Kazımov sözü azərbaycan dilində

Kazımov

Yazılış

  • Kazımov • 99.1808%
  • KAZIMOV • 0.7802%
  • kazımov • 0.0390%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kazımov
Kazımov — Azərbaycan soyadı. Ağahüseyn Kazımov — həkim. Adil Kazımov — Sədərək rayonu İcra hakimiyyətinin başçısı. Salahəddin Kazımov — Sovet İttifaqı Qəhrəmanı Dadaş Kazımov — Azərbaycan aktyoru. Rüstəm Kazımov — Azərbaycan aktyoru. Məmmədkamal Kazımov — Azərbaycan aktyoru və rejissoru Tofiq Kazımov — Azərbaycanın teatr rejissoru Ağakişi Kazımov — Azərbaycan teatr rejissoru Telman Kazımov — Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri naziri (1982–1988) Telman Kazımov — hərbçi Azay Kazımov — “Azərbaycan bayrağı” ordenli şəhid. Qəzənfər Kazımov — Ədəbiyyatşünas, dilçi, professor. Məhəbbət Kazımov — Azərbaycan müğənnisi Davud Kazımov — Azərbaycan rəssamı Mirkazım Kazımov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Fəxri Kazımov — Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri.
Elvin Kazımov
Emin Kazımov
Fəxri Kazımov
Fəxri Xanhüseyn oğlu Kazımov (23 oktyabr 1970, Bakı) — Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru. == Həyatı və fəaliyyəti == Fəxri Kazımov (Fəxri Xanhüseyn oğlu Kazımov) 23 oktyabr 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1994–1995-ci illərdə İstanbul Mərmərə Universitetinin Bankçılıq və Sığortaçılıq İnstitutunda aspirant təhsili almışdır. 1993–1995-ci illərdə Azərbaycan Respublikasının kommersiya banklarında çalışıb. 1995-ci ildə Azərbaycan Respublikası Milli Bankı Pul-kredit siyasəti departamentinin makroiqtisadi şöbəsində baş iqtisadçı vəzifəsində işləyib. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti Sədrinin baş müşaviri vəzifəsində çalışıb. 2000–2002-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Daxili Audit departamentinin direktoru vəzifəsində işləmişdir. 2002–2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti Sədrinin Ofisinin rəhbəri, daha sonra Milli Bankın İcra Aparatının rəhbəri vəzifəsində çalışıb. 2008–2016-cı illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun İcraçı direktoru vəzifəsində çalışmışdır.
Gülhüseyn Kazımov
Gülhüseyn Kazımov (4 fevral 1950, Cəbrayıl – 24 fevral 2024, Bakı) — Azərbaycan ictimai xadimi, yazıçısı və şairi, filologiya üzrə fəlsəfə doktoru. == Həyatı == Gülhüseyn Kazımov 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. 1966-cı ildə Cəbrayıl qəsəbəsindəki M. Qorki adına orta məktəbi bitirərək 1967-ci ilə kimi rayondakı "1 May" kolxozunda əmək fəaliyyətinə kolxozçu kimi başlayıb. Azərbaycan Pedaqoji İnstitutunu, Bakı Ali Partiya Məktəbini, Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını və Bakı Biznes Universitetini bitirmişdir. Dövlət qulluğunun baş müşaviridir. Filologiya elmləri üzrə fəlsəfə doktorudur (elmlər namizədi). Ailəlidir, üç övladı vardır. 2024-cü ilin 24 fevral tarixində Gülhüseyn Kazımlı 74 yaşında vəfat edib. == Fəaliyyəti == 1971–1972-ci illərdə Azərbaycan Dövlət Elmi Ateizm Muzeyində çalışmış, 1972–1973-cü illərdə isə ordu sıralarında xidmət etmişdir. 1973-cü ildən 1981-ci ilə kimi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin redaktoru işləmişdir.
Kamal Kazımov
Kamal Kərim oğlu Kazımov (22 dekabr 1924, Qarayeri, Gəncə qəzası – 27 mart 1976, Xanlar rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Kamal Kazımov 1924-cü ildə Göygöl rayonunun Cırdaxan kəndində (Qarayerli qəsəbəsi) anadan olmuşdur. Böyük vətən müharibəsinin iştirakçısı olmuşdur.`Azərbaycan" üzümçülük sovxozunda fəhlə, təsərrüfat müdiri, Şəmkir konyak zavodunda baş şərabçı, Xanlar şərab zavodunun, "Azərbaycan" sovxozunun və Xanlar Sovxoz — istehsalat birliyinin direktoru (1952–1976) işləmişdir. 1955-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuş və 1956-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Kamran Kazımov
Kamran Qurbanəli oğlu Kazımov (7 dekabr 1990, Voloqda vilayəti – 5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Kazımov 1990-cı il dekabrın 7-də Rusiya Federasiyasının Voloqda vilayətinin Vaşhi rayonunda anadan olub. Onun atası — Qurbanəli Kazımov 1992-ci ildən 2013-cü ilə qədər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müxtəlif vəzifələrdə xidmət edib. 1992-ci ilin iyul ayından ailəi ilə birgə Azərbaycanda yaşamağa başlayıb. Kamran Kazımov 1997–2008-ci illərdə Xətai rayonunun 63 nömrəli tam orta məktəbində təhsil alıb. Ailəli və 2 övlad atası idi. == Hərbi xidməti == 2010-cu ildə Xətai Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2011-ci ilə qədər Daxili Qoşunların sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Kamran Kazımov müddətdən artıq hərbi xidmətə başladı və xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsində davam elədi. 2012–2014-cü illərdə Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil alıb və ona "leytenant" hərbi rütbəsi verilib. 2014-cü ildən Daxili Qoşunların sıralarında müxtəlif vəzifələrdə xidmət edib.
