* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Qorxmaq, vahiməyə düşmək, xoflanmaq. Qaranlıqdan eymənmək. – [Yazgül:] Ay ana, mən də eyməndim, bəlkə xoxanmış. Ə.Məmmədxanlı. Əhməd ətrafına baxdıqca minlərcə insan görür kimi eymənirdi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / eymənmək1 Qorxmaq, ehtiyat etmək, çəkinmək anlamlarında işlənir və mənbələrdə ayman, eymən, ayın formalarında yazılıb. Sözün kökü “ay”dır, mənası “qorxu” deməkdir. Mənbələrdə aya “опасаться”, ayat “qorxut” mənalarında işlədilib. Deməli, eymən sözü ay-a-man kimi olub və formasını dəyişərək eymən şəklini kəsb edib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / eymənmək1 гл. кичӀе хьун, кичӀ акатун; qaranlıqdan eymənmək мичӀивиликай кичӀе хьун.
Azərbaycanca-ləzgicə lüğəti / eymənmək