Məzdək sözü azərbaycan dilində

Məzdək

Yazılış

  • Məzdək • 77.2727%
  • məzdək • 13.6364%
  • MƏZDƏK • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məzdək
Məzdək Bamdad oğlu (V əsr – 529 və ya 531) — yeni din yaradıcısı, islahatçı. Zərdüşt və Maninin ideyalarını yenidən reform edən Məzdək Bəmdad oğlu klassik feodal cəmiyyətində indiyədək kimsənin cürət etmədiyi baxışlarla çıxış etdi. Nəyə görəsə, Qərb dünyasının hələ əsrlər sonra düşünəbiləcəkləri dəyərləri daha öncə qəbul etdirməyə çalışan Məzdəkin adı mənbələrdə yalnız "ümumi qadın" fikrini ön plana çəkən bir "zındıq" kimi çəkilib. Ümumiyyətlə, ərəb-fars tarixçiləri bu cür məsələlərə xüsusilə önəm verirdilər. Babəkin 20 ildən artıq apardığı azadlıq mübarizəsini detalları ilə yazmaqdansa, onların qadınlı kişili nə iləsə məşğul olduqlarını özlərinin elmlərinə daha çox layiq bilirdilər. Yəni kimi nə maraqlandırırsa, ondan yazmaq daha rahat olur. Ona görə də, Məzdək Bəmdad oğlunun teoloji, liberal və sosial baxışlarına xüsusi yer verəcəyik. Teoloji baxış-Məzdəkiliyə görə başlanğıc ikili xarakterlidir. Aydınlıq elmdir, Qaranlıq isə cəhalətdir. Hər ikisinin öz himayəçisi vardır.
Məzdək Eyvazlı
Məzdəkilər hərəkatı
Məzdəkilər hərəkatı — Məzdəkin rəhbərliyi ilə 481 – 529-cu illərdə Sasani zülmünə və feodallara qarşı baş vermiş hərəkat, erkən orta əsrlərin ən mühüm ictimai və tarixi hadisələrindən biri idi Maniçiliyin təsiri altında yaranmış Məzdəkilər hərəkatı özünəməxsus spesifik xüsusiyyətlərə malk olmuşdur. V əsrin sonunda meydana çıxmış məzdəkilər hərəkatı başqa sosial hərəkatlar kimi cəmiyyətin sayca çox cüzi hissəsini təşkil edən yüksək təbəqənin xalq kütlələrini hədsiz istismarı və əsarət altına salması zəminində genişlənib artdı. Məzdəkilər hərəkatının səbəblərini araşdırarkən, hər şeydən əvvəl, o dövrün sosial və iqtisadi vəziyyətini təhlil etmək lazımdır. Əhalinin dörd zümrəsindən ən çox istismar olunanı — əkinçiləri, maldarları, sənətkarları və ticarətlə məşğul olanları öz tərkibində birləşdirən "vergi verənlər" zümrəsi idi. Kəndli və şəhər icmaları o zaman tənəzzül dövrünü keçirirdilər. İri torpaq sahibləri, necə olursa olsun, icmaların və xırda sahibkarların torpaqlarını ələ keçirməyə çalışırdılar. Geniş torpaq sahələrinin bir ovuc sahibkarın əlində toplanması prosesi gedirdi. Torpaq sahiblərinin, dövlətin və kahinlərin istismarına məruz qalan əhali gücçatmaz vergiləri ödəməli olurdu. Bununla yanaşı, şahənşahın çoxlu canlı və maddi ehtiyatlar tələb edən fəal xarici siyasətini də nəzərə almaq zəruridir. "Vergi verən" zümrə ilə əyanlar arasında günü-gündən dərinləşən ziddiyyət şəraitində Bamdadın oğlu Məzdəkin başçılıq etdiyi hərəkat meydana çıxdı.

məzdək sözünün leksik mənası və izahı

"məzdək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məzdək nədir? #məzdək sözünün mənası #məzdək nə deməkdir? #məzdək sözünün izahı #məzdək sözünün yazılışı #məzdək necə yazılır? #məzdək sözünün düzgün yazılışı #məzdək leksik mənası #məzdək sözünün sinonimi #məzdək sözünün yaxın mənalı sözlər #məzdək sözünün əks mənası #məzdək sözünün etimologiyası #məzdək sözünün orfoqrafiyası #məzdək rusca #məzdək inglisça #məzdək fransızca #məzdək sözünün istifadəsi #sözlük