* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••• | 0.79 |
2004 | •• | 0.34 |
2006 | •••• | 0.68 |
2007 | •••• | 0.63 |
2008 | ••••• | 0.97 |
2009 | ••••••• | 1.28 |
2010 | ••••••••••• | 2.27 |
2011 | •••••••• | 1.54 |
2012 | •••••••••••••••••••• | 4.13 |
2013 | •••••••••••••• | 2.77 |
2014 | •••••••••••• | 2.40 |
2015 | ••••• | 1.02 |
2016 | ••••• | 0.87 |
2017 | ••••••• | 1.30 |
2018 | •••••••••••• | 2.40 |
2019 | ••••••• | 1.39 |
2020 | ••••••••••• | 2.12 |
1 sif. 1. Qızdırılmış dəmirlə damğa vurulmuş, damğası olan. Dağlı heyvan. Dağlı at. 2. məc. Adətən “sinəsi”, “ürəyi”, “qəlbi” sözləri ilə – çox dərdli, çox qəmli, çox mütəəssir, ürəyi yaralı. Ürəyi dağlı adam. – Qəribəm, ağlaram aləm içrə mən; Ciyəri eşq oduna dağlıyam mən. “Aşıq Qərib”. [Tamara:] Bir dustağam, qolum bağlı; Bir qəribəm, sinəm dağlı. S.Vurğun. Övlad sarıdan Murad kişinin ürəyi əvvəldən dağlı idi. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / dağlı2 is. Dağlıq yerdə yaşayan adam. Burada dağlılar yaşar bəxtiyar; Qürurdan aralı, kindən aralı. S.Vurğun. // Dağıstanlı, Dağıstan əhli. Keçmiş əsrin altmışıncı illərində … bir mütəxəssis rus əlifbasını dağlıların məxrəcinə görə tətbiq etmişdir. F.Ağazadə. // Sif. mənasında. Dağlı əhali.
Azərbaycan dilinin izahlı lüğəti / dağlı1 DAĞLI – DƏRƏLİ Bizim yerlər dağlı-dərəlidir (“Jurnalist”). DAĞLI – ŞAD Övlad sarıdan Murad kişinin ürəyi əvvəl də dağlı idi (Mir Cəlal); Qadın hər qüssədən, qəmdən azaddır; Ağ günlər eşqilə ürəyi şaddır (H.Hüseynzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / dağlı1 DAĞLI I is. Dağda yaşayan adam. Gəlmiş hüzuruna bir qara dağlı; Bir qara qulundur qolları bağlı (M.Müşfiq). DAĞLI II sif. Dağ olan (yer). Yolun dağlı, qayalı; Hər işdən oldum halı (Bayatı). DAĞLI III sif. Dərdli, dərdi olan, dağı olan. Bağrı eşqinlə dağlı bir şair; Edəcək dərdi dərbədər, gözəlim! (S.Rüstəm).
Azərbaycan dilinin omonimlər lüğəti / dağlı2 1 прил. 1. клеймёный, подвергнутый клеймению 2. в сочет. со словами sinəsi, ürəyi, qəlbi и т.п. Sinəsidağlı (ürəyidağlı) с неутешным горем, с неутешной скорбью 2 I сущ. горец, горянка. Dağlı qadınlar женщины-горянки, əslən dağlıdır он по происхождению горец II прил. нагорный
Azərbaycanca-rusca lüğət / dağlı1 I. i. mountain-dweller, mountainee; (Şotlandiyada) Highlander II. s. 1. branded; (i.s.) with brand on, (i.s.) having brand on; 2. məc. (i.s.) filled with sorrow, sore at heart
Azərbaycanca-ingiliscə lüğət / dağlı1 1. сущ. дагъви (дагъдин чкада яшамиш жезвай кас); // дагъустанви, Дагъустандин эгьли; 2. прил. дагъдин; dağlı əhali дагъдин агьали.
Azərbaycanca-ləzgicə lüğəti / dağlı2 прил. 1. тагъма алай, тагъма янвай; dağlı heyvan тагъма алай гьайван; 2. пер. гзаф дерт авай, рикӀе тӀал авай, рикӀел хер алай.
Azərbaycanca-ləzgicə lüğəti / dağlı