Rus marşı
Rus marşı — rus millətçi hərəkatlarının illik yürüşləri və nümayişləridir. İlk "Rus marşı" 2005 ildə, Xalq həmrəyliyi gününün təsis edilməsindən bir il sonra baş tutub. "Rus marşı" siyasi etiraz ayinidir. Altı il ərzində mütəmadi davam edən, millətçi təşkilatlarla dövlət təsisatlarının münasibətinin əks olunması baxımından olduqca maraqlı fenomendir."Rus marşı" həm də, hökümətyönlü "Naşi"(Bizimkilər) hərəkatının "Rus marşı" ilə eyni vaxtı təşkil etdiyi tədbirlərinin də adıdır. Son zamanlar KİV lərin dəyərləndirmələrinə görə "Naşi" hərəkatı bu yürüş üzərində inhisarı öz əlinə almağa çalışır. Bəsdir Qafqazı yedirdik şüarı ilə reklam olunan, və ildə bir dəfə keçirilən "Rus marşı", və 2010 ildə Manej meydanında baş verən iğtişaşlar bir vahid səciyə daşıyır:onlar demək olar ki ya tamamilə Şimali Qafqaz respublikaları , ya da Şimali Qafqaz milliyətinə mənsub olanlar üzərində cəmləşir. Şimali Qafqaza və onun xalqlarına qarşı olan bu əhval-ruhiyə kontekstində, Stavropol diyarı xüsusi yer tutur: bura - Şimali Qafqaz ərazisində olan yeganə yerdir ki, əhalisinin əksəriyyəti ruslardır"..."Baxmayaraq ki, "Rus marşı" Stavropol diyarında 2006 ildən sonra( ilk Moskvadaki nümayişindən bir il sonra) keçirilməyə başlandı, Şimali Qafqaza qarşı olan əhval-ruhiyə burada başqa nisbətlərdə təzahür edirdi. 2007 ilin may və iyun aylarında Stavropolda etnik-arası qarşıdurmalar nəticəsində (ikisi rus biri çeçen olmaqla)üç nəfər qətlə yetirildi. Məlumatlarda bildirilirdi ki, iğtişaşlarda, polisin xüsusi qüvvələri və yerli polislə birlikdə, qafqazlılara hucum edən, indi qadağan olan "Qeyri-leqal immiqrasiyaya qarşı hərəkatı" da daxil olmaqla, rus etno-millətçiləri də iştirak edirdilər. Bu iğtişaşlar, Kondopoqada(Kareliya) analoji hadisələrdən bir il keçməmiş baş vermişdi.[1]
http://kavpolit.com/stavropol-liniya-fronta-mezhdu-rossiej-i-severnym-kavkazom/tərcümə.