Meğri sözü azərbaycan dilində

Meğri

Yazılış

  • Meğri • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Meğri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Meğri rayonu
Meğri rayonu (və ya Mığrı) — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon. Mərkəzi Meğri şəhəridir. Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanmışdır. Meğrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi. Meğri rayonunun keçmiş adının "Mığrı" olduğunu həmin bölgənin yerli əhalisi təsdiqləyir. Toponimin türk dilində "quruyan, az sulu çöl çayı olan dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variantı olan mığrı sözü əsasında formalaşdığını bir sıra elmi mənbələr vurğulayır. Ermənistan Respublikasında Meğri 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 664 kv km-dir. Rayon mərkəzi Meqri (Meğri) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 264 km-dir.
Meğri silsiləsi
Meğri silsiləsi (erm. Մեղրու լեռնաշղթա) və ya Mığrı-Güney silsiləsi — Ermənistanın cənubundan başlayaraq Azərbaycanın Zəngilan rayonu ərazisinə qədər uzanan dağ silsiləsi. Silsilə Zəngəzur silsiləsondən başlayaraq Oxçuçayın qərb sahillərinə və cənub-şərqdə Araz çayına qədər uzanır. Ənhündür nöqtəsi Baqassar dağıdır (3256 m). Şimal hissəsi Sikax qoruğu ərazisindədir. Silsilə subtropik iqlimə malikdir. Qışda daimi küləklər müşahidə edilir. Silsilənin uzunluğu 46 km təşkil edir. Sulksilə qranit və qranodioritlərdən təşkil olunmuşdur. Şimal yamaclarında 1200 – 1800 m arası palıd yayılmışdır.
Meğri çayı
Meğri çayı – Zəngəzurun Oxçu və Meğri dərələrini ayıran Cibənd dağ silsiləsindən başlayır, Lehvaz dərəsindən keçərək Meğri çökəyinə, oradan isə Araz çayına tökülür: Vartanizor çay, Lehvaz çay, Lişk çay kimi qolları vardır. Zəngəzurun su hövzələri şəffaflığı, duruluğu və iti axarı ilə seçilir. Bu çaylarda dağ çaylarına məxsus çox dadlı və ləzzətli forel, bığlı balıq, göy balıq, daban balığı olur.
Nüvədi (Meğri)
Nüvədi (1994-cü ildən: Nrnadzor) — Zəngəzur mahalının Meğri rayonunda kənd. Nüvədi kəndinin adı 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi Masırı nahiyəsinin kəndi olaraq adı çəkilir.(25 ailə yaşadığı) Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilmişdir. Toponim "dağ ətəyində ovuq, çökək yer" mənasında işlənən nüyək, nüək, nüyəx, "iki tərəfi qaya olan sahə" mənasında işlənən nüy sözünə fars dilində "kənd" mənasında işlənən "deh" sözünün variantı olan "di" sözünün qoşulması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 1994-cü il fərmanı ilə kəndin adı dəyişdirilib Nrnadzor qoyulmuşdur. 25 oktyabr 2020-ci ildə Nüvədi kəndinin sakinləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyeva müraciət ediblər. 18 iyun 2021-ci ildə Nüvədi kəndinin sakinləri BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, eləcə də UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə müraciət ünvanlayıblar. 452 ailə adından hazırlanan, onların hər birinin imzaları və müvafiq sübutlarla təqdim edilən müraciət 55 vərəqdən ibarətdir.
Seyidlər (Meğri)
Seyidlər kəndi, Vardanazor (Vartanazur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonu ərazisində kənd. Rayon mərkəzindən 9 km şimal-qərbdə yerləşir. XIX əsrin əvəllərində kəndin adı Vardanazor kimi rəsmiləşdirilimişdir. Toponim seyidlər tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 36 nəfər, 1873cü üdə 316 nəfər, 1886-cı ildə 480 nəfər, 1897-ci ildə 506 nəfər, 1904 - cü ildə 439 nəfər, 1914 - cü ildə 1053 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, qırğınlarla sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 177 nəfər, 1926-cı ildə 180 nəfər, 1931-ci ildə 243 nəfər azərbaycanlı yaşamışdır.
