Kozara Milli Parkı
Kozara Milli Parkı (bosn. Nacionalni park Kozara; serb. Nacionalni park Kozara) — Bosniya və Herseqovinada yerləşən milli park. Milli park 6 aprel 1967-ci ildə İosip Broz Tito tərəfindən meşələri qorumaq üçün qurulmuşdur. Bosniya Serb Respublikasında, Una, Sava, Sana və Vrbas çayları arasında yerləşir. 33,75 km2 sahəlik sıx meşə örtüyünə və təpəli çəmənliklərinə görə "Kraynanın Yaşıl Gözəli" ləqəbini qazanmışdır.
Milli park məşhur ovçuluq bölgəsidir. Burada marallar, qırqovul, tülkü, çöldonuzu, çöl dovşanı və ördəyin ovlanmasına icazə verilir.
Milli parkın kiçik hissəsi təbiət sevərlər üçün nəzərdə tutulub. Ziyarətçilər yürüyüş, velosiped idmanı, bitki yığmaq ilə məşğul ola bilərlər.