dayna sözü azərbaycan dilində

dayna

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dayna • 53.8462%
  • Dayna • 46.1538%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dayna Ceyn
Dayana Ceyn Milika İlaysaane Hansen (ing. Dinah Jane Milika Ilaisaane Hansen; 22 iyun 1997, Santa Ana[d], Kaliforniya) — ABŞ müğənnisi.
Dayna Tayminya
Dayna Tayminya (latış. Daina Taimiņa‎, ing. Daina Taimina ; 19 avqust 1954, Riqa) — latviya əsilli amerikan riyaziyyatçısı. Riyaziyyat elmlər doktoru. == Bioqrafiyası == Dayna Tayminya 1954-cü ildə Riqada anadan olmuşdur. O, Riqa gimnaziyasını və Latviya Universitetini bitirib. 1990-ci ildə Belarus Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda «Behavior of Different Types of Automata and Turing Machines on Infinite Words» disertasiyasını müdafiə etmişdir. 1992-ci ildə isə Latviya Universitetində doktorluq disertasiyasaını müdafiə edir. Latviya Universitetində və Riqada Müəllim Təhsili İnstitutunda pedaqoq vəzifəsində işləmişdir. 1992-1996-cı illərdə «Zvaigzne» və «Mācību grāmata» mətbələrində elmi redaktor vəzifəsində çalışıb.
Dayna dolabı
Dayna dolabı (latış. Dainu skapis‎) — dayna adlı Latviya xalq mahnılarının kartotekası olan dolab, onu Latviya folklorşünası Krişyanis Baron toplamışdır. Hündürlüyü 160 sm, eni - 66 sm, dərinliyi - 42 sm. 1880-ci ildə Moskvada Baronun çertyojlarına əsasən düzəldilmişdir. Dolabın hazırlanmasının səbəbi o idi ki, Baron artıq kolleksiyanı papiros kağızı qutusunda saxlaya bilmirdi.Dolab iki hissədən ibarətdir. Hər ikisində 35 qutu var, hansının ki hər birində 20 bölmə var, bölmələr isə hər biri 3 × 11 sm ölçüdə olmaqla 150-200 kağız vərəqdən ibarətdir. Dolabın alt hissəsində arxiv materialları (məktublar, adlar cədvəli) olan üç iri qutu var. Dolabda ümumilikdə 268 815 vərəq saxlanılır ki, onların üstündə 4-8 sətirli daynalar və həmçinin digər mətnlər (tapmacalar, atalar sözü) yazılıb.Krişyanis Baron vəfat etdikdən sonra dolab onun Riqadaki qohumlarının evində saxlanılırdı, 1941-ci ildə onu Latviya folklor əsərlərinin saxlanılan yerə köçürtdülər, 1946-cı ildə Latviya SSR Elmlər Akademiyasının Ədəbiyyat, Folklor və İncəsənət İnstitutuna apardılar, 1998-ci ildə Latviya Universitetinin Ədəbiyyat, Folklor və İncəsənət İnstitutuna köçürüldü, 2014-cü ildə Latviya Milli Kitabxanasının yeni binasında yerləşdirildi.Dayna dolabının iki nüsxəsi var: biri Riqadaki Krişyanis Baron muzeyində, digəri isə Rusyanın Belqorod vilayətinin Muxouderovka kəndində. İkincisi keçmiş mülkədar İvan Stankeviçin malikanəsindədir, Baron burada müəllim işləmişdir və Latviya xalq mahnılarını toplamağa başlamışdır.1997-ci ildə kartotekada olan dayna əsərlərinin rəqəmsallaşdırılmasına başlandı, 2002-ci ildən etibarən rəsmi saytında tam olaraq İnternetdə yerləşdirilib. 2001-ci ildə Dayna dolabı dünya əhəmiyyətli mədəniyyət sərvəti kimi tanındı və YUNESKO-nun "Dünyanın yaddaşı" proqramının siyahısına daxil edildi.
DFK Daynava
Dzūkijos futbolo klubas Dainava – Litvanın Alitus şəhərini təmsil edən futbol klubu. Litvanın "A liqası"nda çıxış edir.
Daynabuk
Daynabuk (ing. dynabook – dinamik kitab) — notbukların prototipi; ölçüləri cib dəftərçəsi boydadır. == Haqqında == 1968-ci ildə hesablama texnikası sahəsində Amerikalı alim Alan Key (d. 1940) Daynabuku müxtəlif yaşlı uşaqlar üçün fərdi kompüter kimi təklif etmişdir. Daynabukun proqram təminatı Small -talk obyektyönlü proqramlaşdırma dili ilə hazırlanmışdır. 1989-cu ildə “Toshiba” şirkəti Daynabuk markalı notbuk istehsal etmişdir. 1990-cı illərin sonlarından A.Key Small talk əsasında Squeak proqram sistemi üzərində işləməyə başlamışdır. Daynabuk layihəsi üçün müasir dövrdə lazımi aparat təminatı olsa da, proqram təminatı və tədris kursları hələ də hazırlanmamışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2009 ••••••••••••••••••• 0.16
2010 ••••••••••• 0.09
2015 •••••••••••••••••••• 0.17

dayna sözünün leksik mənası və izahı

  • 1 əd. məh. Təkid bildirir; da, də. [Şahqulu:] Ay Səfiqulu dayı, doğru deyir, dayna! N.Vəzirov. Alo kişi də gedə-gedə ah çəkib: – Düzəldə də bilmədik, dayna, – deyib söhbətini davam etdirdi. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / dayna

dayna sözünün rus dilinə tərcüməsi

dayna sözünün ləzgi dilinə tərcüməsi

dayna sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Ağcabədi, Goranboy, Qazax, Qubadlı) da, də (ədat). – Dur gedəx’ dayna (Qubadlı); – Gət görüm dayna (Ağcabədi); – Mən öz sözümü dedim dayna (Goranboy)

Azərbaycan dilinin dialektoloji lüğəti.

Oxşar sözlər

#dayna nədir? #dayna sözünün mənası #dayna nə deməkdir? #dayna sözünün izahı #dayna sözünün yazılışı #dayna necə yazılır? #dayna sözünün düzgün yazılışı #dayna leksik mənası #dayna sözünün sinonimi #dayna sözünün yaxın mənalı sözlər #dayna sözünün əks mənası #dayna sözünün etimologiyası #dayna sözünün orfoqrafiyası #dayna rusca #dayna inglisça #dayna fransızca #dayna sözünün istifadəsi #sözlük