gərək sözü azərbaycan dilində

gərək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gərək • 85.3130%
  • Gərək • 14.6498%
  • GƏRƏK • 0.0371%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dost Dosta Tən Gərək (2007)
== Məzmun == Film siçanla pişiyin macəralarından bəhs edir == Film haqqında == Filmin ərsəyə gəlməsi üçün 20000 şəkil çəkilmişdir.
Dinarə Gərəkməzli
Gərəkməzli Dinarə İsa qızı (14 aprel 1948, Sərvan) — şair, tərcüməçi, ssenarist, kino redaktoru, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Dinarə Gərəkməzli 1948-ci il aprelin 14-də Gürcüstanın Marneuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1963-cü ildə ailəliklə Bakıya köçmüşlər. Burada 150 saylı şəhər orta məktəbini bitirmişdir (1966). Aparatçı, tabelçi və "Azərkitab"ın kitab bazasında fəhlə işləmişdir (1966–1969). Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil almışdır (1969–1974). "Molodyoj Azerbaydjana" qəzeti redaksiyasında müxbir işləmişdir (1974–1977). Hazırda "Azərbaycanfilm" studiyasında redaktor kimi çalışır (1977-ci ildən). Rus dilində yazıb-yaradır. Bədii yaradıcılığa 1967-ci ildən başlamışdır.
Gərəkli
Gərəkli — Azərbaycan Respublikasının Balakən rayonunun Gərəkli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Balakən rayonunun faktiki mövcud olan Gərəkli kəndi dürüstləşdirmə qaydasında Poştbinə kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Poştbinə kənd Sovetinin mərkəzi Gərəkli kəndinə keçirilmiş, Poştbinə kənd Soveti Gərəkli kənd Soveti adlandırılmışdır. == Toponimikası == 1992-ci ilədək kəndin adı Pəştbinə olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Dağıstandan gəlmiş Gərəkhacı adlı şəxs saldığına görə belə adlandırılmışdır. Hazırda kənddəki məhəllələrdən biri gərəkhacılar adlanır. Etnotoponimdir. Pəştbinə oykonimi isə vaxtilə burada olan poçt məntəqəsinin adındandır.
Gərəkli bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

gərək sözünün leksik mənası və izahı

  • 1 1. əd. Gərəkdir, lazımdır (cümlədə xəbər mənasında işlənir). Söz gərək ox keçməz qayadan keçə; Yoxdursa sözünün kəsəri, – yazma… M.Araz. □ Gərək olmaq – lazım olmaq, işə yaramaq, kara gəlmək. Dost dosta nə gündə gərək olar? (Ata. sözü). Tənbəldən kömək olmaz; Kimsəyə gərək olmaz; İşində çalışgilən; Zəhmətsiz yemək olmaz. (Bayatı). 2. Feildən qabaq işlənərək, onun ifadə etdiyi işin, hərəkətin olmamasının və ya olmasının arzu edildiyini bildirən modal söz. Gərək gedim. Gərək o sözü deməyəydim. – Onu bilirsənmi ki, mən sabah gərək Tovuzda olam? S.Hüseyn. [Nəbi:] Düşünüb bayaqdan tökmüşəm tədbir; Gərək sinə gərək düşmənə əlbir. S.Rüstəm. [Qara kişi:] Gərək hamıya yaxşılıq eləyəsən ki, öləndə hamı rəhmət desin. B.Bayramov. 3. bağl. mənasında. İstər, həm. Gərək dost, gərək düşmən. 4. İs. mənasında, dan. Yaraq, silah, ləvazimat. Gərəyini götürdü. – Yüz gün yaraq, bir gün gərək. (Ata. sözü). Gərəkdir şəklində – lazımdır, vacibdir, zəruridir. Dərd çəkənə gərəkdir. (Ata. sözü). Xumar-xumar baxan ala gözlərin; Gərəkdir verəsən can qabağında. M.P.Vaqif. Ey dust, bizə huriyü-qılman nə gərəkdir; Yüz huriyüqılman ola, könlüm səni istər. S.Ə.Şirvani. ◊ Gərək ki – ehtimal ki, deyəsən, olsun ki, yəqin ki. [Yusif:] On ildir ki, Şamdan ilə görüşməmişəm. İndi, gərək ki, surəti də təğyir tapıbdır. N.Nərimanov. [Əminə:] Başımda şal otağa girdim, gərək ki, suqabını götürmək istəyirdim. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / gərək

gərək sözünün sinonimləri (yaxın mənalı sözlər)

gərək sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 GƏRƏK I is. Lazım, zəruri, vacib. Səbr elə, ehtiyat gərək... (S.Vurğun). GƏRƏK II is. modal Ehtimal, arzu, təkid mənalarını ifadə edir. Əziz qonaqlar gərək bizi bağışlasınlar (M.Hüseyn).

