general-bas sözü azərbaycan dilində

general-bas

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • general-bas • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
BAS
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
Bas-gitara
Bas gitara, əsasən dörd teli olan və qalın səs verən simli bir musiqi alətidir. Günümüzün əvəzedilməz musiqi alətlərindən biridir. Bas gitara ilə əsasən Rok, Metal, Caz, Blüz, Pop, Fank və R&B kimi musiqi növlərində istifadə edilir. İlk dəfə olaraq Fender tərəfindən 1950-ci illərin əvvəllərində Fender Precision Bass modeliylə istehsal edilmişdir.
Bas Ter
Bas Ter (fr. Basse-Terre) — Qvadelupa (Kiçik Antil adaları) adasında şəhər, Qvadelupanın inzibati mərkəzi. Sufrier vulkanının ətəyində yerləşir. Əhalisi 12 100 nəfərdir (2008). Dəniz limanı yoxdur. Ancaq dərinsulu lövbər dayanacağı mövcuddur. Şəhərdə şəkər istehsalı üstünlük təşkil edir. Ərazidən şəkər xam malı, banan, kofe, kakao və vanil daşınır. Şəhərin tanınmış insanlarından biri — fransız hərbiçisi və bəstəkarı, dirijor, skripkaçı Bolon de Sen-Jorjdur. == Adlandırılması == «Basse-Terre» sözü fransız dilindən «düzənlik» kimi tələffüz olunur.
Bas gitara
Bas gitara, əsasən dörd teli olan və qalın səs verən simli bir musiqi alətidir. Günümüzün əvəzedilməz musiqi alətlərindən biridir. Bas gitara ilə əsasən Rok, Metal, Caz, Blüz, Pop, Fank və R&B kimi musiqi növlərində istifadə edilir. İlk dəfə olaraq Fender tərəfindən 1950-ci illərin əvvəllərində Fender Precision Bass modeliylə istehsal edilmişdir.
Toram-Bas
Toram-Bas (fr. Thorame-Basse, oks. Torama Bassa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Allo-Kolmar kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04218. 2008-ci ildə əhalinin sayı 202 nəfər təşkil edirdi. İqtisadiyyat kənd təsərrüfatı və turizmə əsaslanır. Pivə zavodu mövcuddur.
Bas Otis
Bas Otis (17 iyul 1784[…] – 3 noyabr 1861, Filadelfiya, Pensilvaniya) — Amerikalı portret rəssamı. == Həyatı və karyerası == Otis Massaçusets ştatının İst Bricvoter şəhərində dünyaya gəlib. O, gənc yaşlarında dərrak ustasının yanında şagirdlik edib. Daha sonra rəssam kimi çalışıb. Otis Nyu Yorka köçdü və burada rəssam Con Uesli Jarvisin köməkçisi kimi çalışdı. 1812-ci ildə Pensilvaniya ştatının Filadelfiya şəhərinə köçəndən sonra onun rəssamlıq karyerası çiçəkləndi. 1812-ci ildə ABŞ Rəssamlar Cəmiyyətinə seçildi və onun səkkiz portreti Rəssamlar Cəmiyyətinin və Pensilvaniya Gözəl Sənətlər Akademiyasının birgə sərgisində sərgiləndi. O, 1824-cü ildə Pensilvaniya Akademiyasında akademik seçildi. Otisin ən məşhur ilk işlərindən biri metal emalı sexinin içindəki mənzərəni təsvir etmək olmuşdur. Təxmin edilir ki, onun şagirdlik illərinin əksi olaraq çəkilmişdir əsər.
General
General (lat. generālis — ümumi; tarixi Azərbaycandilli mənbələrdə سرتیب Sərtib sözü işlənirdi) — polkovnikdən sonra və marşala qədər quru və hava qüvvələrində yüksək rütbəli zabitlərə verilən hərbi rütbədir. Donanmadakı ekvivalenti “admiral”dır. Müraciət edərkən yalnız general-leytenanta və dörd ulduzlu generala “general” deyə müraciət edilərkən, briqadir və general-mayor rütbəli zabitlər birbaşa bu rütbələri ilə çağırılırlar. Ümumi olaraq general rütbələri bunlardır: Briqada generalı: Briqada komandiri General-mayor: Diviziya komandiri General-leytenant: Korpus komandiri Dörd ulduzlu general: Ordu komandiri Marşal və ya Böyük Admiral: Ordu Komandiri olaraq üç döyüşdə qalib gələn generallara verilən tituldur. Bununla birlikdə, hərbi vəzifələrdən əlavə təşkilati vəzifələrə təyinatlarla əlaqədar olaraq hər Briqadir bir briqada komandiri və ya hər general-mayor bir diviziya komandiri deyildir.
