Ağ küstüşam
Ağ küstüşam (lat. Bryonia alba) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin küstüşam cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Ağ küstüşam lian tipli, zərif görünüşlü olsa da, kökləri insanı xatırladır. Gövdəsi zərif və incə olmaqla 1–2 m uzana bilir. Yumru yarpaqları 3-4 bölümlüdür. Meyvləri qara rəngli və yumrudur.
Ədəbiyyat mənbələrinə görə kökündə kişi cinsi orqanı görünən fərdlərinin dərman əhəmiyyəti daha güclü sayılır. Slovyan xalqlarının “maqiada” bu bitkidən istifadəsi barədə məlumatlar vardır.
Bizim ekspedisiya zamanı tapdığımız bitkinin kökü məhz bu qəbildəndir.
== Təsiri və tərkibi ==
Adamotunun köklərində qülkozidlər, aşı maddəsi, kumarin, karbohidrat, efir və piyli yağ, brinolov turşusu, alkaloidlər, saponin, qatran, fitosterin , triterpenoidlər, kukurbitasinlərdən D (elaterin A) və B, E(elaterin B), C, K vitaminləri tapılmışdır.