Mirkazım Kazımov
Mirkazım Kazımov (10 oktyabr 1950, Astraxanbazar rayonu – 17 iyun 2024) — Azərbaycan Respublikasının Milli Məclisi II, III, IV və V çağırış deputatı, "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri. 1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun balıqçılıq təsərrüfatı fakültəsini bitirmişdir. 1973-cü ildən Riqa balıq bazasında usta, 1977-ci ildən "Cənubxəzərbalıqdəniz" İdarəsində müfəttiş, 1993-cü ildən Sabunçu balıq ovu və emalı zavodunda mühəndis-texnoloq işləmişdir. 1996-cı ildən "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur. Mirkazım Kazımov uzun sürən xəstəlik nəticəsində 17 iyun 2024-cü il tarixində ölmüşdür. O, Cəlilabad rayonu Hasıllı kəndində dəfn olunmuşdur. Evli idi, 2 övladı var 1994-cü ildən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Məhəbbət Kazımov
Məhəbbət Kazımov (d. 2 iyul 1953, Çorman, Laçın rayonu, Azərbaycan SSR, SSRİ – ö. 27 yanvar 2014, Bakı, Azərbaycan) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti (2012). Əsl adı Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olmuşdur. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi kənd təsərrüffatı ilə məşğul olub. Anası Südabə isə evdar xanım olmuşdur. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilmişdir. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə getmişdir.
Məmmədkamal Kazımov
Məmmədkamal Allahqulu oğlu Kazımov — Azərbaycan aktyoru və rejissoru, Əməkdar mədəniyyət işçisi. Kazımov Məmmədkamal Allahqulu oğlu 1929-cu il avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq illərindən teatr sənətinə maraq göstərən M.Kazımov, 1944-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə qəbul olunur. Burada çalışdığı illər o, teatrın nəzdində fəaliyyət göstərən Teatr studiyasında oxuyur. Təhsilini artırmaq məqsədilə M.Kazımov M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun «Dram və kino aktyoru» fakültəsinə daxil olur, sonra həmin təhsil ocağının «Rejissorluq» fakültəsini də bitirir. Akademik Milli Dram Teatrda işlədiyi dövrdə M.Kazımov bir sıra yaddaqalan tamaşalar yaratmışdır. Onun A.Arbuzovun «Tanya», H.Muxtarovun «Kimdir müqəssir?», E.Ryazanovun «Sevgi-sevgi», A.S.Puşkinin «Yatmış gözəl və yeddi qardaş», İ.Səfərlinin «Yol ayrıcında», S.Dağlının «Kölgələr pıçıldaşır», Q.Qorinin «Görünməmiş toy», M.F.Axundovun «Xırs quldurbasan», A.Şaiqin «Fitnə» kimi əsərlərinə verdiyi quruluşlar teatr salnaməsində özünəməxsus yer tutur. Yaradıcılıq yolunda M.Kazımov respublikanın digər teatrlarında da tamaşalar hazırlamışdır. O, Sumqayıt Dövlət Musiqili Dram Teatrında Y.Məmmədovun «Anna məhəbbəti», Tənqid Təbliğ Teatrında Q.Rəsulovun «Məhəbbət oyunu», Əhli Beyt Teatrında Ş.Nəzərlinin «Mücdədin yuxusu» əsərlərinə səhnə həyatı vermişdir. 1983-1988-ci illərdə Mədəniyyət Nazirliyinin rəsmi göndərişi ilə Məmmədkamal Kazımov Ağdam Dövlət Dram Teatrında baş rejissor vəzifəsində çalışmışdır.
