Hazırlanmış metodların Moskva, Daşkənd, İrəvan hava limanlarında tətbiqi bir neçə milyon rubl iqtisadi effekt vermişdir.
IV İbrahim xan Qaraxani
İbrahim bin Hüseyn bin Həsən xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1178. ildə əmisi II Məsud xan Qaraxaninin ölümündən sonra hakimiyyətə gəlmişdir.
I İbrahim
I İbrahim (Şirvanşah) — Şirvanşah (1382–1417). İbrahim (Osmanlı imperiyası) — Osmanlı sultanı (1640-1648).
I İbrahim (sultan)
Sultan İbrahim (5 noyabr 1615, İstanbul – 18 avqust 1648, İstanbul) — 18-ci Osmanlı padşahı və 97-ci İslam xəlifəsidir. Sultan olduğunu bildirən paşalara: "Allahu təala sultan qardaşımızın ömrünü uzun etsin. Bizə sultanlıq lazım deyil. Sultan qardaşımızın ömrünə duaçıyıq" dedi. Ancaq anası və dövlət adamlarının təkidi ilə böyük qardaşı Sultan IV Muradın cəsədini gördükdən sonra taxt otağına keçdi. "Əlhəmdülillah. Ya Rəbbim! Mənim kimi zəif bir qulunu bu məqamə layiq gördün. Səltənət günlərimdə millətimi xoş hal et və bir-birimizdən məmnun et. Mən Sultan İbrahim xan!

ibra sözünün leksik mənası və izahı

"ibra" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ibra nədir? #ibra sözünün mənası #ibra nə deməkdir? #ibra sözünün izahı #ibra sözünün yazılışı #ibra necə yazılır? #ibra sözünün düzgün yazılışı #ibra leksik mənası #ibra sözünün sinonimi #ibra sözünün yaxın mənalı sözlər #ibra sözünün əks mənası #ibra sözünün etimologiyası #ibra sözünün orfoqrafiyası #ibra rusca #ibra inglisça #ibra fransızca #ibra sözünün istifadəsi #sözlük