Kiya sözü azərbaycan dilində

Kiya

Yazılış

  • Kiya • 66.6667%
  • kiya • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abbas Kiyarüstəmi
Abbas Kiyarüstəmi (farsca: عباس کیارستمی; /abˈbɑːs keˈjɑː.rɔs.taˌmiː/; ingilis, fransız və alman dillərində: Abbas Kiarostami; 22 iyun 1940[…], Tehran – 4 iyul 2016[…]) — dünya miqyasında tanınan və təqdir edilən İranlı rejissor, ssenarist və prodüserdir. 1970-ci ildən bu yana kino sahəsində işləyən Kiyarüstəmi, qısa film və sənədli filmlər də daxil olmaqla 40-dan çox film üzərində işləmişdir. Xüsusilə Koker trilogiyası, Albalı dadı və Külək bizi sovuracaq filmləri ilə öz üzərinə diqqət toplaya bilmiş və müvəffəqiyyətlər qazanmışdır. Əsasən ssenarist, rejissor, prodüser, redaktor, bədii rəhbər olaraq tanınan Kiyarüstəmi, şair, fotoqraf, rəssam, karikaturaçı və qrafik dizayner peşələrində də müvəffəqiyyətlər qazanıb. İran kinosunda 1960-cı illərin sonlarında başlayan və Füruğ Fərruxzad, Sohrab Şahit Sales, Bəhram Beyzayi və Pərviz Kimyavi kimi rejissorların da daxil olduğu İran Yeni Dalğa studiyası rejissorlarından biridir. Bu studiya rejissorlarının səciyyəvi xüsusiyyəti bəzilərinin poetik dialoqlardan istifadəsi, siyasi və fəlsəfi mövzularla bağlı alleqorik hekayələr izah etmə tərzidir. Uşaq obrazlarından istifadə etmək, sənədli film tərzində nəqletmə, kənd bölgələrində cərəyan edən hadisələr, maşınların içində olan dialoqlar və adətən sabit kameradan istifadə Kiyarüstəminin ən əsas xüsusiyyətlərindəndir. Dialoqlarında, film adlarında və mövzularında İran ədəbiyyatından, İran şeirindən geniş istifadə edir. == Həyatı == Tehranda anadan olmuşdur. İncəsənətlə ilk əlaqəsi şəkil çəkmək olmuşdur.
Abbas Kiyarüstəminin filmoqrafiyası
Abbas Kiyarüstəminin filmoqrafiyası — İranlı rejissor, ssenarist, prodüser, rəssam, fotoqraf, şair Abbas Kiyarüstəminin çəkdiyi filmlərdir. Rejissor çoxlu sayda film çəkib, ssenari yazmışdır.
Cəfərabad (Kiyar)
Cəfərabad— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər.
Kiyakola
Kiyakola — İranın Mazandaran ostanının Qaimşəhr şəhristanının Kiyakola bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,364 nəfər və 1,980 ailədən ibarət idi.
Kiyaküla
Kiyakola — İranın Mazandaran ostanının Qaimşəhr şəhristanının Kiyakola bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,364 nəfər və 1,980 ailədən ibarət idi.
Kiyan
Kiyan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,922 nəfər və 2,645 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Kiyanşəhr
Kiyanşəhr — İranın Kirman ostanının Kuhbənan şəhristanının Kiyanşəhr bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,503 nəfər və 1,555 ailədən ibarət idi.
Kiyar şəhristanı
Kiyar şəhristanı İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Şələmzar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 51,322 nəfər və 12,550 ailədən ibarət idi.
Kiyasər
Kiyasər — İranın Mazandaran ostanının Sari şəhristanının Çahardangə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,590 nəfər və 913 ailədən ibarət idi.
Leninen kiyava (qəzet)
«Leninen kiyava» qəzeti (Lenin yolu ilə) (rus. «По ленинскому пути») — «Leninen kiyava» qəzeti («Lenin yolu ilə») Mordoviya Regional Komitəsi və Ümumittifaq Leninist Kommunist Gənclər Birliyi Saransk Şəhər Komitəsi rəsmi mətbuat orqanı olaraq fəaliyyətə başlamışdır. Qəzet Mordoviyada 1931-ci ilin iyul ayından 1941-ci ilin iyul ayına kimi buraxılmışdır. Ümumittifaq Kommunist Partiyası bürosunun qərarı ilə qəzet beş gündə bir dəfə olmaqla erzyan dilində buraxılırdı. Qəzetin məqsədi mülayim, ağıllı, istedadlı, öz dilini və mədəniyyətini sevən gənclər yetişdirmək idi. Qəzetin redaksiyası Saransk şəhəri, Volodarsk küçəsi, ev 34 ünvanında yerləşirdi. İlk dövrdə qəzet ləvazimatlar və kadrlar baxımından böyük çətinliklər yaşayırdı. Qəzet abunəçiləri arasında fəhlə-kəndlilər və gənclər azlıq təşkil edirdi. Qəzetin ümumi dövriyyəsi 2500 nüsxə təşkil etmişdir. Çətinliklərə baxmayaraq gənclər qəzeti həmişə Mordovalı vətəndaşların gəncləri arasında böyük dəstək alırdı.
Mehdi Kiyani
Mehdi Kiyani (10 yanvar 1987-ci il, Nəhavənd, İran) – iranlı futbol yarımmüdafiəçisi. == Fəaliyyəti == Kiyani 2009-cu ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə İstiqlal-i Cunub və Səba futbol klublarında oynamışdır. Mehdi Kiyani Traktor Sazi klubunun ən popular oyunçularından sayılır.
Nurəddin Kiyanuri
Nurəddin Kiyanuri (1915, Bələdə, Mazandaran ostanı – 5 noyabr 1999, Mazandaran ostanı) — İranlı memar və siyasi lider. Kiyanouri kommunist Tudə Partiyasının Mərkəzi Komitəsinin nüfuzlu bir üzvü idi. O, 1979-cu ildən 1984-cü ilə qədər partiyanın baş katibi kimi çıxış etdi.Məryəm Firuz, onun həyat yoldaşı idi. Kiyanuri, Şeyx Mehdi Nurinin oğlu və Şeyx Fəzlullah Nurinin nəvəsi idi.
Təzəkənd-i Kiyan (Pərsabad)
Təzəkənd-i Kiyan (fars. تازه كندكيان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (30 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34
2010 •••••• 0.09
2018 ••••••••• 0.15

"kiya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kiya nədir? #kiya sözünün mənası #kiya nə deməkdir? #kiya sözünün izahı #kiya sözünün yazılışı #kiya necə yazılır? #kiya sözünün düzgün yazılışı #kiya leksik mənası #kiya sözünün sinonimi #kiya sözünün yaxın mənalı sözlər #kiya sözünün əks mənası #kiya sözünün etimologiyası #kiya sözünün orfoqrafiyası #kiya rusca #kiya inglisça #kiya fransızca #kiya sözünün istifadəsi #sözlük