dağ-tayqa sözü azərbaycan dilində

dağ-tayqa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dağ-tayqa • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tayqa
Tayqa (c.alt. tayγa, rus. тайга) — Yerin təbii zonası. Avrasiya və Şimali Amerikanın şimalında yayılmış iynəyarpaqlı meşə zolağıdır. == Bitki örtüyü == Ərazidə üstünlük təşkil edən bitki tipi tayqa mamırlı, mamırlı-kolluqlu və otlu-kolluqlu meşələrdir ki, cənubda onları yarpaqlı və enliyarpaq meşələr əvəz edir. Burada subasar çəmənliklərdə və ağacların altında çəmən ot bitkiləri də geniş yayılmışdır. Böyük sahələr, xüsusən də Qərbi Sibirdə bataqlıq assosiasiyaları ilə örtülmüşdür. Zonanın Avropa və Qərbi Sibir hissəsi iqlim şəraitinə, bitki və torpaq örtüyünə görə şimaldan cənuba üç yarım zonaya bölünür: şimali, orta və cənubi tayqa. Bu yarımzonalarda tünd iynəyarpaq meşələr hakimdir. Burada əsas meşəəmələgətirən ağaclar küknar, şam, ağ şam və sidrdir.
Monqun-Tayqa
Monqun-Tayqa (tıva Мөңгүн-Тайга — Gümüşü dağlar) — Tıvanın Monqun-Tayqa kojuunun ərazisinə daxil olan dağ silsiləsi. Silsilə Muqur (şimaldan), Şara-Xaraqai (şərqdən və cənub-şərqdən) və Tolayta (qərbdən), Altay ilə (şərqindən) əhatələnir. Altay dağlarının Rusiya hissəsi Qərbi Sibirin bir bölgəsi hesab olunur, lakin Monqun-Tayqa 1932-ci ildə (Ubsu-Nur çökəkliyinin şimalı ilə birlikdə) Monqolustandan Tuva Xalq Respublikasına verilir. 1944-cü ildə (respublika RSFSR-in tərkibinə daxil olandan sonra) Tıva Şərqi Sibirin bir hissəsi hesab olunur. Dağın zirvəsi Şərqi Sibirin ən yüksək nöqtəsidir. Parıldayan buz günbəzi ilə fərqlənir. Aydın havada Monqun Tayqa, adını təsdiqləyən kəskin bir gümüş işığı ilə bərq vurur. Burada daim güclü külək əsir. Massivin şərq ətəyində Hindiktiq-Xol gölü ("göbəkli göl") yüksək və dik sahilləri olan, buzlaq mənşəli təmiz suyu olan böyük bir su tutarı yerləşir. Göl dəniz səviyyəsindən 2.305 m hündürlükdə yerləşir, mərkəzində gölə ad verən iki dağ adası var.
Qızıl-Tayqa
Qızıl-Tayqa — Tuvada müqəddəs dağ. Qərbi Sayanın ən yüksək dağ zirvəsi. Hündürlüyü 3121 m təşkil edir. Dağın adı tuvaca Qızıl - “qırmızı” və tayqa - “meşə ilə örtülmüş dağ” mənasını verir. Qızıl-Tayqa dağı Baş silsilədən cənubda, Ak-Suq çayının başlanğıxında yerləşir. Dağ metamorflaşmış qum daşlarından, çınqıl daşlarından və konqlomeratlardan ibarətdir ibarətdir. Qızıl-Tayqanın yamacındakı bitki örtüyünə aşağıdakılar daxildir: Sibir qara şamı və Yalançı boz lalə.
Tayqa gənəsi
Tayqa gənəsi (lat. Ixodes persulcatus) lat. İxodes cinsinə aid olan geniş yayılmış növdür. == Yayılması == Tayqa gənəsi tayqanın cənub meşələrində, Kamçatkada, Saxalindən tutmuş Karelfinə qədər, cənubda isə Moskva, Bryansk, Orlov və Altay vilayətlərində yayılmışdır. == Ümumi xüsusiyyətləri == Tayqa gənəsi morfoloji cəhətdən it gənəsinə oxşasa da, bəzi bioloji xüsusiyyətləri ilə ondan fərqlənir. Bu parazit yaz-yay ensefaliti virusunun keçiricisi və təbii rezervuarıdır. Tayqa gənəsi də, it gənəsi kimi üç sahiblidir. Mayalanmış dişi fərd iribuynuzlu heyvanlardan - sığırdan, maraldan qan sorduqdan sonra yerə düşüb, bitki qırıntıları altına minlərlə yumurta qoyaraq məhv olur. Yumurtadan 20-30 gündən sonra üç cüt ətraflı, tənəffüs və cinsiyyət orqanları yaxşı inkişaf etməmiş sürfə çıxır. Bu sürfələr gəmiricilərə, kirpiyə, müxtəlif quşlara yapışıb qan sorduqdan sonra yerə düşür, qabıq dəyişir və dörd cüt ətrafı olan nimfaya çevrilir.
