müşkü sözü azərbaycan dilində

müşkü

Yazılış

  • müşkü • 66.6667%
  • Müşkü • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacı Davud Müşkürlü
Imam Hacı Davud (ləzg. Имам Хьажи Дауд; 1680, Dədəli - 1735, Rodos) — Osmanlı hakimiyyəti dövründə Şirvan Xanı, De-fakto Quba hakimi (1718-1726), Ləzgi hərbi kommandir, Qafqazın ilk imamı, Fəqih, Müdərris, Şair, Fətva müəllifi, Carın hökmdarı və 18-ci əsrdə ləzgilərin və digər Dağıstan xalqlarının dini və milli hərəkatına başçılıq etmiş dini xadim. Hacı Davud 1680-ci ildə Dədəli kəndində doğulub. Bəzi mənbələr isə onun Dağıstanın Jaba kəndində doğulduğunu deyir. Uşaqlığından o ağlı və cəsarəti ilə seçilirdi. Artıq 1710-1720-ci illərin mənbələrində o, “bək və ləzgi sahib” kimi qeyd olunur. Hacı Davud Dədəli kəndində geniş torpaqlara sahib idi və təsərrüfatda əkinçilik və təsərrüfat heyvanları yetişdirməklə məşğul idi. Ləzgilər arasında bu torpaqlar indi də Davud torpağı adlanır. O, doğma dili ləzgi dilindən əlavə ləzgilər arasında böyük hörmətə malik olan ərəb dilini, bunlardan əlavə olaraq fars və türk dillərinidə bilirdi. Məkkəyə həcc ziyarətindən sonra Hacı rütbəsi almış, daha sonra Ləzgistan və Şirvan kimi bölgələrdə imamlıq etmişdir.
Müşkülqazma
Müşkülqazma — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Müşkülqazma kəndi Sədan kənd Sovetinin tərkibinə verilmişdir. Oykonim Müşkül (Müşkür tarixi adının təhrif forması) və qazma komponent­lərindən düzəlib, "Müşkür düzündəki qazma­lar" mənasındadır. Əhalisinin sayı 10 nəfərdir (2009-cu il).
Müşkür
Müskür sancağı
Müşkür (Xaçmaz)
Müşkür (əvvəlki adı: Pavlovka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Pavlovka kənd inzibati-ərazi vahidi tərkibindəki Pavlovka kəndi Müşkür kəndi, Pavlovka kənd inzibati-ərazi vahidi Müşkür kənd inzibati-ərazi vahidi adlandırılmışdır.
Müşkür bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Müşkür düzü
Müşkür düzü — Quba və Xaçmaz inzibati rayonlarının ərazisindəki yerin adı, etnonimik oronim. Bu coğrafi ad eramızın əvvəllərində Qafqaz Albaniyasının şimal-şərqində yaşamış maskut xalq adının təhrif formasıdır. Sonuncu dəfə bu oroqrafik obyekt adı "Maskut" yazılış formasında XVI əsr ingilis səyyahı, taciri və diplomatı Antoni Cenkinsonun Azərbaycanda olması haqda yazdığı yol qeydlərində rast gəlinir Yalnız XVII əsrin ortalarında Azərbaycanda olmuş Hollandiya dənizçisi Yan Streys "müşkür" oronimini "muskar" kimi yazmışdır. Deməli, təxminən bir əsr müddətində "muskat" sözü "müskür" və "müşkür" formasına çevrilmişdir. XVII əsrin sonlarında isə toponimin adı artıq "muskur" kimi çəkilir. Çox qəribədir ki, "maskut" etnonimi özünün ilkin formasında müasir Xaçmaz və Quba inzibati rayonları arasında mövcud olan "Maskatar düzü" oronimində indiyədək saxlanmışdır. Oronim "maskut" (Maskat) və ləzgi dilindəki "ar" şəkilçisindən ibarət olub "Maskut düzü" mənasını daşıyır.
Müşkür mahalı
Müskir mahalı — Quba xanlığında mahal. İndiki Xaçmaz Dərbənd mahalından cənubda Müşkür mahalı yerləşirdi. Bu mahal Xəzər sahilində Samurçay və Vəlvələçay arasındakı ərazini əhatə edirdi. Müşkür mahalının naibi Yəhya bəy olmuşdur.

"müşkü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müşkü nədir? #müşkü sözünün mənası #müşkü nə deməkdir? #müşkü sözünün izahı #müşkü sözünün yazılışı #müşkü necə yazılır? #müşkü sözünün düzgün yazılışı #müşkü leksik mənası #müşkü sözünün sinonimi #müşkü sözünün yaxın mənalı sözlər #müşkü sözünün əks mənası #müşkü sözünün etimologiyası #müşkü sözünün orfoqrafiyası #müşkü rusca #müşkü inglisça #müşkü fransızca #müşkü sözünün istifadəsi #sözlük