    Azərbaycan dilinin omonimlər lüğəti / gərək

gərək sözünün rus dilinə tərcüməsi

  • 1 нужно, должно, необходимо

    Azərbaycanca-rusca lüğət / gərək
  • 2 I предик. должен, должна, должно, должны в сочет. с глаголами: 1. выражает обязательность. Gərək bu işi qurtarasan ты должен закончить эту работу 2. выражает предположение с оттенком обязательности. Gərək tez qayıtsın должен скоро вернуться, gərək məzuniyyətə gedəydi должен был уйти в отпуск, gərək icazə versin он должен разрешить 3. gərəkdir нужно, надо; следует, необходимо; gərəksə если нужно, gərək deyil не нужно, hələ gərəkdir пока нужно, ehtiyat gərəkdir нужна осторожность; gərək olmaq: 1. быть нужным, необходимым; 2. понадобиться, пригодиться; gərək olduqda в случае необходимости, надобности; gərək olmadıqda без надобности, когда нет надобности, необходимости; gərək olar пригодится, понадобится; gərək olarsa если будет нужно, необходимо; если понадобится, в случае надобности; gərək saymaq считать, счесть нужным, необходимым; gərək deyil не нужно, ни к чему; на что; mən ona gərək deyiləm я ему не нужен; onun məsləhətləri mənə gərək deyil мне не нужны его советы, я не нуждаюсь в его советах II вводн. сл. должно быть, наверно, наверное, вероятно, по всей вероятности. Gərək bu yaxınlarda gəlsin вероятно, придёт в ближайшее время, gərək o, evdədir должно быть, он дома; gərək ki наверно, должно быть ◊ nəyimə gərək какое мне дело; nəyə gərəkdir к чему, на что

    Azərbaycanca-rusca lüğət / gərək

gərək sözünün inglis dilinə tərcüməsi

  • 1 mod.s. 1. It is necessary (+to inf.); Gərək biz bu kitabı oxuyaq It is necessary for us to read this book; 2. It is necessary (that.... should); Gərək kimsə ora getsin It is necessary that smb. should go there; 3. need (+passive inf.); Gərək bunu ehtiyatla edəsiniz It needs to be done carefully; 4. must (+passive inf.); Bu gərək edilsin It must be done; 5. to have (+ passive inf.) Bu iş gərək görülsün This work has to be done; 6. one should (+inf.); Gərək ehtiyatlı olasan One should be careful; 7. ought (+to inf.); Siz gərək həkimə gedəsiniz You ought to see a doctor

    Azərbaycanca-ingiliscə lüğət / gərək

gərək sözünün fransız dilinə tərcüməsi

gərək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 герек (1. кӀус. герек я, лазим я (цӀарафда хабар манада); gərək olmaq герек хьун, лазим хьун, кардиз атун; 2. союз. кӀантӀа, гьам; 3. сущ. рах. яракь, зереъат; 4. gərəkdir герек я, лазим я, важиб я); ** gərək ki жед(и), якъин хьи.

    Azərbaycanca-ləzgicə lüğəti / gərək

gərək sözünün türk dilinə tərcüməsi

"gərək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gərək nədir? #gərək sözünün mənası #gərək nə deməkdir? #gərək sözünün izahı #gərək sözünün yazılışı #gərək necə yazılır? #gərək sözünün düzgün yazılışı #gərək leksik mənası #gərək sözünün sinonimi #gərək sözünün yaxın mənalı sözlər #gərək sözünün əks mənası #gərək sözünün etimologiyası #gərək sözünün orfoqrafiyası #gərək rusca #gərək inglisça #gərək fransızca #gərək sözünün istifadəsi #sözlük