ləhləmək sözü azərbaycan dilində

ləhləmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ləhləmək • 75.0000%
  • Ləhləmək • 18.7500%
  • LƏHLƏMƏK • 6.2500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

ləhləmək sözünün leksik mənası və izahı

  • 1 f. Bərk qaçmaq, yerimək, yoxuş çıxmaq və s. nəticəsində, yaxud hərarətin təsirindən tez-tez və ağır nəfəs almaq, tövşümək (adətən heyvanlar haqqında). Atlar ləhləyir. Quzu istidən ləhləyir. – Ləhləyirlər, tərləyirlər, əl-üzləri qızarmış; Bir parası çox üşüyür, əl-üzləri bozarmış. A.Səhhət. [Xəlfə:] [Dursun] yazıq-yazıq [çəməndə] uzanıbdır, tazı kimi ləhləyir. C.Cabbarlı. Mal-qara özünü kölgəliyə verib gövşəyir, … itlər dilini bir qarış çıxararaq ləhləyirdi. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / ləhləmək

ləhləmək sözünün etimologiyası

  • 1 Lök (löh) – birhörgüclü dəvədir. Ləhləmək həmin dəvəyə bənzəmək deməkdir (yerişdə, nəfəs almaqda və s.). Ləhləmək beli büküb-düzəltməklə, iri addımlarla yeriməklə bağlıdır ki, bu da lökün təqlidini xatırladır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ləhləmək

ləhləmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

ləhləmək sözünün rus dilinə tərcüməsi

ləhləmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. (müst. və məc. mən.) to pant (with), to gasp (for breath); to take* short / quick breaths, to be* out of breath, to ose* one’s breath; istidən ~ to stifle / to suffocate with the heat; İt istidən ləhləyirdi The dog was panting with the heat

    Azərbaycanca-ingiliscə lüğət / ləhləmək

ləhləmək sözünün fransız dilinə tərcüməsi

ləhləmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. каш ягъун, каш кьун, каш-кашахъ татун (кӀевиз катуникди, гзаф галатуникди, чимивиликди ва мс. фад-фад ва заландаказ нефес къачун); луьгьлуьгь авун (мес. кицӀи); at ləhləyir балкӀанди каш язва.

    Azərbaycanca-ləzgicə lüğəti / ləhləmək

Oxşar sözlər

#ləhləmək nədir? #ləhləmək sözünün mənası #ləhləmək nə deməkdir? #ləhləmək sözünün izahı #ləhləmək sözünün yazılışı #ləhləmək necə yazılır? #ləhləmək sözünün düzgün yazılışı #ləhləmək leksik mənası #ləhləmək sözünün sinonimi #ləhləmək sözünün yaxın mənalı sözlər #ləhləmək sözünün əks mənası #ləhləmək sözünün etimologiyası #ləhləmək sözünün orfoqrafiyası #ləhləmək rusca #ləhləmək inglisça #ləhləmək fransızca #ləhləmək sözünün istifadəsi #sözlük