Tağamir (Meğri)
Tağamir — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda olmuş kənd. Tağamir kəndinin adı 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi Kəhram Sahibi nahiyəsinin kəndi olaraq adı çəkilir.(18 ailə yaşadığı)Tağamir kəndi isə Liçk (erməni kəndi) kəndinə qatılmışdır 1946-cı ildə kənd ermənicə Liçk adlandırılmışdır. Toponimdəki "taq" sözünün türk dillərində taq (Azərbaycan dilində daq) sözündən ibarət olması aydın deyil. Onu həm də "taqvarı tikinti" kimi ("Kitabi Dədə Qorqud"da "taqlı ev", Xaqani Şirvaninin bir şeirində "taqlı çadır" — bax: Xaqani, Seç. əsərləri Bakı, 1987, s. 317) də başa düşmək olar. 1918-ci ildə kəndin əhalisi qovulmuşdur. 1922-ci ildə onun bir hissəsi geri qayıdaraq məskunlaşmışdır.
Vəng (Meğri)
Vəng — Meğri rayonunun inzibati ərazi vahidində kənd.
Əkərək (Meğri)
Əkərək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd. Araz çayın sol tərəfində yerləşir. Toponim əkər (akar) türk tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Burada ermənilərlə yanaşı 1897-ci ildə 6 nəfər, 1931-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır. Kənddə yaşayan azərbaycanlılar 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə köçürülmüşdür. İndi ermənilər yaşayır.
Meğri armudu
Meğri armudu (lat. Pyrus megrica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Qafqazda yayılmışdır. Hündürlüyü 5-10 m olan, budaqları iynəsiz ağac və ya bəzən koldur. Meyvələri xırda, uzunluğu 1,5-2 sm, əsasən tək, seyrək tükcüklü, qalın meyvə saplaqlı, şarşəkilli-armudşəkilli, əyilmiş, xətvari hissəli kasacıqlıdır. Yarpaqları uzunsov-ellipsvari, (7) 8-3 (3,5) sm, ucu biz, kənarları dalğalı, üstü çılpaq, tünd yaşıl, parlaq, alt tərəfi keçəli, saplaqları qısa, uzunluğu 2-2,5 sm, keçəli tükcüklüdür. İynələri olmayan iri ağacdır. Yolların kənarında və yarpaqlı meşələrdə rast gəlinir. Naxçıvan MR-da təbii halda rast gəlinir. Quraqlığa, rütubətə davamlı ərazilərdə istifadəsi məqsədyönlüdür.
Şahin Meğriyan
Şahin Zinuvari Meğriyan (erm. Շահեն Մեղրյան; 2 yanvar 1952, Gülüstan, Şaumyan rayonu – 17 aprel 1993, Gülüstan, Goranboy rayonu) — Ermənistan terrorçusu, siyasətçisi, hərbi komandiri,, Qondarma DQR qəhrəmanı (2014). O, Şaumyan qartalı (erm. Շահումյանի արծիվ, translit. Shahumiani Ardziv) ləqəbi ilə tanınırdı. Şahin Zinuvari Meğriyan 2 yanvar 1952-ci ildə Goranboy rayonunun Gülüstan kəndində bir erməni ailəsində anadan olmuşdur. O, Gülüstan kəndində yerli bir məktəbi bitirdikdən sonra 1969-cu ildə İrəvan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuşdur. 1975-ci ildə ali təhsilini başa çatdırdıqdan sonra Meğriyan Goranboy rayonunun manufaktura və istehsal üzrə baş iqtisadiyyatçısı olmuşdur. 1988-ci ildə birinci Şaumyan müdafiə briqadasını qurmuşdur. O, 1990-cu ildə Daşnaksütun partiyasına qoşulmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2006 ••••••• 0.23
2009 •••••••••• 0.32
2013 ••••••••••••• 0.44
2014 •••••••••••••••••••• 0.69
2015 ••••• 0.17

Oxşar sözlər

#meğri nədir? #meğri sözünün mənası #meğri nə deməkdir? #meğri sözünün izahı #meğri sözünün yazılışı #meğri necə yazılır? #meğri sözünün düzgün yazılışı #meğri leksik mənası #meğri sözünün sinonimi #meğri sözünün yaxın mənalı sözlər #meğri sözünün əks mənası #meğri sözünün etimologiyası #meğri sözünün orfoqrafiyası #meğri rusca #meğri inglisça #meğri fransızca #meğri sözünün istifadəsi #sözlük