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni - Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi - Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1.Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır. Tektonik dağlar əsasən sıra dağları şəklində olur və litosfer tavalının sərhədlərində yerləşir.
Tayqa-meşə landşaftının torpaqları
Tayqa-meşə landşaftı Avrasiya və Şimali Amerika materiklərinin şimal hissələrini əhatə edir və bareal, subbareal iqlim vilayətləri daxilində formalaşmışdır. Şimalda o meşətundra, cənubda materikdaxili bölgədə 57-58° am endə meşə-çöl, okean sahili bölgədə isə enliyarpaq v\ qarışıq meşələr ilə birlikdə subbareal qurşaqla sərhədlənir. Rusiya Federasiyası ərazisində bu meşəlr geniş sahəni əhatə etməklə, Avropa, Qərbi Sibir, Şərqi Sibir və Uzaq Şərq regionlarını tutur. Şimali Amerikada bu qurşaq 38° şimal enliyinə qədər çatır. == İqlimi == Tayqa zonasının iqlim şəraiti Avrasiya materikində nəinki şimaldan cənuba, həm də qərbdən şərqə doğru dəyişir. Şərqi Sibir kəskin kontinental, Uzaq Şərq isə musson tiplidir. Orta illik temperatur Avropa hissəsində +4°C-dən Şərqi Sibirdə -7-16°C və Uzaq Şərqdə +7,5°C arasında tərəddüd edir. Yağıntıların miqdarı qərbdən şərqə və şimaldan cənuba doğru dəyişir. Korelya tayqalarında illik yağıntıların miqdarı 500 mm-ə yaxındırsa, onunla eyni enlikdə olan Yeniseydə yağıntıların illik miqdarı 150-200 mm-ə qədər azalır. Tayqanın çoxillik donuşluq inkişaf etmişdir.
Tayqa qəhrəmanı (film, 1968)
== Məzmun == Film Azərbaycan xalqının ləyaqətli oğlu, görkəmli neftçi, Sosialist Əməyi Qəhrəmanı, Tümen neftini ilk kəşf edənlərdən biri, Tümen neft mədənlərində Qorno-Pravdinsk ekspedisiyasının rəisi Fərman Salmanova həsr edilmişdir. Artıq neçə illərdir ki, o, Sibir tayqasını özünün Vətəni hesab edir. Onu buranın nə sərt şaxtası, nə də hər addımbaşı qarşısına çıxan çətinliklər qorxutmuşdur. Onu bütün ölkə tanıyır, neftçilər onunla fəxr edirlər. Neft kəşfiyyatçısının həyatı dramatik hadisələrlə doludur. Biz filmdə onu iş başında, evində, ailə üzvləri arasında görürük. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vladimir Konyagin Ssenari müəllifi: Vladimir Sinitsın, Vladimir Konyagin Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Abdal (dağ)
Abdal dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub Gəvək şaxəsində, Qaradərəçay-Gilançay suayırıcısında 1563 metr hündürlüyü olan dağ. Dağ Biləv kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadında yerləşir.
Alaqaya (dağ)
Alaqaya — Qarabağ dağ silsiləsinin şimalında, Kəlbəcər və Xocalı rayonları sərhədində dağ adı. Alaqaya dağının hündürlüyü 2583 m. == Toponimikası == Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər. Kəlbəcər rayonu ərazisində Alaqaya adlı kənd var. Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcərə baxan tərəfində yerləşir, ərazidə kənddən 2–3 km məsafədə Alaqaya dağı qərar tutur. Kənd öz adını həmin dağın adından götürülmüşdür.
Almalı dağ
Almalıdağ — Şahbuz rayonunda dağ. Almalı dağ — Şəki rayonu ərazisində dağ.
Amuduq (dağ)
Amuduq — Qubadlı rayonu ərazisində dağ. Dağın üstündə qədim yaşayış məskəninin yeri və təbii istehkamı xatırladan Amuduq məbədi var. Türkiyədə Van gölünun yaxınlığındakı Amid qalasının adı ilə eyni mənşəli olması ehtimal olunur. Xalq etimologiyasına görə, oronim Armudluq sözünun təhrif olunmuş formasıdır.