Nazim Kazımov
Nazim Kazımov (4 aprel 1950, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR) — tarzən, pedaqoq, əməkdar insəsənət xadimi (2006), professor (2008). Nazim Kazımov 1950-ci aprelin 4-də Naxçıvanda anadan olub. 1966-1970 illərdə ADMT-nun "Xalq çalğı alətləri" şöbəsində tar ixtisası üzrə təhsil almışdır. Eyni zamanda, 1967—1973-cü illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1973—1978 illərdə ADK-nın Xalq musiqisi fakültəsində xalq artisti, Dövlət mükafatı laureatı, professor Səid Rüstəmovun sinfində (tar ixtisası üzrə) təhsilini davam etdirmişdir. 1978-ci ildə konservatoriyanı bitirib təyinatla yenidən ilk əmək fəaliyyətinə başladığı Əli Bayramlı musiqi məktəbinə göndərilən Nazim Kazımov 4 il burada müəllim və direktor müavini kimi çalışmış, 1981—1984-cü illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqisi kafedrasında müəllim, 1984-cü ildən 1992-ci ilədək isə Əli Bayramlı musiqi məktəbində direktor vəzifəsində işləmişdir. 1992-ci ildə yenidən Təhsil Nazirliyində inspektor, aparıcı mütəxəssis, baş mütəxəssis və idarə rəisinin müavini vəzifələrində çalışmışdır. 2001-ci ildə onu vaxtilə təhsil aldığı A. Zeynallı adına Musiqi Texnikumuna - həmin ərəfədə artıq Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə çevrilən musiqi təhsili ocağına direktor təyin olunur. N. Kazımov geniş erudisiyalı, musiqi təhsilinin müasir problem və inkişaf meyillərini dərindən bilən pedaqoqdur. Təlimi Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəblərinin I, V, VII və VIII sinifləri üçün son illərdə nəşr olunan "Musiqi" dərsliklərinin müəlliflərindən biridir.
Nicat Kazımov
Nicat Mirəziz oğlu Kazımov (17 iyun 1972, Dəvəçi) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2013). Nicat Kazımov 17 iyun 1972-ci ildə Şabranda anadan olmuşdur. Orta təhsilini Ceyranbatanda yerləşən səkkizillik məktəbdə (1979-cu ildən), 3-cü sinifdən isə Sumqayıt şəhər H. Z. Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli orta məktəbdə almışdır. Azərbaycan Dövlət İncəsənət İnstitutunda Əlabbas Qədirovun kursunu və Norveçin Psixologiya Universitetinin Bakı filialını bitirmişdir. Film, serial, reklam və kliplərdə çəkilmiş, televiziya verilişlərində aparıcılıq etmiş, əcnəbi filmlərin dublyajında iştirak etmişdir. 1991-ci ildən Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında aktyor, 1996-cı ildən isə həm də rejissor kimi fəaliyyət göstərir. 2023-cü ildə haqqında "Yaşanan yarım əsr" sənədli filmi çəkilib. Ailəlidir. Mirsənan (1998) və Mirismayıl (2002) adlı iki oğlu var. 25 iyun 2013-cü ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.
Nurəddin Kazımov
Nurəddin Kazımov (28 aprel 1926, Gəncə – 6 dekabr 2018, Bakı) — prezident təqaüdçüsü, akademik. Nurəddin Mustafa oğlu Kazımov 1926-cı il aprelin 28-də Gəncə şəhərində anadan olmuşdur. 1933-cü ildə orada "III İnternasional" adına orta ümumtəhsil məktəbinə daxil olmuş və 1943-cü ildə həmin məktəbi bitirmişdir. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş və təhsilini davam etdirmək üçün 1947-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin fəlsəfə fakültəsinin III kursuna köçürülərək, oranı 1950-ci ildə yüksək təlim müvəffəqiyyəti ilə bitirmişdir. 1950-1952-ci illərdə Nuxa (Şəki) Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasında baş müəllim vəzifəsində işləmişdir. Sonrakı əmək fəaliyyəti Bakı şəhəri ilə bağlı olmuşdur. Əvvəlcə Bakı Vilayət Maarif Şöbəsində məktəb inspektoru (1952-ci ilin sentyabrından 1953-cü ilin mayına qədər), sonra isə Azərbaycan SSR Maarif Nazirliyində (1953) Ali və orta pedaqoji təhsil şöbəsində inspektor vəzifələrində çalışmışdır. Elmi-pedaqoji fəaliyyətə olan sonsuz marağı onu Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutu) aspiranturasına gətirmiş, 1953-1956-cı illərdə burada aspiranturada təhsil almışdır. Pedaqoji fəaliyyət, məhsuldar elmi əmək onun həyatının ayrılmaz hissəsi olduğundan, o, aspirantura təhsilini başa vurduqdan sonra 1956-1957-ci illərdə yenidən Azərbaycan SSR Maarif Nazirliyinin Ali və orta pedaqoji təhsil şöbəsinə inspektor vəzifəsinə dəvət olunmuşdur. Ali məktəb həyatının rəhbərlik və idarəetmə üslubuna yaxşı bələd olan Nurəddin Kazımov 1957-ci ildə M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda baş müəllim, 1957 və 1973-cü illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini, sonra isə direktor (1973-1976) olmuşdur.
