* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Yoxluq, fanilik, ədəm, mövcud olmama (varlıq ziddi). Ölüm bir iblisdir, həyat bir mələk! Varlığı izləyir heçlik kölgətək. S.Vurğun. [Məhəmməd:] Varlığı heçliyə mən dəyişərdim; Əgər bu dünyada sən olmasaydın. B.Vahabzadə. // Məc. mənada. Buludlar yığışır üstümə lay-lay; İçimdə bir boşluq, heçlik duyuram. S.Vurğun. // məc. Fəza, boşluq. Seyr etdim o heçlikləri mən də; Çırpındı könül matəm içində. H.Cavid. Sağır göy altında gələrək vəcdə; Sonsuz bir heçliyə eylədi səcdə. M.Müşfiq. 2. məc. Mənasızlıq, boşluq, naçizlik, miskinlik. Sadıq da, Xəlil də “danabaşlıların” həyatının bütün heçliyini, mənasızlığını görür və dərk edir. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / heçlik1 HEÇLİK – VARLIQ Lakin mən bu heçlikdə də bir həqiqətəm (C.Cabbarlı); Yaşamaz eşqsiz, ruhsuz sənətkar; Onun varlığı da quru sümükdür (S.Vurğun).
Azərbaycan dilinin antonimlər lüğəti / heçlik2 сущ. 1. небытие: 1) отсутствие существования жизни 2) состояние полной неизвестности кого-л., чего-л. для людей, для человеческого общества 3) пустота 2. ничто (пустота, небытие)
Azərbaycanca-rusca lüğət / heçlik1 i. 1. smallness, pettiness; 2. (adam haq.) nonentity, a nobody; worthless creature; futility
Azərbaycanca-ingiliscə lüğət / heçlik1 is. 1) nullité f ; 2) homme m de rien ; créature f méprisable
Azərbaycanca-fransızca lüğət / heçlik1 сущ. 1. гьичвал, фанивал, тахьунухь; 2. пер. манасузвал, бушвал, муьскӀуьнвал.
Azərbaycanca-ləzgicə lüğəti / heçlik