Bas-Ter (rayon)
Bas-Ter (fr. Basse-Terre) — Fransanın Qvadelupa regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Qvadelupa. Suprefektura — Bas-Ter. Rayon əhalisi 2006-cı ildə 189.529 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 221,93 nəf./ km². Rayon ərazisi — 854 km².
Bas (səs tipi)
Bas ( it. basso "aşağı") - səsin müvafiq tessiturasına malik olan ən aşağı kişi səsi. Böyük səs dərinliyi və dolğunluğu ilə fərqlənir. Qədim dövrlərdən bizim dövrümüzə qədər bas səsləri bəstəkarlar tərəfindən istifadə edilir. Xor və nəğmələr üçün bir çox kompozisiyalarda bas partiyası əsasdır. Həmçinin operada bir çox bas partiyaları ifa olunurdu. Baslar dərin bas profundo və melodik bas kantantasına bölünür. Bas diapazonu E-F (böyük oktavanın Mi-si, Fa-sı)-dan e1-g1-ə (Mi, Fa, Fa #, birinci oktavanın Sol-u), keçid notları: a-cis (Kiçik oktavanın La-sı - birinci aktavanın Do-diez-i). == Növlər == Yüksək bas, melodik bas (kantante), F2 (böyük oktavanın Fa-sı) ilə F4 (1-ci oktavanın Fa-sı) və bəzən F4, F#4, G4, Ab4 (Fa-diez, Sol və Birinci oktavanın la-bemolu) iş diapazonuna malikdir. Bu, bəzən bariton tembrini xatırladan yüngül, parlaq səsdir.
General-feldmarşal
General-feldmarşal (alm. Generalfeldmarschall‎) — alman və rus ordusunda quru qoşunlarında ali hərbi rütbə, dünyanın bir çox ölkələrində anoloji rütbə -feldmarşal. General-feldmarşal rütbəsi ilk dəfə XVII əsrdə — 1620-ci ildə Bohemiyada tətbiq edilmişdir.. Sonralar bu rütbədən (1657-ci ildən) Brandenburqda (Prussiyada) istifadə olunmuş və eyni zamandau bu rütbə digər alman dövlətlərində (Bavariyada, Saksoniyada, Hannoverdə, həmçinin Avstriyada və Niderlandda feldmarşal variantında hərbi rütbələr sırasına daxil edilmişdir. Rusiyada general-feldmarşal rütbəsi 1699-cu ildə I Pyotr tərəfindən tətbiq edilmişdir. Fransada və bir sıra digər ölkələrdə general-feldmarşal rütbəsinə uyğun olan marşal rütbəsindən istifadə olunmuşdur.
General-leytenant
General-leytenant — hərbi rütbə. == Azərbaycan == Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə vitse-admiral rütbəsidir.
General-mayor
General-mayor — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kontr-admiral rütbəsidir.
General-polkovnik
General-polkovnik — Azərbaycan Silahlı Qüvvələrində ən yüksək hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə admiral rütbəsidir.
General (1970)
== Məzmun == Film tanınmış azərbaycanlı general, hərbi xadim, artilleriya general-leytenantı, Rusiya-Yaponiya müharibəsinin iştirakçısı, Port Arturun müdafiəsində göstərdiyi igidliyə görə qızıl qılıncla mükafatlandırılmış, Nikolay ordusunda "artilleriyanın allahı" hesab olunan Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir. == Film haqqında == Film-tamaşa yazıçı Qılman İlkinin eyniadlı povestinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Rauf Kazımovski Ssenari müəllifi: Qılman İlkin Quruluşçu operator: Nəriman Şıxəliyev Səs rejissoru: İsgəndər Kərimov === Rollarda === Yusif Vəliyev — Əliağa Şıxlinski Süleyman Ələsgərov Yusif Yulduz Ətayə Əliyeva — Nigar Məmmədağa Dadaşov Hacıbaba Bağırov Nadir Əsgərov Sadıq Hüseynov Muxtar Avşarov Bahadur Əliyev Məmməd Məcidov Məmmədsadıq Nuriyev Məmməd Sadıqov Əliheydər Həsənzadə == Mənbə == “Humay”ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
General (dəqiqləşdirmə)
General — Hərbi rütbə. General (film, 1970) — Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edən film. General Aslanov (film, 1970) — Həzi Aslanovun şanlı döyüş yoluna həsr olunmuş film. General Motors — ABŞ şirkəti.
