Faruk Dinç
Faruk Dinç (1985, Diyarbəkir ili) — əczaçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
== Həyatı ==
Faruk Dinç 1985-ci ildə Diyarbəkir ilinin Dicle ilçəsində anadan olub. İbtidai və orta təhsilini Diyarbəkir ilində alıb. Malatya İnönü Universiteti Əczaçılıq Bölməsindən məzun olub.
Tələbə illərində İhya Təhsil-Mədəniyyət Dayanışma Dərnəyinin (İHYA-DER) üzvü olub. Dərnəyin “Başsağlığı və Dəfn Komissiyası”nda çalışıb. 2009-cu ildə İHYA-DER üzvü olduğu səbəbilə həbs edilib və 2 ay yarım həbsxanada saxlanılıb. Azadlığa çıxandan sonra universiteti bitirib və 2010-cu ildə bəraət alıb. Siyasi fəaliyyəti ərzində Hürr Dava Partiyasında gənclər qanadının sədri, Diyarbəkir il şöbəsinin sədri, İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrində çalışıb.
2023-cü il mayın 14-də Hürr Dava Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Mərsin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.