Oqtay Kazımov
Oqtay Məmməd oğlu Kazımov (Kazımi) (27 dekabr 1932, Astara – 9 avqust 2010, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti (2006), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1992), Azərbaycanda ilk rok operettanın müəllifi. Oqtay Kazımov 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olmuşdur. Orta məktəbi Astarada bitirən O. Kazımi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olmuş və Hacı Xanməmmədovun sinfində təhsil almışdır. Musiqi məktəbində oxuyarkən, "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını bəstələmişdir. O. Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmuş və Cövdət Hacıyevin sinfində təhsil almışdır. 1966–1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir. Sumqayıtda çalışdığı illərdə O. Kazımi "Eksperiment" estrada orkestrini yaratmışdır. Sonralar bəstəkar filormoniyada musiqi redaktoru vəzifəsində çalışmış və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs demişdir. O. Kazıminin mahnıları uzun illər "Dan ulduzu" ansamblının repertuarında xüsusi yer almışdır. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa etmişlər.
Orxan Kazımov
Orxan Məmmədbağır oğlu Kazımov (rus. Орхан Мамедбагир Оглы Казимов; 28 mart 1989, Moskva, Rusiya SFSR, SSRİ) — hücumçu mövqeyində çıxış edən Azərbaycan əsilli Rusiya hokkeyçisi. Rusiyanın əməkdar idman ustası. 2015-ci ildə hokkey üzrə Rusiya yığmasının heyətində qış Surdolimpiya (eşitmə qabiliyyəti zəif olan insanların idman yarışları) oyunlarının qalibi olub. Rusiya Federasiyası prezidentinin Fəxri Fərmanı (8 aprel 2015-ci il) — Rusiya Federasiyasının və Rusiya idmanının nüfuzunun beynəlxalq səviyyədə artımına göstərdiyi xüsusi töhfələrə və XVIII qış Surdlolimpiya oyunlarında yüksək idman nailiyyətlərinə görə. Rusiyanın əməkdar idman ustası (2015) Yeni sözlər və yeni mənalar lüğəti (PDF). Bakı: AMEA Nəsimi adına Dilçilik İnstitutu. 18 mart 2016. səh. 268.
Qəzənfər Kazımov
Qəzənfər Şirin oğlu Kazımov (3 mart 1937, Soltanlı, Cəbrayıl rayonu) — ədəbiyyatşünas, dilçi, professor. Qəzənfər Kazımov 3 mart 1937-ci ildə Azərbaycan SSR Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. Atası Allahverdiyev Şirin Kazım oğlu məktəb direktorluğundan müharibəyə getmiş və 1943-cü ildə cəbhədə həlak olmuşdur. Anası Verdiyeva Xeyrənsə Fərhad qızı uzun müddət (1960-cı ilə qədər) kolxozda işləmişdir; 12 yanvar 2003-cü ildə vəfat etmişdir. Q. Ş. Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini, 1960-cı ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. İki il – 1960–1962-ci illərdə Soltanlı kənd orta məktəbində müəllim işləmiş, 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Pedaqoji Universitetin aspiranturasına daxil olmuşdur. O, 1967-ci ildə "Ə. Haqverdiyevin dramaturgiya dili" adlı namizədlik, 1988-ci ildə "Azərbaycan sovet satirik nəsrinin dili.1920–1940-cı illər" (komizmin dil vasitə və üsulları problemi)adlı doktorluq dissertasiyası müdafiə etmişdir. Q. Ş. Kazımov Pedaqoji Universitetdə müəllim (1965–1971), dosent (1972–1988), professor (1989–1998) vəzifələrində işləmişdir. 1989–1997-ci illərdə Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı olmuşdur. Bir müddət Pedaqoji Universitetdə müdafiə şurasının sədr müavini (1990–1994), sonralar Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü (1996–1999) olmuşdur.
Rantiq Kazımov
Akif Kazımov
Akif Davud oğlu Kazımov (d. 6 mart 1957) — Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq kafedrasının dosenti, Beynəlxalq Byennal, simpoziumlarda, beynəlxalq qrup sərgilərinin iştirakçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Kazımov Akif Davud oğlu 6 mart 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1981-ci ildə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun bitirmişdir. Akif Kazımov 1982-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam 1991-ci ildən N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunda rəngkarlıq kafedrasında baş müəllim işləmişdir. O, 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq kafedrasının dosentidir. Rəssamın 1991 və 1998-ci illərdə iki fərdi yaradıcılıq sərgisi keçirilmişdir. O, Beynəlxalq Byennal, simpoziumlarda, beynəlxalq qrup sərgilərinin iştirakçısıdır. Akif Kazımov əsərləri, Moskva, Gürcüstan, Almaniya, Bolqarıstan, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.