General Dynamics
General Dynamics: Amerika Birləşmiş Ştatlarına məxsus olan müdafiə sənayesi şirkətidir. Türk Hava Qüvvələri və başqa ölkələrin istifadə etmiş olduğu F-16 hərbi təyyarəsinin əsil istehsalçısıdır. Bir çoxları F-16 layihəsi Lockheed Martin şirkətinin hesab etsə də, əslində bu təyyarənin ilkin dizaynı və elektron sistemləri General Dynamics şirkətinə məxsusdur.
General Motors
General Motors — rəsmi adı General Motors Corporation olan bu şirkətin əsası Uliyam Dyurant tərəfindən qoyulmuşdur. Uliyam Dyurant həmin vaxt artıq Buick şirkətinin sahibi idi. İlk vaxtlar şirkətin binası Flint şəhərində olsa da daha sonra sənaye mərkəzi olan Detroyt şəhərinə köçürülmüşdür, elə həmin il 1897-ci ildə yaradılan Oldsmobile şirkəti satın alınmışdır. 1909-cu ildə Dyurant Cadillac, Elmore, Oakland şirkətlərini də GM tərkibinə daxil edərək şirkəti daha da gücləndirdi. 1910-cu ildə Dyurant böyük miqdarda borclar və satışların az olma səbəbindən bankirlərin etibarını itirdi. Bir neçə il sonra "Dyurant Chevrolet Motor car" şirkətinin əsasını qoyur və həmin şirkət vasitəsi ilə gizli olaraq General Motorsun səhmlərini satın alır. 1920-ci ildə şirkətin başına keçən Alfred Sloyen General Motors şirkətini dünyanın ən böyük sənaye şirkəti etdi. 1931-ci ildən 2008-ə qədər dünyanın ən böyük avtomobil istehsalçısı olub. == Azərbaycanda fəaliyyəti == Azərbaycanda General Motorsun istehsalı olan maşınları Performans Centerdən əldə etmək olar. 2002-ci ildə şirkət Tolyati şəhərində daha yeni bir şərikli zavod açdı.
General Tanaka
General-Qubernatorluq
General-Qubernatorluq (alm. Generalgouvernement‎; pol. Generalne Gubernatorstwo) — İkinci Dünya müharibəsi illərində Almaniyanın Polşa kampaniyası zamanı Polşanın hərbi işğalı zamanı Polşa ərazisinin bir hissəsini ifadə edən "Böyük Almaniyanın" ayrı bir hissəsi idi. 1941-ci ildə, Barbarossa əməliyyatından sonra, Şərqi Qalisiyada Adolf Hitlerin (əsasən ukraynalılar) verdiyi bir sərəncamla Ümumi İdarəetməyə əlavə edildi. Hans Frank bu işğal olunmuş ərazilərə general qubernator təyin edildi. Bu yeni administrasiyanın rəsmi adı olan Frankın sərəncamı adı, 31 iyul 1940-cı ildə General-Qubernatorluq olaraq dəyişdirildi. Sovetlər 1944-cü ildə Polşanı aldılar və General-Qubernatorluq dağıldı. Frank 1945-ci ilin may ayında Amerika əsgərləri tərəfindən tutuldu və Nürnberq məhkəməsində mühakimə olunaraq edam edildi.
Elxan Həsənov (general)
Elxan Həsənov (1959, İrəvan) — Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəis müavini, polis general-mayoru. == Həyatı == Həsənov Elxan İslam oğlu 1959-cu ildə Ermənistan SSR İrəvan şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə isə DİN-in Polis Akademiyasını bitirmişdir. 1980–1982-ci illərdə SSRİ Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçmişdir. 1986-cı ildə Azərbaycan SSR Daxili İşlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışmışdır. Sonralar o, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin şöbə rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifələrində işləmişdir. İctimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və xidməti vəzifəsinin yerinə yetirilməsində xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı "İgidliyə görə" medalı ilə, 29 iyun 2018-ci il tarixli 263 nğmrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş, Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2009-cu il tarixli 363 nömrəli Sərəncamı ilə ona polis general-mayoru xüsusi rütbəsi verilmişdir. Ailəlidir, iki övladı var.
