Aişə Sultan (III Muradın qızı)
Aişə Sultan (1568, Manisa vilayəti – 15 may 1605, Konstantinopol) — Osmanlı padşahı III. Muradın və Hasəki Safiyə Sultanın ən böyük və ən sevimli qızlarıdır.
== Həyatı ==
1570-ci ildə III. Murad və Safiyə Sultanın Şahzadə Mehmeddən sonrakı ilk övladı olaraq Manisa Sarayında dünyaya gəldi. 15 dekabr 1574-cü ildə atasının taxta keçməsiylə İstanbula gətirildi.
Hərəmxananın həqiqi qurucusu qəbul edilən III. Murad anasının vəfatından sonra bir müddət Köhnə Sarayda yaşadı və bu müddət ərzində Memar Sinana Topqapı Sarayı üçün yeni bir hərəmxananın tikilməsi üzrə əmr verdi. 1585-ci ilin avqust ayında III. Murad Baş Hasəkisi Safiyə Sultan, hasəkiləri Mehriban, Nazpərvər, Şahuban, Fəxriyə Sultanlar və şahzadələri ilə birlikdə yeni hərəmxanaya köçdü. Aişə Sultanın ilk nikahı 1586-cı ilin may ayında Vəzir İbrahim Paşa ilə məhz bu sarayda bağlandı. Bu evlilikdən sonra Aişə Sultan saray daxilində güc qazandı.
Aişə Sultan atasının ən sevdiyi qızı idi. Bunun iki səbəbi vardı: anasının Safiyə Sultan olması, ikincisi isə III. Muradın ilk qızı olması. 1595-ci ildə atası vəfat etdi və yerinə qardaşı III. Mehmed taxta keçdi.