Avey (dağ)
Avey dağı — Azərbaycanın Qazax rayonu ərazisində yerləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir. Daş Salahlı kəndindən 12 km aralıqdadır. Buralarda hələ paleolit dövrünə aid insan fəaliyyətinin izləri var. İbtidai görkəmli qayadaca çapılan məbədlər, 30-a qədər süni mağara aşkar edilmişdir. Dağın başında qədim alban məbədi var. Cəbhə xəttinə yaxın olduğundan zirvəsinə hazırda giriş məhduddur. == Avey sözünün mənası == Avey sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada olub. Toponim Ay evi kimi açıqlanır – Avey-Ayev. Ümumən türklərdə Aya sitayiş qədim dövrlərdən bəri geniş yayılıb. Qədim türklərdə "Ay Tənqri" (Ay Allahı) ifadəsi olub.
Axarbaxar (dağ)
Axarbaxar və ya Axar-Baxar — Azərbaycan Respublikasının qərbində, Kəlbəcər rayonunun qərb hissəsində, Qarabağ vulkanik yaylasında yerləşən yatmış vulkan. Vulkan dəniz səviyyəsindən 3047 metr yüksəklikdə yerləşir. Vulkan tipinə görə qarışıq vulkan və ya stratovulkanlara aiddir. Son püskürmənin e. ə. 782–773 illərdə baş verdiyi ehtimal edilir. == Etimologiyası == Axarbaxar sözünün bir neçə mənası vardır. Sözün birinci mənası hər tərəfi açıq və xoş mənzərəli yer, göz işlədikcə görünən yer, mənzərə deməkdir. İkinci mənası isə suayrıcı, iki çay və ya su hövzəsini bölən xətt anlamına gəlir. Bu da ounun yerləşdiyi ərazinin coğrafiyasına uyğun gəlir.
Ayuv Dağ
Ayıdağ (ukr. Аю-Даг, krımtat. Ayuv Dağ, Аюв Дагъ) — Krımda yerləşən dağ zirvəsi. Dağın hündürlüyü dəniz səviyyəsindən 571 metr (570,80 m) yuxardadı, şimal qərb istiqamətində dağ massivi 2400 metrədək azca uzanır. Ümumi sahəsi təxminən 4 kvadrat kilometrdi. Ayuv Dağ kompleksi dövlət təbiət yasaqlığı sayılır. == Geoloji mənşə == Ayu-Daq klassik lakkolitdir, yəni tam formalaşmamış vulkandı. Dağ təxminən 150 milyon il əvvəl yer qabığının sınıq yerlərinə maqmanın daxil olması nəticəsində orta yura geoloji dövründə yaranıb. Bugünə kimi burada 18 mineral aşkar edilmişdir. == Flora və fauna == Flora təmsilçilərindən bunları qeyd etmək olar: palıd ağaclarının növləri (Quercus petraea və Quercus pubescens), adi göyrüş,adi quşarmudu, bereka, adi zoğal, tikanlı qaratikan, həmərsin.
Ağababa (dağ)
Ağababa, Ağbaba — Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində, Qarabağ silsiləsində dağ. Ağababa dağının hündürlüyü 2367 metrdir. Subalp çəmənliyi var.Ağababa/Ağbaba dağı Kəlbəcər rayonunun Şərq hissəsində, Qarabağ silsiləsində dağ. Hündürlüyü 2367 m. Türkcə akbaba "qartal" deməkdir. Oronim "qartal dağı, qartallı dağ" mənasını ifadə edir. Dağda Ağbaba piri var. Qərbi Azərbaycanın Amasiya rayonunda böyük bir ərazi də Ağbaba adlanır.
Ağbaba (dağ)
Ağbaba — İrəvan xanlığının Türkiyə ilə sərhəd bölgəsində dağ adı. (yüksəkliyi 2040 metr) == Toponim == Dağ oradakı müqəddəs sayılan Ağbaba pirinin adı ilə adlanmışdır. Aqbaba dağ silsiləsi Baş Güney, Qaya Güney, Qısırdağ, Kalloy, Kəçəldağ, Göydağ, İkiqat, Naxoşdağ, Tayaqaya və b. zirvələrdən ibarətdir. Böyük Ağbaba və Kiçik Ağbaba dağları vardır. XX əsrin 30-cu illərində bu dağlara Qukasyan Mets və Qukasyan Pokr adları verilmişdir. XIX əsrdə Qars əyalətinin Kağızman dairəsində Ağbaba dağ beli və Azərbaycanda Ağbaba (Kəlbəcər) dağ adları ilə mənaca eynidir. 1728-ci ilə aid türkcə mənbədə Tiflis əyalətində də bir kəndin Ağbaba adlandığı qeyd olunmuşdur. Əxi baba adından təhrifdir. Bax: Ağabaş.
