Lizqar sözü azərbaycan dilində

Lizqar

Yazılış

  • Lizqar • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Konstantin Lizqar
Konstantin Nikolayeviç Lizqar (1882 – 15 may 1920) — Azərbaycan Xalq Cümhuriyyətinin ərzaq naziri, Slavyan-Rus Cəmiyyətinin sədri. == Həyatı == Konstantin Nikolayeviç Lizqar 1882-ci ildə anadan olmuşdur. 1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazalar sahibi olmuşdur. 1914-cü ildə leytenant rütbəsi ilə orduya sıralarına cəlb olunub. 499-cu səhra hospitalında, Tiflis avtomobil komandasında, Türküstanda xidmət etmişdir.Aprel işğalından sonra Bakının Qorçakovski 14 ünvanında yaşayan, sabiq ərzaq naziri və Slavyan-Rus Cəmiyyətinin sədri Konstantin Lizqar ilk həbs edilənlərdən oldu.1920-ci ilin mayın 2-də XI Qırmızı Ordu İnqilabi Şurası yanındakı Xüsusi Şöbə tərəfindən 292 saylı həbs vərəqi əsasında azadlıqdan məhrum edilib. Həbs vərəqində 38 yaşında olması, orta təhsilli, ixtisaslı zabit, neft sənayesi sahəsində çalışması, ailəliyi ilə bağlı qeydlər var idi. 1920-ci ilin mayın 15-də istintaqın çıxardığı qərar əsasında, yəni “1917-ci ildən əksinqilabi fəaliyyətə başlayan, Beynəlmiləlin yaxınlaşan təhlükəsinə qarşı 1918-ci ildə Slavyan-Rus Cəmiyyətini yaradan, sədr kimi onun Sovet Rusiyasına qarşı fəal mübarizəsinə rəhbərlik edən, bütöv, vahid, bölünməz Rusiyanın xilası uğrunda şüurlu mübarizədə Könüllü Ordu, İngiltərə və Amerikanın nümayəndələri ilə görüşən, əksinqilabi ideyalarını yaymaq üçün qəzet nəşr edən” Konstantin Lizqar XI Ordu Xüsusi şöbəsinin 15 may 1920-ci il tarixli qərarı ilə güllələndi.Konstantin Lizqar bolşeviklər tərəfindən güllələnən ilk Azərbaycan Xalq Cümhuriyyəti naziri olmuşdur. == Siyasi fəaliyyəti == === Keçid dövrü === Xüsusi Zaqafqaziya Komitəsində yollar komissiyasının kargüzarı və Yollar Komissarlığında xüsusi tapşırıqlar məmuru vəzifəsində çalışıb.1918-ci ilin martında Tiflisdə Slavyan-Rus Cəmiyyətini təsis edərək onun sədri olmuşdur. Konstantin Lizqar Slavyan-Rus Cəmiyyətinin sədri seçilənə qədər Müvəqqəti Hökumətin Xüsusi Zaqafqaziya Komitəsinin sərəncamında fəaliyyət göstərirdi. 1917-ci ilin avqustun 22-də Müvəqqəti Hökumətin Xüsusi Zaqafqaziya Komitəsinin ona verdiyi vəsiqədə yazılmışdı: === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Konstantin Lizqarın 1918-ci ilin 16 fevralında Zaqafqaziya Komissarlığının Ticarət və Sənaye Komissarı Lütfəli bəy Behbudov tərəfindən verilmiş tapşırıqla Batuma gedib, 28 fevrala qədər təlimatda göstərilən işləri yerinə yetirib qayıtması ilə bağlı sənəd də mövcuddur.

Oxşar sözlər

#lizqar nədir? #lizqar sözünün mənası #lizqar nə deməkdir? #lizqar sözünün izahı #lizqar sözünün yazılışı #lizqar necə yazılır? #lizqar sözünün düzgün yazılışı #lizqar leksik mənası #lizqar sözünün sinonimi #lizqar sözünün yaxın mənalı sözlər #lizqar sözünün əks mənası #lizqar sözünün etimologiyası #lizqar sözünün orfoqrafiyası #lizqar rusca #lizqar inglisça #lizqar fransızca #lizqar sözünün istifadəsi #sözlük