Yapon dovşanı
Yapon dovşanı (lat. Lepus brachyurus) — Dovşanlar fəsiləsinə aid növ. Yaponiya adalarında yayılmış endemik canlı.
== Görünüşü ==
Yapon dovşanı əsasən kiçik ölçülü dovşanlara aiddir. Onların çəkisi 2,5 kq təşkil edir. Rəngi parlaq qırmızı-qəhvəyidən tünd boz-qəhvəyi çalarlarında ola bilir. Ağ ləkələr isə baş və ayaq nahiyələrində rast gəlinir. Şimal adalarında yayılmış yarımnövlərdə mövsümü dimorfizm müşahidə edilir. Beləki, qış ayları xəzi ağ rəngə bürünür.
== Yayılması ==
Onların yayılma sərhədləri əsasən yapon adaları daxilində yerləşir Honşu, Şikoku, Kyuşu, Sado, Oki adaları, Avaci, Hokkayda adasında rast gəlinmir.