Elçin Quliyev (general)
Elçin İsağa oğlu Quliyev (22 sentyabr 1967, Sumqayıt) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi rəisi (2002-ci ildən), Azərbaycan Sərhəd Qoşunlarının komandanı (2001–2017), Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini (2001–2002). == Həyatı == Elçin Quliyev 1967-ci il sentyabrın 22-də Sumqayıt şəhərində anadan olmuşdur. Elçin Quliyev 1974–1978-ci illərdə Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbdə, 1978–1982-ci illərdə isə buradakı 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Daha sonra o, 1982–1984-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirmiş, 1984-cü ildə isə Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olmuşdur. 1988-ci ildə oradan məzun olmuşdur. == Fəaliyyəti == Elçin Quliyev 1988–1992-ci illərdə Sovet Ordusunun Polşada yerləşən Şimal Qrupunda bir sıra vəzifələrdə xidmət etmişdir. 1992-ci ildə Azərbaycan Ordusunun sıralarında xidmət etməyə başlamışdır. 1992–1996-cı illərdə Xudat şəhərində əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996–2001-ci illərdə isə Xudat şəhərində sərhəd dəstəsinin rəisi vəzifələrində xidmət eləmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2001-ci il tarixli Fərmanına əsasən Elçin Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir. 2001-ci il avqustun 15-də isə Elçin Quliyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən general-mayor hərbi rütbəsi vermilmişdir.
Fikrət Məmmədov (general)
Fikrət Məmmədov (9 dekabr 1961, Lənkəran – 15 may 2002, Gədəbəy)— Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Üçüncü Ordu Korpusunun komandiri, "Qırmızı Ulduz", "Azərbaycan Bayrağı" ordeni kavaleri. == Həyatı == Fikrət Seyfulla oğlu Məmmədov 9 dekabr 1961-ci ildə Lənkəran şəhərində anadan olub. 1978-ci ildə Lənkəran şəhər 4 saylı beynəlmiləl orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz və neft istehsalı fakültəsinə daxil olub. Lakin, institutun II kursunun birinci semestrini bitirən Fikrət Məmmədov sənədlərini geri götürüb. Bir müddət Lənkəran 7 saylı avtobazada çilingər işləyib və 1980-ci ildə Bakı Ali Komandirlər məktəbinə daxil olub. 1985-ci ilin avqust ayından Əfqanıstan Demokratik Respublikasında desant qırıcı taqım komandiri, desant qırıcı bölük komandiri vəzifələrində xidmət edən Fikrət Məmmədov 1990–1993-cü illərdə Moskvada M. Frunze adına Hərbi Akademiyada təhsil alıb. 1993-cü ildən Azərbaycan Ordusunun tərkibində birbaşa cəbhəyə yollanıb və briqada komandiri təyin olunub. 1998-ci ilin mayında isə Fikrət Məmmədova general-mayor rütbəsi verilməklə Üçüncü Ordu Korpusunun komandiri vəzifəsinə təyinat alıb. Vətənin müdafiəsində göstərdiyi "Qırmızı Ulduz" ordeni və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
General-feldmarşal (Rusiya)
General-feldmarşal — XVII—XVIII əsrdən—1917-ci ilədək Rusiya ordusunda ali hərbi rütbə.
