Bernard Medoff fırıldaqçılığı
Bernard Medoff fırıldaqçılığı — Bernard Medoff tərəfindən təşkil edilən və 3 milyona qədər insana təsir edən maliyyə fırıldağı. Maliyyə itkiləri təqribən 17,5 milyard dollar təşkil etmişdir. Tarixdə ən böyük hesab olunur. Medoffun şirkəti dağılmadan əvvəl 40 ildən çox fəaliyyət göstərdi.
== Tarixi ==
Bernard Medoffun şirkəti 1960-cı ildə fəaliyyətə başlayıb. Bernard Medoff çox yaxşı reputasiyaya malik idi: o, bir çox təşkilatların və böyük firmaların əməkdaşlıq etdiyi «Fairfield Sentry» investisiya şirkətini idarə edirdi. Hesab edilir ki, o, 1970-ci illərdə investorlara birjada oynamaqdan illik 46%-ə qədər vəd verməyə başlayanda fırıldaqçılıqla məşğul olmağa başlayıb, lakin əslində o, köhnə müştərilərə yeni müştərilərdən gələn vəsaitlə ödəniş edib.
Ehtimal olunur ki, Medoffun fırıldaqları bu qədər uzun müddət aşkar edilmədi, çünki hər rübün sonunda o, demək olar ki, bütün səhmlərini, 11 milyard dollar dəyərində satdı və SEC-ə hesabat verməkdən yayına bildi. Ertəsi gün hər şeyi geri qaytardı. Amma ekspertlər belə bir nəzəriyyəni rədd edirlər, çünki əks halda fond bazarında nəzərəçarpacaq dalğalanmalar olardı.