Rusif Kazımov
Rüstəm Kazımov
Rüstəm Kazımov — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1931). Rüstəm Kazımov 1879-cu ildə Bakıda kasıb ailədə doğulub. Mollaxanada qısa müddət təhsil alıb. Şirin səsi olduğuna görə məhərrəmlik təziyələrində göstərilən şəbih tamaşalarında iştirak edib. 1890-cı ilin əvvəllərində Bakıda Həbib bəy Mahmudbəyovun və Sultanməcid Qənizadənin təşkil etdikləri tamşalarda epizodik rollar oynayıb. Sonralar "Müsəlman Artistləri Cəmiyyəti" truppasında, Cahangir Zeynalovun "Ev teatrı"nda aktyorluq edib. 1901–1919-cu illərdə Əbdürrəhim bəy Haqverdiyevin yaratdığı truppada, "Həmiyyət" teatr qrupunda, "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr dəstələrində, "Türk Aktyorları İttifaqı"nda, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə əsas aktyorlardan olub. Bugünkü Akademik Milli Dram Teatrı dövlət təsisatına keçəndə onun truppasına daxil olub, 1925-ci ilə qədər bu kollektivdə çalışıb. 1921-ci ilin noyabr ayında Bakı Azad Tənqid və Təbliğ Teatrı (sonralar Türk İşçi Teatrı adlanıb) yaradılanda onun aktyor heyətinə götürülüb. Dörd il hər iki teatrda işləyən aktyor 1925-ci ildən İşçi Teatrında aktyorluq edib.
Rəşad Kazımov
Salahəddin Kazımov
Kazımov Salahəddin Həsən oğlu (22 dekabr 1920, Qass, Zaqatala qəzası[d], Azərbaycan SSR – 2 iyul 1978, Bakı) — general-mayor, Azərbaycan SSR daxili işlər nazirinin müavini, Böyük Vətən müharibəsi illərində artilleriya diviziyası komandiri, Sovet İttifaqı Qəhrəmanı (1943). Zaqatala rayonu Qass kəndində (indiki Dağlı bələdiyyəsinin tərkibində) dünyaya göz açmış və 1941-ci ildə hərbi xidmətə çağrılmışdır. 1942-ci ilin aprelindən Mərkəzi cəbhədə 13-cü ordu tərkibində, 62-ci artilleriya alayında batalyon komandiri vəzifəsində döyüş əməliyyatında başlamışdır.Milliyətcə saxurdur. Baş leytenant S. Kazımov Desna, Dnepr və Pripyat çaylarının keçilməsi əməliyyatlarında fərqlənmişdir. 1943-cü ilin 22–23 sentyabrında Dnepr çayını keçərkən sərrast atəş ilə düşmənin atəş nöqtələrini məhv edərək alayın Dneprin sağ sahilinə keçməsini və hücüm əməliyyatının Çerniqov və Qomel istiqamətlərində genişlənməsini təmin etmiş və 1943-cü ilin 16 oktyabrında Sovet İttifaqı Qəhrəmanı adı almışdır. Müharibədən sonrakı dövrdə Azərbaycanda Daxili İşlər Nazirliyi sistemində işləmiş və general-mayor rütbəsində nazir müavini vəzifəsinə yüksəlmişdir. 1978-ci il 29 iyunda iş yerində Azərbaycan SSR daxili işlər naziri Arif Heydərovla güllələnib. Qatil Şuşa həbsxanasının təsəfüratt hissəsinin rəisi kapitan Ziya Muradov 29 iyunda Bakıya gələrək, mülki geyimdə Daxili İşlər Nazirliyinin binasına daxil olur. Nazirin qəbul otağına gələrək, nazirin böyük referenti podpolkovnik Səfixanovu Makarov tipli tapanca ilə öldürür və otağa daxil olaraq nazir Arif Heydərovu və onun müavini general Salahəddin Kazımovu qətlə yetirir. Daha sonra Z. Muradov özünü öldürür.
