Murğuz (Zəngəzur)
Murğuz — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd.
Rayon mərkəzindən 31 km cənubda, Sofulu kəndinin yaxınlığında yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Muxris, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Mahrus, Qafqazın 5 verstlik xəritəsində Murqus, erməni mənbələrində Murxuz formasında qeyd edilmişdir.
Toponim türk dilində "təpə" mənasında işlənən mar sözünün fonetik variantı olan mur sözü ilə ğuz (oğuz etnonimi ərəb mənbələrində adı) etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. XIX əsrdə Zəngəzur qəzasında yaşamış Sofulu tayfasının qışlaqlarından (bax: Acıbac) birinin adı idi. Mənbədə Murxus kimidir (yenə orada). Əsli:Murquz. XIX əsrdi Tiflis quberniyasının Borçalı qəzasında Murquztəpə, Azərbaycanda Murquzdağ [Qazax rayonu] və Murquztala (Zaqatala rayonu) kənd adları ilə mə'naca eynidir.