* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 bax dumbul. Dümbək çalmaq. – Nə tüfəngə çaxmaq, nə dümbəyə toxmaq. (Ata. sözü).
Azərbaycan dilinin izahlı lüğəti / dümbək1 Sözün əsli dümtək kimi olub. Düm“sağ”, tək isə “sol əl zərbəsi” deməkdir. Deməli, “iki əllə çalınan alət” mənasını verir (hərfi mənası sağ-“sol əl” kimi anlaşıla bilər). Omonimi də var: “quyruq”deməkdir və fars mənşəlidir. Farslarda dombe, dombalçe sözləri “arxa tərəf” mənasını əks etdirir. Dümbək (dombe-ək) sözü kiçik “quyruq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dümbək1 DÜMBƏK (mus.) [Əbdülhəsən bəy:] ..burada kamança, dəf, tar, dümbək və ney səsləri ucalırdı (M.S.Ordubadi); DUMBUL Dumbul əvvəl ağır, sonra sürətli templə çalınardı (H.Sarabski).
Azərbaycan dilinin sinonimlər lüğəti / dümbək