Səlahəddin Kazımov
Kazımov Salahəddin Həsən oğlu (22 dekabr 1920, Qass, Zaqatala qəzası[d], Azərbaycan SSR – 2 iyul 1978, Bakı) — general-mayor, Azərbaycan SSR daxili işlər nazirinin müavini, Böyük Vətən müharibəsi illərində artilleriya diviziyası komandiri, Sovet İttifaqı Qəhrəmanı (1943). Zaqatala rayonu Qass kəndində (indiki Dağlı bələdiyyəsinin tərkibində) dünyaya göz açmış və 1941-ci ildə hərbi xidmətə çağrılmışdır. 1942-ci ilin aprelindən Mərkəzi cəbhədə 13-cü ordu tərkibində, 62-ci artilleriya alayında batalyon komandiri vəzifəsində döyüş əməliyyatında başlamışdır.Milliyətcə saxurdur. Baş leytenant S. Kazımov Desna, Dnepr və Pripyat çaylarının keçilməsi əməliyyatlarında fərqlənmişdir. 1943-cü ilin 22–23 sentyabrında Dnepr çayını keçərkən sərrast atəş ilə düşmənin atəş nöqtələrini məhv edərək alayın Dneprin sağ sahilinə keçməsini və hücüm əməliyyatının Çerniqov və Qomel istiqamətlərində genişlənməsini təmin etmiş və 1943-cü ilin 16 oktyabrında Sovet İttifaqı Qəhrəmanı adı almışdır. Müharibədən sonrakı dövrdə Azərbaycanda Daxili İşlər Nazirliyi sistemində işləmiş və general-mayor rütbəsində nazir müavini vəzifəsinə yüksəlmişdir. 1978-ci il 29 iyunda iş yerində Azərbaycan SSR daxili işlər naziri Arif Heydərovla güllələnib. Qatil Şuşa həbsxanasının təsəfüratt hissəsinin rəisi kapitan Ziya Muradov 29 iyunda Bakıya gələrək, mülki geyimdə Daxili İşlər Nazirliyinin binasına daxil olur. Nazirin qəbul otağına gələrək, nazirin böyük referenti podpolkovnik Səfixanovu Makarov tipli tapanca ilə öldürür və otağa daxil olaraq nazir Arif Heydərovu və onun müavini general Salahəddin Kazımovu qətlə yetirir. Daha sonra Z. Muradov özünü öldürür.
Anar Kazımov
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Bəhmən Kazımov
Bəhmən İsa oğlu Kazımov (Aşıq Bəhmən Göyçəli; 30 yanvar 1960, Ardanış, Krasnoselsk rayonu) — Azərbaycan aşığı. Azərbaycan Aşıqlar Birliyinin (1989) və Dədə Ələsgər Ədəbi Məclisin (2022) üzvü. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (16.10.2021). == Həyatı == Bəhmən Kazımov 30 yanvar 1960-cı ildə Çəmbərək rayonunun Ardanış kəndində anadan olmuşdur. 1967-ci ildə Ardanış kənd orta məktəbinin I sinfinə daxil olmuş və 1977-ci ildə həmin məktəbi bitirmişdir. 1977-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya-biologiya fakültəsinə daxil olmuşdur. 1982-ci ildə coğrafiya əlavə biologiya ixtisasına yiyələnərək Ağdaş rayonu Yenicə kənd orta məktəbində coğrafiya, biologiya ilə bərabər musiqi müəllimi işləmiş, eyni vaxtda bu məktəbdə direktorun tədris işləri üzrə müavini olmuşdur. 1984-cü ildə Göyçə mahalına qayıdaraq öz doğma kəndi Ardanış və həm də eyni vaxtda Şorca kənd orta məktəblərində coğrafiya müəllimi işləmişdir. 1985-ci ildən Ardanış kənd orta məktəbində həm də biologiya və musiqi müəllimi işləmişdir. 1988-ci ildə erməni təcavüzü nəticəsində öz doğma ata-baba torpaqlarından qovularaq Bakı şəhərinə pənah gətirmişdir.
Gülşən Kazımova
Gülşən Lətifxan (Gülşən Lətif qizi Kazımova-Atəş; d. 8 noyabr, 1961 — ö. 11 yanvar 2015) — müəllim, tərcüməçi, hüquqşünas, Azərbaycan Yazıçılar Birliyinin və Hollandiya Yazıçılar, Ssenaristlər və Kinematoqrafçılar Birliyinin üzvü, çoxlu sayda povest, hekayə və ssenarilərin müəllifi, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri. Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işcisi". == Həyatı == Gülşən Lətifxan 8 noyabr 1961-ci ildə Bakı şəhərində doğulub. 1978-ci ildə Nərimanov rayonundakı 193 nömrəli məktəbi bitirib. 1983-cü ildə Xarici Dillər institutunu fərqlənmə diplomu ilə tamamlayıb.1983–1993-cü illərdə 212 nömrəli məktəbdə müəliim işləyib.1994-cü ildə hüquq təhsili almaq üçün Hollandiyaya yollanıb. 1997–1998-ci illərdə Beynəlxalq "İslamik Relif" yardım fondunun "Yetim uşaqlar" bölməsində çalışıb. 1998 −2000-ci illərdə "Avropanın Azərbaycan Mərkəzi" təşkilatının direktoru vəzifəsində işləyib. 1998 – 2001-ci illərdə Amsterdam, Haaqa və Harlem şəhərlərində ingilis və rus dillərindən dərs deyib.