Ağburun (dağ)
Ağburun — Azərbaycanın Xocavənd rayonunda Ağcaqoşun çayının sağ sahildə dağ. Hündürlüyü 450 m (bəzi mənbələrdə: Hündürlüyü 196 m) == Toponimikası == Ağburun-rəng bildirən ağ və burun (dağın burun formalı çıxıntısı) sözlərindəndir. Ağburun dağının hündürlüyü 450 m-dir.
Ağlağan (dağ)
Ağlağan - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Ağlağan dağının hündürlüyü 2992 m.-dir. == Toponimikası == Ağlağan İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Boz Abdal dağ silsiləsinin zirvələrindəndir. Hünd 2992 m.-dir. İlk dəfə "Kitabi-Dədə Qorqud" eposunda (IV boy) adı çəkilir. Türk dillərində rəng bildirən ağ və mənası məlum olmayan "laqan" sözlərindən ibarətdir. XIX əsrdə Eçmiadzin qəzasındakı Qızıl Laqan (bulaq adı), Şimali Qafqazda Stavropol quberniyasının Böyük Derbet ulusundakı Laqan-Xuduk (dağ adı) və Dağıstan əyalətinin Teymurxanşura dairəsindəki Cakas-Lağan toponimləri ilə mənaca eynidir. XX əsrin 30-cu illərində fərmanla ermənicə Urasar adlandırılmışdır.
Ağoyuq (dağ)
Ağoyuq — Zəngilan rayonu ərazisində cənub-şərqində dağ. Hündürlüyü 548 m. Oronim ağ (kicik) və oyuq (çökək, kaha, mağara, zağa) sözlərindən düzəlib, "kicik kaha, mağara olan dağ" deməkdir.
Ağyataq (dağ)
Ağyataq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Kilsəli kəndi ərazisində, Kicik Qafqazda dağ. Hündürlüyü 2389 m. Oronim ağ (rəng) və yataq (burada faydalı material çıxarılan yer) sözlərindən düzəlib. Ağyataqda civə yatağı var. Ağyataq civə yatağı Moz çayı ilə Kilsəli kəndi arasındadır. Dağın adı da buradan götürülmüşdür.
Baba Dağ
Babadağ — Türk dilindən, "Baba" və "Dağ" sözlərindən yaranmışdır. Babadağ (şəhər) — Rumıniyada şəhər. Babadağ (dağ, Azərbaycan) — Azərbaycanda, Böyük Qafqaz dağlarının zirvələrindən biri. Babadağ — Baş Qafqaz silsiləsinin cənub-Şərqində, eyniadlı dağın yamacında aşırım. Babadağ (dağ, Türkiyə) — Türkiyədə dağ. Babataq — Orta Asiyanın cənubunda dağ. Babadağ (Denizli) — Türkiyədə şəhər.
Bahadur (dağ)
Bahadur dağ, İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Balliqaya (dağ)
== Toponim == Ballıqaya - Yeizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı. Ermənicə Meqrakar adlandırılmışdır. == Həmçinin baxi == Ağbaba (dağ) Boz Abdal (dağ) == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Ballıqaya (dağ)
== Toponim == Ballıqaya - Yeizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı. Ermənicə Meqrakar adlandırılmışdır. == Həmçinin baxi == Ağbaba (dağ) Boz Abdal (dağ) == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Bartaz (dağ)
Bartaz — Zəngilan rayonunun cənub qərbində Mehri (Mehri Guney) silsiləsində, Ermənistanla sərhəddə dağ. Hündürlüyü 2270 m. Toponimiyada bart/bard "dağ", as/az/ats "su"; "iti uc, iti zirvə" deməkdir. Oronim "iti zirvəli dağ" mənasındadır.

Oxşar sözlər

#dağ-tayqa nədir? #dağ-tayqa sözünün mənası #dağ-tayqa nə deməkdir? #dağ-tayqa sözünün izahı #dağ-tayqa sözünün yazılışı #dağ-tayqa necə yazılır? #dağ-tayqa sözünün düzgün yazılışı #dağ-tayqa leksik mənası #dağ-tayqa sözünün sinonimi #dağ-tayqa sözünün yaxın mənalı sözlər #dağ-tayqa sözünün əks mənası #dağ-tayqa sözünün etimologiyası #dağ-tayqa sözünün orfoqrafiyası #dağ-tayqa rusca #dağ-tayqa inglisça #dağ-tayqa fransızca #dağ-tayqa sözünün istifadəsi #sözlük