gülmək sözü azərbaycan dilində

gülmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gülmək • 85.6698%
  • Gülmək • 13.3956%
  • GÜLMƏK • 0.9346%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gülmək
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Gülməkan (Xudabəndə)
Gülməkan (fars. گلمكان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 149 nəfər yaşayır (32 ailə).

gülmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Müəyyən bir hiss nəticəsində (məs.: sevindikdə, şənləndikdə, gülməli və ya mənasız bir şey gördükdə), habelə bəzi əsəb sarsıntıları anında xarakterik səslər çıxararaq öz duyğusunu bildirmək (ağlamaq əksi). Zəmani-hicrdə gəh ağlayıb, gəhi gülləm. S.Ə.Şirvani. Hamı duyub bu halı, gülüb qaqqıldaşdılar. S.Vurğun. 2. İstehza etmək, ələ salmaq, masqaraya qoymaq, lağ etmək. Gülmə qonşuna, gələr başına. (Ata. sözü). Qıraqdan baxanlar onun qorxaqlığına gülmüşdülər. Mir Cəlal. 3. məc. Xoş bir xəbərdən, yaxşı bir hadisədən sevinmək, şadlanmaq. 4. məc. Sevinc ifadə etmək. Güldü yarpaq, coşdu irmaq, güllər oynadı. C.Cabbarlı. Təbiət gülür, çiçəklər, quşlar … sevinc içindədirlər. S.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / gülmək

gülmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 GÜLMƏK Məhəmmədhəsən əmi özü də oğluna baxıb başladı gülməyə (C.Məmmədquluzadə); DİŞLƏRİNİ AĞARTMAQ (səbəbsiz gülmək) (fr.v.) İndi isə hörmətli bir tanış kimi mənə salam verir və dişlərini ağardır (M.S.Ordubadi); HIRILDAMAQ (boş-boşuna gülmək) Əhməd başladı hırıldamağa (C.Məmmədquluzadə); İRİŞMƏK (boş-boşuna gülmək) Fərman Əhmədin üzünə mənalı-mənalı baxıb irişdi.. (Ə.Abbasov); ŞAQQANAQ ÇƏKMƏK (ucadan gülmək) İbrahim bəy şaqqanaq çəkdi (Ə.Vəliyev); MIRTILDAMAQ (dan.).

    Azərbaycan dilinin sinonimlər lüğəti / gülmək

gülmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. смеяться, рассмеяться; 2. насмехаться;

    Azərbaycanca-rusca lüğət / gülmək
  • 2 глаг. смеяться: 1. издавать смех. Bərkdən gülmək громко смеяться, ürəkdən gülmək смеяться от души, sevincindən gülmək смеяться от радости, səbəbsiz gülmək беспричинно смеяться, süni gülmək неестественно смеяться, gözləri yaşaranadək gülmək смеяться до слез 2. насмехаться, издеваться, высмеивать. Yoldaşına gülmək смеяться над товарищем, sözlərinə gülmək kimin смеяться над словами кого, чьими, paltarına gülmək kimin смеяться над чьим нарядом 3. выражать весёлость (о глазах, лице и т.п.). Qocanın gözləri gülürdü глаза старика смеялись, ananın üzü gülürdü лицо матери смеялось; di gəl gülmə ну как же не смеяться ◊ dodağının altından gülmək подсмеиваться, смеяться исподтишка, üzünə gülmək смеяться в лицо (открыто насмехаться), gülmə qonşuna gələr başına не смейся чужой беде, своя на гряде; gülməkdən qarnı yırtılmaq лопнуть со смеху, надорвать живот (животики) со смеху; gülməkdən qəşş eləmək кататься со смеху, gülməkdən ölmək умирать со смеху, gülməkdən uğunub getmək покатываться со смеху, gülməkdən keçinmək умереть со смеху, doyunca gülmək смеяться вдоволь, bir az güldük, bəsdir посмеялись, и хватит

    Azərbaycanca-rusca lüğət / gülmək

gülmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to laugh; bərkdən / ucadan ~ to laugh loudly; yavaşdan ~ to chuckle; zorla ~ to give* a forced laugh; öz-özünə ~ to laugh to oneself; to laugh in one’s sleeve idiom.; zarafata ~ to laugh at a joke; gözündən yaş gələnə kimi ~ to laugh until one cries; 2. (masqaraya qoymaq) to laugh (at), to mock (at), to make* fun (of); gülməyi gəlmək / tutmaq to want to laugh, can’t stand laughing; ◊ Bişmiş toyuğun gülməyi gəlir ≅ It’s enough to make a cat laugh

    Azərbaycanca-ingiliscə lüğət / gülmək

gülmək sözünün fransız dilinə tərcüməsi

gülmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. хъуьруьн; хъверун; özü deyir, özü də gülür. Ata. sözü вичи лугьуз – вич хъуьрез; 2. хъуьруьнар авун, рахшанд авун, ягьанатун, хъуьруьн (масадал); 3. пер. хвеши хьун, шад хьун (са хъсан хабардикай); // пер. хъуьруьн.

    Azərbaycanca-ləzgicə lüğəti / gülmək

gülmək sözünün türk dilinə tərcüməsi

"gülmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gülmək nədir? #gülmək sözünün mənası #gülmək nə deməkdir? #gülmək sözünün izahı #gülmək sözünün yazılışı #gülmək necə yazılır? #gülmək sözünün düzgün yazılışı #gülmək leksik mənası #gülmək sözünün sinonimi #gülmək sözünün yaxın mənalı sözlər #gülmək sözünün əks mənası #gülmək sözünün etimologiyası #gülmək sözünün orfoqrafiyası #gülmək rusca #gülmək inglisça #gülmək fransızca #gülmək sözünün istifadəsi #sözlük