Kazımova
Kazımova — Azərbaycanda daha çox işlədilən Kazımov soyadının qadın cinsinə aid forması. Aygün Kazımova — azərbaycanlı müğənni. Əminə Kazımova — azərbaycanlı teleaparıcı, jurnalist. Nərmin Kazımova — azərbaycanlı şahmatçı, qadınlar arasında qrosmeyster (2015). Zeynəb Kazımova — azərbaycan rejissoru, ssenaristi.
Lalə Kazımova
Lalə Kazımova (Kazımova Lalə Tofiq qızı;1 fevral 1960, Bakı) — sənətşünaslıq üzrə fəlsəfə doktoru, YUNESKO –nun Beynəlxalq Musiqi Komitəsinin üzvü, YUNESKO-nun nəzdində Milli Musiqi Şurasının prezidenti, YOL elmi dərgisinin təsisçisi və baş redaktoru. == Həyatı == Lalə Kazımova 1960-cı il fevralın 1-də Bakıda anadan olub. 1997 və 2003-cü illərdə HUMAY mükafatına layiq görülmüşdür. Teatr rejissoru Tofiq Kazımovun qızı, Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin həyat yoldaşıdır. == Əsərləri == Вопросы ритма в трактатах ученых средневекового Востока (Джами Дервиша Али). AEA-nın "Архитектура и искусство" e/m toplusu. B., 1990; Газели Физули в мугамной опере Узеира Гаджибекова "Лейли и Меджнун". "Борбад и художественные традиции народов Ближнего Востока и Средней Азии" (Bərbədin 1400-illiyinə həsr olunub). Beynəlxalq simpoziumun materialları. Düşənbə, 1990; Некоторые вопросы взаимосвязи восточной поэзии и музыки.
Mirmahmud Kazımovski
Mirmahmud Mirələkbər oğlu Kazımovski (27 fevral 1882, Bilgəh, Bakı qəzası – 1 dekabr 1940, Bakı) — Azərbaycan aktyoru, pedaqoq, dramaturq, bir sıra birpərdəli pyeslərin, vodevillərin və musiqili komediyaların müəllifi, rejissor, 1906-cı ildə yaradılmış Bakı Müsəlman teatrının ilk üzvlərindən biri və təşkilatçısı, Azərbaycan SSR əməkdar artisti (1938). Mirmahmud Kazımovski 1882-ci ildə Bakının Bilgəh kəndində anadan olmuşdur. İlk təhsil illərini Hüseyn Ərəblinski ilə birlikdə alan Mirmahmud sonralar onunla möhkəm dost olmuşdur. Hələ məktəbdə oxuyarkən onlar dram dərnəklərində fəaliyyət göstərmiş, bir sıra epizodik rollarda çıxış etmişlər. Sonralar Mirmahmur Kazımovski peşəkar artist kimi tanınmağa başladı. O, Qoqolun "Müfəttiş"ində Filippoviç, Nəcəf bəy Vəzirovun "Pəhləvani Zəmanə" əsərində Cahangir bəy, Şəmsəddin Saminin "Gavə" əsərində zabit və kəndli rollarında, "Müsibəti-Fəxrəddin" əsərində Əhməd rolunda, eyni zamanda bir sıra Qərbi Avropa dramaturqlarının əsərlərində uğurla çıxış etmişdir. Bu əsərlərin içərisində Uilyam Şekspirin "Otello" faciəsi xüsusi yer tuturdu. Mirmahmur Kazımovskinin ən böyük uğurlarından biri də Azərbaycanda qadınların teatr səhnəsinə hələ qalxmadıqları bir dövrdə qadın rollarını gözəl ifa etməsi idi. O, Leylinin anası, eyni zamanda altıncı və yeddinci ərəb rollarında çıxış etmişdir. Mirmahmud Kazımovski təkcə aktyor deyildi, o, həm də ədəbi yaradıcılıqla məşğul olurdu.
Natella Kazımova
Natella Kazımova (21 iyun 1939, Bakı – 15 iyun 2012, Bakı) — neft kimyası və üzvi kimya sahəsində tanınmış alim, kimya elmlər doktoru, professor. Neft kimyası və üzvi kimya sahəsində tanınmış alim kimya elmlər doktoru, professor Kazımova Natella Saleh qızı 21 iyun 1939-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi qızıl medalla bitirmiş, həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə daxil olmuş, 1962-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Natella Kazımova 1962–1966-cı illərdə Azərbaycan EA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında təhsil almışdır. O, 1966-cı ildən yeni yaradılmış AEA Aşqarlar Kimyası İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, 1972-ci ildən isə ömrünün sonuna qədər baş elmi işçi vəzifəsində çalışmışdır. Natella Kazımova 1969-cu ildə "Ariltio — və tsikloheksiloksisilanların sintezi və tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini, 1992-ci ildə "Mineral və sintetik yağlara yüksək temperaturda işləyən antioksidantlar" mövzusunda "Neft-kimyası" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini və 2005-ci ildə professor elmi adını almışdır. Natella Kazımovanın elmi fəaliyyətinin əsas istiqaməti yerüstü və aviasiya texnikası üçün zəruri olan mühərrik yağlarının stabilləşdirilməsinə yönəlmişdir. 1-ci istiqamətdə Natella xanımın rəhbərliyi ilə çoxsaylı keyfiyyətli alkilfenol əsaslı aşqarlar alınmışdır. ИХП-103 aşqarı çox keyfiyyətli oksidləşməyə qarşı aşqar olduğuna görə sənayedə alınmağa təklif edilmişdir. Bu aşqar külsüz idi və ИХП-21 aşqarı motor yağlarında əvəz edə bilərdi.
