* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Torpaq, qar və s. üzərində insan və ya heyvan ayağının nişanı, izi. At ləpiri. Dovşan ləpiri. Quş ləpiri. – Yerə düşmüş şəbnəm hələ qurumamışdı. Yer üzündə beş-altı ayaq ləpiri məlum olurdu. T.Ş.Simurq. Dəvə ləpirlərindən, ayaq izindən; Yolların sinəsi oyuq-oyuqdur. R.Rza. Oğulsuz-övladsız ocaqlar kimi; Sönüb gedəcəyəm: bu daş, bu torpaq; Bircə ləpirimi yaşatmayacaq. M.Araz. □ Ləpir tutmaq – izə düşüb getmək, ləpirlə getmək.
Azərbaycan dilinin izahlı lüğəti / ləpir2 1 сущ. след (отпечаток ноги или лапы на какой-л. поверхности). At ləpiri след лошади, dovşan ləpiri заячий след, ləpir tutmaq идти по следу 2 сущ. коротконогая курица
Azərbaycanca-rusca lüğət / ləpir1 i. track; mark; footprint; (adam haq.) footstep; təzə ~lər fresh tracks / footprints; dovşan ~ləri rabbit tracks; qar üzərində insan ~i footprint / footstep on the snow; ~ tutmaq / itirmək to keep* / to lose* track (of); ~ə düşmək to find* / to come* up on the track (of); ~lə getmək to follow / to tread* in the tracks
Azərbaycanca-ingiliscə lüğət / ləpir2 сущ. лепир, гел (мес. севрен, балкӀандин); ləpir tutmaq лепир кьун, гел кьун, гел кьуна (лепирда гьатна) фин, гелеваз фин.
Azərbaycanca-ləzgicə lüğəti / ləpir(Salyan) kök və balaca (toyuq). – Ləpir to:ğu qırğı çalıb apardı
Azərbaycan dilinin dialektoloji lüğəti.