bəbək sözü azərbaycan dilində

bəbək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bəbək • 59.5238%
  • Bəbək • 35.7143%
  • BƏBƏK • 4.7619%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2010 ••••••••••••••• 0.18
2011 •••••••••••••••••••• 0.26
2013 •••••••••••• 0.15
2014 •••••••••••••• 0.17

bəbək sözünün leksik mənası və izahı

  • 1 is. 1. Göz giləsinin ortasındakı qara dairəcik. [Səba] güzgüdə göz bəbəklərinin hərəkətini bir neçə kərə imtahandan keçirdi. M.S.Ordubadi. [Abbasın] zəfəran kimi qırmızı xətlər görünən yanaqları yumrulandı, dərində gizlənən bəbəkləri parladı. Mir Cəlal. 2. bax bəbə 1-ci mənada. O gözəl sevməli, ol nurlu bəbək; Yuxusundan oyanar əsnəyərək. A.Səhhət. 3. “Göz” sözü ilə bərabər şəfqət və nəvazişlə müraciət. Dedi: – Oğlum! Göz bəbəyim, sən ey ömür çiçəyim; Tarixlərin şahididir mənim bu ağ birçəyim. S.Vurğun. ◊ Bəbək kimi, bəbək tək, yaxud göz bəbəyi kimi (qorumaq, saxlamaq və i.a.) – qeydkeşliklə, diqqətlə, əziz bir şey kimi, var gücü ilə. Bəbək tək bəslədim daim gözümdə xali-hinduni. Nəsimi. [Təliə:] Gələcək səadətin xatirəsinə onu [vəliəhdi] öz gözümün bəbəyi kimi qoruyacağam. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / bəbək

bəbək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. BƏBƏK Yenə də onun bəbəkləri göz yaşlarının içində üzməyə başladı (M.S.Ordubadi); QARA GİLƏ Ağacın biri atın gözünü tutdu, qara giləsini pırtlatdı (Q.Xəlilov). 2. bəbək bax çağa

    Azərbaycan dilinin sinonimlər lüğəti / bəbək

bəbək sözünün rus dilinə tərcüməsi

  • 1 зрачок, зеница

    Azərbaycanca-rusca lüğət / bəbək
  • 2 I сущ. 1. зрачок. Bəbəklərin hərəkəti движение зрачков, bəbəklərinə toran çökdü затуманились зрачки, мед. bəbək genəlməsi расширение зрачков, bəbək daralması сужение зрачка, gözün bəbəyi зрачок глаза 2. поэт. свет очей чьих. Bəbəyim mənim свет моих очей (о любимом ребёнке), oğlum, göz bəbəyim, qulaq as сынок, свет очей моих, послушай II прил. зрачковый. Bəbək xətti мед. зрачковая линия, bəbək refleksi физиол. зрачковый рефлекс, bəbək sahəsi зрачковая плоскость ◊ bəbək kimi, bəbək tək, göz bəbəyi kimi (qorumaq, saxlamaq) как зеницу ока (беречь); bəbəklərinin içindən çıxartmaq хоть из-под земли достать, bəbəyini çıxartmaq kimin выколоть глаза кому

    Azərbaycanca-rusca lüğət / bəbək

bəbək sözünün inglis dilinə tərcüməsi

bəbək sözünün fransız dilinə tərcüməsi

bəbək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. вилин нини, нини; 2. кил. bəbə 1); 3. вилин нини (садав кӀанивилелди рахадамаз); ** bəbək kimi, bəbək tək, yaxud göz bəbəyi kimi (qorumaq, saxlamaq və i.) вилин нини хьиз (хуьн ва мс).

    Azərbaycanca-ləzgicə lüğəti / bəbək

"bəbək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəbək nədir? #bəbək sözünün mənası #bəbək nə deməkdir? #bəbək sözünün izahı #bəbək sözünün yazılışı #bəbək necə yazılır? #bəbək sözünün düzgün yazılışı #bəbək leksik mənası #bəbək sözünün sinonimi #bəbək sözünün yaxın mənalı sözlər #bəbək sözünün əks mənası #bəbək sözünün etimologiyası #bəbək sözünün orfoqrafiyası #bəbək rusca #bəbək inglisça #bəbək fransızca #bəbək sözünün istifadəsi #sözlük