Nicat Kazımov (aktyor)
Nicat Mirəziz oğlu Kazımov (17 iyun 1972, Dəvəçi) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2013). Nicat Kazımov 17 iyun 1972-ci ildə Şabranda anadan olmuşdur. Orta təhsilini Ceyranbatanda yerləşən səkkizillik məktəbdə (1979-cu ildən), 3-cü sinifdən isə Sumqayıt şəhər H. Z. Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli orta məktəbdə almışdır. Azərbaycan Dövlət İncəsənət İnstitutunda Əlabbas Qədirovun kursunu və Norveçin Psixologiya Universitetinin Bakı filialını bitirmişdir. Film, serial, reklam və kliplərdə çəkilmiş, televiziya verilişlərində aparıcılıq etmiş, əcnəbi filmlərin dublyajında iştirak etmişdir. 1991-ci ildən Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında aktyor, 1996-cı ildən isə həm də rejissor kimi fəaliyyət göstərir. 2023-cü ildə haqqında "Yaşanan yarım əsr" sənədli filmi çəkilib. Ailəlidir. Mirsənan (1998) və Mirismayıl (2002) adlı iki oğlu var. 25 iyun 2013-cü ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.
Nərmin Kazımova
Nərmin Kazımova (doğ. 28 iyul 1993, Əylis, Ordubad rayonu, Naxçıvan, Azərbaycan) — azərbaycanlı şahmatçı, qadınlar arasında qrosmeyster (2015). Nərmin 28 iyul 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində dünyaya gəlib. 2002-ci ildən şahmatla məşğul olmağa başlayıb. O, Bakı şəhərindəki 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbininin yetirməsidir. Məşqçi-müəllimi azərbaycanlı beynəlxalq qrosmeyster Rəsul İbrahimovdur. 2008-ci ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında ikinci yeri tutub. Bundan əlavə həmin ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatının bürünc mükafatçısı olub. 2009-cu ilin noyabr ayında Türkiyənin Antalya şəhərində keçirilən gənclər arasında şahmat üzrə Dünya çempionatında üçüncü olub. 2010-cu ilin aprelində Yunanıstanın Saloniki şəhərində keçirilən məktəblilərin Avropa çempionatında ikinci yerə sahib çıxıb.
Rauf Kazımovski
Rauf Mirmahmud oğlu Kazımovski (31 dekabr 1928 – 2 mart 1976) — Azərbaycan kinorejissoru. Rauf Kazımovski 1952-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Azərbaycanda ilk radio və televiziya rejissoru olan Rauf Kazımovski 1952-ci ildən Azərbaycan radiosunda redaktor-rejissor, 1956-cı ildən ömrünün sonunadək televiziyada quruluşçu rejissor işləmişdir. Onun һazırladığı "O olmasın, bu olsun" tamaşası radionun qızıl fonduna daxildir. Televiziya üçün 1958-ci ildə "Leyli və Məcnun" tamaşasını һazırlamışdır. R.Kazımovski Cəlil Məmmədquluzadənin ""Ölülər" tragikomediyasının radio-tamaşasının və "Poçt qutusu" hekayəsi əsasında çəkilmiş televiziya filminin rejissoru olmuşdur. "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 Şamdan bəy (film, 1956) Korun mahnısı (film, 1961) Körpə (film, 1962) Yun şal (film, 1965) Poçt qutusu (film, 1967) Bəşir Səfəroğlu (film, 1969) General (film, 1970) Aktrisanın təbəssümü (film, 1974) Aldanmış kəvakib (film, 1974) Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh. 41.

"kazımov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kazımov nədir? #kazımov sözünün mənası #kazımov nə deməkdir? #kazımov sözünün izahı #kazımov sözünün yazılışı #kazımov necə yazılır? #kazımov sözünün düzgün yazılışı #kazımov leksik mənası #kazımov sözünün sinonimi #kazımov sözünün yaxın mənalı sözlər #kazımov sözünün əks mənası #kazımov sözünün etimologiyası #kazımov sözünün orfoqrafiyası #kazımov rusca #kazımov inglisça #kazımov fransızca #kazımov sözünün istifadəsi #sözlük