Orlov-Bryansk əməliyyatı
Orlov-Bryansk əməliyyatı — 1941–1942-ci illərdə Moskvanın strateji müdafiəsinin gedişində Sovet qoşunları tərəfindən həyata keçirilmiş müdafiə əməliyyatı. 30 sentyabr 1941-ci ildən 23 oktyabr 1941-ci ilədək davam etmişdir. Əməliyyatın gedişində Qızıl Ordu hissələri düşmənin üstün qüvvələri tərəfindən mühasirəyə alınsa da, düşmənə ağır zərbələr vuraraq Quderianın ikinci tank qruplaşmasının (6 oktyabrdan — ikinci tank ordusu) onların hərəhətini dayandırmağa müvəffəq olmuşdur. Sonralar mühasirədən çıxmağa müvəffəq olan hərbi hissələr müdafiə mövqeyinın gücləndirilməsində mühüm rol oynamışlar. Orlov-Bryansk əməliyyatı nəticəsində düşmənin Moskvaya hücumunu iki həftədən artıq bir müddətə ləngitmək mümkün olmuş, bu isə Sovet qoşunlarının komplektləşdirilməsinə, ehtiyat qüvvələrin, o cümlədən Uzaq Şərqdəki qüvvələrin bir hissəsinin Moskva yaxınlığında cəmlənməsinə imkan yaratmışdı.
== Tərəflərin qüvvələri ==
Sovet Ordusunun Bryansk cəşhəsi
50-ci ordu
3-cü ordu
13-cü ordu
general-mayor A. N. Yermakovun operativ qruplaşması
Birinci qvardiya atıcı korpusu (korpus komandiri D. D. Lelyuşenko)
Almanların "Mərkəz" ordu qruplaşması
2-ci ordu
2-ci tank qruplaşması (6 oktyabrdan — 2-ci tank ordusu)
== Əməliyyatın həyata keçirilməsi ==
1941-ci il sentyabrın sonlarında Bryansk cəbhəsinin qoşunları Bryansk-Kaluqa və Orlov-Yula istiqamətində müdafiə mövqelərini möhkəmləndirdilər. Onların ön müdafiə mövqeyi Snopot, Poçep, Poqar, Qluxov xətti üzrə 290 km uzunluğunda idi.
30 sentyabr 1941-ci ildə almanların "Mərkəz" ordu qruplaşması Şostka rayonundan və Roslavlın cənubundən hücuma keçdi. Günün sonunda 50-ci və 13-cü orduların müdafiə xətti almanlar tərəfindən yarıldı.
1 oktyabr 1941-ci ildə Stalin general D. D. Lelyuşenkonu Baş Ştaba çağırdı və 1-ci qvardiya atıcı korpusunun formalaşdırmaq və bu korpusun qüvvələri ilə Bryansk cəbhəsini yaran və Oryol istiqamətində hücuma keçən Quderianın tank qruplaşmasının hücumunu dayandırmağı əsas vəzifə kimi qarşıya qoydu.