Menta sözü azərbaycan dilində

Menta

Yazılış

  • Menta • 50.0000%
  • menta • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mentalitet
Mentalitet (latın dilindən mens və ya mentis - ruh, ruh (daha dar mənada - ağıl)) - sosial və ya etnik qrupa, millətə, insanlara, milliyətə xas zehni, emosional, mədəni xüsusiyyətlər, dəyər yönümləri və münasibətlər toplusudur. Bu termin tarix elmində yaranıb, lakin indi psixologiya və sosiologiyada tez-tez istifadə olunur. Zehniyyət anlayışı müəyyən bir qrup insanları xarakterizə edən münasibətləri, qiymətləndirmələri, dəyərləri, davranış normaları və əxlaqı, zehniyyəti, dini mənsubiyyəti və digər bir çox nüansları əhatə edir. == Anlayışın tənqidi == Mentalitet - yalan elmi anlayışdır. Onun heç bir toxunula bilən xüsusiyyəti mövcud deyil. <...>Dəyərlər mövcuddur. Dəyərlər mədəniyyəti qurur. Hər ölkədə mədəniyyət fərqlidir. Mənim fikrim ondan ibarət deyil ki, bütün insanlar eynidir, halbuki çox ümumi şey var.
My Mental Choices are Completely Interfering with my School Romantic Comedy
My Mental Choices are Completely Interfering with my School Romantic Comedy, Yaponiyada tanınan adı ilə Ore no Nounai Sentakushi ga, Gakuen Love Comedy wo Zenryoku de Jama Shiteiru (俺の脳内選択肢が、学園ラブコメを全力で邪魔している, azərb. Mənim zehni seçimlərim romantik məktəb komediyama tamamilə mane olur‎) və ya qısaca Noucome (のうコメ, Nōkome) — Yukivonun rəssamlığı ilə Takeru Kasukabe tərəfindən yazılmış ranobe seriyası. 2012-ci ilin yanvarında 2016-cı ilin fevralına kimi Kadokawa Shoten nəşriyyatı tərəfindən Kadokawa Sneaker Bunko imprinti altında 12 cildi buraxılmışdır. Sayaka İtsukinin rəssamlığı ilə hazırlanmış manqa adaptasiyası Enterbrain nəşriyyatının "Famitsu Comic Clear" jurnalında 2013-cü ildən 2015-ci ilə kimi nəşr olunmuşdur. Takayuki İnaqakinin rejissorluğu ilə Diomedéa studiyası tərəfindən 10 seriyalıq anime adaptasiyası istehsal olunmuş və 2013-cü ilin oktyabrından dekabrına kimi yayımlanmışdır. == Məzmun == Kanade Amakusa "Mütləq seçim" (絶対選択肢, Zettai Sentakushi) adlandırılan lənətdən əziyyət çəkən lisey tələbəsidir. Bu lənət günün istənilən vaxtında ona qarşısına çıxan 2 və ya 3 zehni seçimdən birini seçməsini tələb edir. Hətta bu seçimlər biabırçı olsa belə. Əgər hər hansı seçimdən birini seçməsə, bu, onda güclü baş ağrısına səbəb olur. Seçimlərin çoxu tərbiyəsiz və ədəbsiz xarakter daşıdığından Kanadenin sinif yoldaşları və ətrafındakı insanlar arasındakı nüfuzuna xələl gəlir və həyatı çətinləşir.
Müstəmləkəçilik mentaliteti
Yengəc mentaliteti
Yengəc mentaliteti özünü hər kəsdən üstün tutmaq, eqoizm və heç bir kəsin irəliləməsinə imkan verməməklə əlaqəli düşüncə tərzidir. Bu metafor səbətdəki yengəcləri nəzərdə tutaraq işlədilir. Əslində yengəclərin hər biri səbətdən bir-bir asanlıqla azad ola bilər, lakin əvəzində onlar bir-birlərini aşağı dartaraq heç birinin səbətdən azad olmasına imkan vermirlər və bu da onların kütləvi ölümünə gətirib çıxarır.
Azərbaycan mentaliteti
Azərbaycan milli-mənəvi dəyərləri və ya Azərbaycan mentaliteti — Azərbaycan cəmiyyətində və mədəniyyətində vacib hesab edilən davranış normaları (ədəb), ailə dəyərləri, inanclar, ənənələr və s.-ni əhatə edən anlayış. == Tarixi arxa plan == XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni sahəsində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur. Bir Azərbaycan nağılında şahzadələr nişanlılarını seçmək üçün qızlara alma atması adəti XVII əsrdə Azərbaycanda yaşayan monqollarda mövcud olmuşdur.Elxani hökmdarı Hülakü xanın vəziri Nəsirəddin Tusi monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrinə tamamilə vaqif olmuş, onun oğlu da tamamilə türkləşmişdir. Əslən yəhudi olan, vəzir Fəzlullah Rəşidəddin də türk adət və ənənələrini mənimsəmişdir. Fəzlullah Rəşidəddinin oğulları Qiyasəddin və Cəlaləddin türklər tərəfindən fəzilət və əxlaqları, Elxani qanun və nizamlarını bildiklərini görə mədh edilib sevilmişdir.İslam incəsənəti üzrə türkiyəli mütəxəssis Birgül Açıkyıldız hesab edir ki, erməni qəbiristanlıqlarında (məsələn, Culfada) tapılan erməni yazıları və tipik erməni ornamentləri olan qoç formalı qəbir daşları ətraf mədəniyyətlərin — kürd və Azərbaycan adət-ənənələrinin təsiri altında yaranıb. Açıkyıldızın fikrincə, zoomorf qəbir daşları daha çox düzbucaqlı xaçkarları ilə tanınan erməni qəbiristanlıqları üçün xarakterik deyil.Tarixən, Cənubi Dağıstanın əhalisi Azərbaycanın mədəni və davranış normalarına yönlənib, Azərbaycan linqvistik və mədəni mühiti ilə əhatələnib. Tatların mədəniyyəti əsrlər boyunca Azərbaycan və digər mədəniyyətlərin qarışması nəticəsində İran və türk elementləri və adət-ənənələrinə malik qarışıq mədəniyyət olmuşdur.Qacar dövləti şahzadələri Təbrizdə azərbaycanlıların əhatəsində türk dili, mədəniyyəti və adətlərinə daha çox bağlanır, taxta çıxdıqdan sonra özlərini Azərbaycan türkləri ilə əhatə edirdilər.

"menta" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#menta nədir? #menta sözünün mənası #menta nə deməkdir? #menta sözünün izahı #menta sözünün yazılışı #menta necə yazılır? #menta sözünün düzgün yazılışı #menta leksik mənası #menta sözünün sinonimi #menta sözünün yaxın mənalı sözlər #menta sözünün əks mənası #menta sözünün etimologiyası #menta sözünün orfoqrafiyası #menta rusca #menta inglisça #menta fransızca #menta sözünün istifadəsi #sözlük