Dnestryanı Moldova Respublikası
Dnestryanı (mold. Нистрения, rus. Приднестровье, ukr. Придністров'я) və ya rəsmi adı ilə Dnestryanı Moldav Respublikası (mold. Република Молдовеняскэ Нистрянэ, rus. Приднестровская Молдавская Республика, ukr. Придністровська Молдавська Республіка) — Şərqi Avropada Moldova daxilində birtərəfli şəkildə müstəqilliyini elan edən de-fakto dövlət. Dnestryanı Moldovanın Dnestr çayından şərqdəki ərazilərini əhatə edir. Paytaxtı Tiraspol şəhəri, ümumi sahəsi 4,163 kvadrat kilometrdir. Öz siyasi quruluşu, parlamenti, konstitusiyası, dövlət rəmzləri, ordusu, polisi və poçt sistemi olan bu ərazi Birləşmiş Millətlər Təşkilatına üzv olan heç bir dövlət tərəfindən tanınmamaqdadır.