* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Qəzəb, acıq, qeyz, hirs, sərtlik. [Gülər Gülsabaha:] Hiddət ancaq sizin boğazınızı yırta bilər. C.Cabbarlı. Hiddətindən bağbanın gözləri qızardı. S.Rəhimov. □ Hiddətə salmaq – bax hiddətləndirmək. Mirzə Cəlil öz son məqalələri ilə ruhani və qoçuları hiddətə salacağını bilirdi. S.Vəliyev. // məc. Şiddət, azğınlıq, tüğyan. Küləyin hiddəti. – Dənizin coşduqca qeyzi, hiddəti; Anam hey soruşur məndən türbəti. M.Rahim. 2. Hiddətlə şəklində zərf – qeyzlə, sərtcəsinə. Hiddətlə cavab vermək. – Fərhadoğlu … cibindən ağ dəsmalını çıxarıb … hiddətlə yaşaran gözlərini sildi. S.Rəhimov. // Məc. mənada. Yenə saymazyana qırmaclayaraq Abşeronu; Sovurur xəzri narın qumları hiddətlə, budur. S.Rüstəm.
Azərbaycan dilinin izahlı lüğəti / hiddət2 ə. 1) acıq, qəzəb, hirs; 2) kəskinlik, sərtlik.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / hiddət3 azğınlıq — quduzluq — coşğunluq — qudurğanlıq — qızğınlıq — dəlilik
Azərbaycan dilinin sinonimlər lüğəti / hiddət4 HİDDƏT [Balağa:] Bu məğlubiyyət ona Həmidə pis təsir eləmişdi, hiddətindən bığlarını gəmirirdi (H.Abbaszadə); ACIQ Cəmil .. güləndə acığından Tahirin əlləri titrəməyə başladı (M.Hüseyn); HİKKƏ Bu gülüş, yamanca dəydi hədəfə; Dala da baxmadı o, hikkəsindən (B.Vahabzadə); HİRS Məmməd bəyin qan beyninə vurdu. Hirsindən titrədi.. (Çəmənzəminli); QEYZ Pasi yırğalana-yırğalana qeyz və istehza ilə: “Mən neylamişəm?” – dedi (S.Rəhimov); QƏHƏR Qəndab: Ancaq ayaqlarım getmir, qəhər məni boğurdu (B.Bayramov); QƏHR (köhn.) Mirzə Rza: Əcəba qorxursunuzmu qəhri-ilahidən? (C.Cabbarlı); QƏZƏB ..Həya və qəzəbdən boğular kimi olub söz tapa bilmədim (M.İbrahimov); QIMIR (məh.) Zöhrə xanım dayənin qımırını başa düşüb, başladı Tahir Mirzəni oyatmağa (“Tahir və Zöhrə”); ÖFKƏ (dan.)
Azərbaycan dilinin sinonimlər lüğəti / hiddət1 гнев, бешенство, злость, буйство, ярость свирепость, исступление, запальчивость, неистовство, вспышка, задор
Azərbaycanca-rusca lüğət / hiddət2 сущ. 1. гнев, возмущение, негодование, неистовство. Hiddətindən qızarmaq покраснеть от гнева, hiddətinin sonu yox idi его возмущению не было предела, öz hiddətini bildirmək выразить свое возмущение; hiddəti artmaq разгневаться 2. перен. ярость (неукротимость), свирепость (о явлениях природы). Dənizin hiddəti ярость моря, küləyin hiddəti свирепость ветра; hiddətə salmaq (gətirmək) гневать, разгневать, возмущать, возмутить кого
Azərbaycanca-rusca lüğət / hiddət1 i. anger; rage, fury; şair. ire; ~ə gəlmək to become* furious; to fly* into a rage; ~dən özünü bilməmək to be* transported with rage, to be* beside oneself with rage
Azərbaycanca-ingiliscə lüğət / hiddət1 is. colère f, fureur f ; agacement m ; rage f ; ~ə gəlmək mettre (se) en fureur ; jeter (tt) feu et flammes
Azərbaycanca-fransızca lüğət / hiddət1 [ər.] сущ. 1. хъел; hiddətə salmaq кил. hiddətləndirmək; 2. пер. азгъунвал, пехъивал (мес. гьуьлуьн); кӀевивал, къативал (мес. гарун); 3. hiddətlə нареч. хъел кваз, хъел аваз; векъидаказ, туьнтдаказ (мес. жаваб гун).
Azərbaycanca-ləzgicə lüğəti / hiddət