General-kvartirmeyster idarəsi
General-kvartirmeyster idarəsi — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş ərkani hərbinin (qərargah) tərkibində mövcud olan idarələrdən biri. == Haqqında == Əsası 1918-ci il noyabrın 15-də qoyulmuşdur. Hərbi nazirin həmin tarixli əmrinə əsasən, əvvəlcə şöbə kimi Ümumi qərargahın tərkibində, 1919-cu il martın sonlarında isə Baş ərkani hərbin tərkibində fəaliyyət göstərmişdir. Başlıca vəzifəsi qoşun hissələrinin komplektləşdirilməsi, onların döyüş hazırlığının təşkili, kəşfiyyat və əks-kəşfiyyat işlərinin aparılması idi.General-kvartirmeyster idarəsinin strukturu müntəzəm surətdə təkmilləşdirilmişdir. 1918-ci ilin noyabrında qurulan General-kvartirmeyster idarəsinin rəhbəri kimi qoşun hissələrində bu işlərə nəzarət edirdi: Səfərbərlik bölməsi hərbi mükəlləfiyyət haqqında sənədlərin hazırlanmas hərbi qeydiyyatın aparılması səfərbərlik planlarının və cədvəllərinin tərtib edilməsi hərbi strukturlarda və mülki təşkilatlarda səfərbərlik hazırlığının yoxlanması könüllü, partizan, həmçinin digər dəstələrin qeydiyyatının aparılması, qoşun hissələrinin təşkili, onların idarə edilməsi qoşunların döyüş hazırlığının gücləndirilməsi istiqamətində tədbirlərin müəyyənləşdirilməsi General-kvartirmeyster idarəsinin əməliyyat bölməsinin qarşısında ümumqoşun hazırlığı, müdafiə xarakterli işlərin planlaşdırılması, əməliyyatların hazırlanması və həyata keçirilməsi kimi vəzifələr dururdu. Qoşun hissələrindən döyüş rayonları haqqında məlumatlar toplanması, agentura şəbəkəsinin yaradılması və inkişafı, əks-kəşfiyyatın təşkili, hərbi attaşelərlə yazışmaların aparılması işləri ilə kəşfiyyat və əks-kəşfiyyat bölməsi məşğul olurdu. General-kvartirmeyster idarəsinin tərkibində nizami bölmə və rabitə xidməti bölməsi də var idi. Hərbi nazirin 17 avqust 1919-cu il tarixli əmrinə əsasən, təşkili başa çatdırılmış 1-ci və 2-ci zirehli qatarlar da Ümumi qərargahın tərkibindən çıxarılaraq general-kvartirmeyster idarəsinin tabeliyinə verilmişdi. 1920-ci ilin martında aparılan geniş islahatdan sonra yaradılmış Azərbaycan ordusu qərargahının struktur tərkibi kimi general-kvartirmeyster idarəsi də dəyişikliyə uğradı. Onun tərkibinə əməliyyat-kəşfiyyat bölməsi (rəisi polkovnik Hacıbəylinski), səfərbərlik və məhəlli qoşunlar şöbəsi (rəisi polkovnik Seyfullin), nizami və ümumi bölmə (rəisi podpolkov Hacıbəylinski), səfərbərlik və məhəlli qoşunlar şöbəsi (rəisi polkovnik Seyfullin), nizami və ümumi bölmə (rəisi podpolkovnik Maqrubov), hərbi əlaqələr-daşınmalar bölməsi (rəisi rotmistr Xudaverdov) şöbə və bölmələri və rabitə komandası daxil idi.
General (film, 1970)
== Məzmun == Film tanınmış azərbaycanlı general, hərbi xadim, artilleriya general-leytenantı, Rusiya-Yaponiya müharibəsinin iştirakçısı, Port Arturun müdafiəsində göstərdiyi igidliyə görə qızıl qılıncla mükafatlandırılmış, Nikolay ordusunda "artilleriyanın allahı" hesab olunan Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir. == Film haqqında == Film-tamaşa yazıçı Qılman İlkinin eyniadlı povestinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Rauf Kazımovski Ssenari müəllifi: Qılman İlkin Quruluşçu operator: Nəriman Şıxəliyev Səs rejissoru: İsgəndər Kərimov === Rollarda === Yusif Vəliyev — Əliağa Şıxlinski Süleyman Ələsgərov Yusif Yulduz Ətayə Əliyeva — Nigar Məmmədağa Dadaşov Hacıbaba Bağırov Nadir Əsgərov Sadıq Hüseynov Muxtar Avşarov Bahadur Əliyev Məmməd Məcidov Məmmədsadıq Nuriyev Məmməd Sadıqov Əliheydər Həsənzadə == Mənbə == “Humay”ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.

Oxşar sözlər

#general-bas nədir? #general-bas sözünün mənası #general-bas nə deməkdir? #general-bas sözünün izahı #general-bas sözünün yazılışı #general-bas necə yazılır? #general-bas sözünün düzgün yazılışı #general-bas leksik mənası #general-bas sözünün sinonimi #general-bas sözünün yaxın mənalı sözlər #general-bas sözünün əks mənası #general-bas sözünün etimologiyası #general-bas sözünün orfoqrafiyası #general-bas rusca #general-bas inglisça #general-bas fransızca #general-bas sözünün istifadəsi #sözlük