Məmiş sözü azərbaycan dilində

Məmiş

Yazılış

  • Məmiş • 93.4911%
  • məmiş • 4.1420%
  • MƏMİŞ • 2.3669%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məmiş Abdullayev
Məmiş Abdullayev Şahbaz oğlu — Sovet İttifaqı Qəhrəmanı (24.03.1945) == Həyatı == Məmiş Abdullayev Şahbaz oğlu 1923-cü ildə Kürdəmir rayonunun Muradxan kəndində dünyaya göz açmış, orta məktəbi qurtardıqdan sonra 1943-cü ilin iyununda hərbi qulluğa getmiş və I Belarus cəbhəsində hərbi əməliyyatlar aparan 48-ci ordu tərkibində olan 339-cu atıcı alayda pulemyotçu olmuşdur. Serjant Məmiş Abdullayev 1944-cu ilin sentyabrının əvvəlində Polşa ərazisində düşmənə qarşı aparılan döyüşlərdə şəxsi qəhrəmanlıq göstərmiş və döyüşən hərbi hissənin hücumunu təmin etmişdir. Sovet İttifaqı Qəhrəmanı adı 1945-ci ilin 24 martında verilmişdir.
Seyid Məmiş
Seyid Məmiş — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. == Tarixi == Seyid Məmiş kəndi rayondan 1920 km şiaml-qərbdə, Səlim çayının sahilində, rayondakı Ağkənd kəndinin yaxınlığında yerləşirdi. Toponim seyid nəsil adı ilə Məmiş şəxs adı əsasında yaranmışdır. «Seyid nəslindən olan Məmişin kəndi» mənasını bildirir. Antorpotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Seyid Məmiş kəndi 1919-cu ildə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır. Kənd oradakı "Seyid Məmiş piri"nin adı ilə adlandırılmışdır.
Elvin Məmişzadə
Elvin Məmişzadə (17 dekabr 1991, Sumqayıt) — Azərbaycanı təmsil edən boksçu, 2015-ci il Dünya Çempionatının və Avropa Oyunlarının qalibi. == Karyerası == Elvin Məmişzadə 2009-cu ilin sentyabrında İtaliyanın Milan şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin 1/32 final mərhələsində Elvin Məmişzadə Hindistan nümayəndəsi Nanao Sina 6:22 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu.2010-cu ilin iyununda isə Elvin Məmişzadə nüfuzlu beynəlxalq turnirlərdə birinci uğuruna imza atdı. Rusiyada baş tutan Avropa Çempionatında Elvin Məmişzadə 1/4 final mərhələsində son Dünya Çempionatının finalçısı olan Rusiya nümayəndəsi David Ayrapetyana 5:4 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə Elvin Məmişzadə son Avropa Çempionatının qalibi olan Ermənistan nümayəndəsi Ohaves Danielyan üzərində 8:1 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi son olimpiadanın bürünc medalçısı olan İrlandiya nümayəndəsi Paddi Barnes oldu. Həmin görüşdə Elvin Məmişzadə rəqibinə 1:4 hesabı ilə məğlub oldu və Avropa Çempionatını gümüş medalla başa vurdu.18 yaşında Avropa Çempionatının finalçısı olan Elvin Məmişzadə bir il sonra, 2011-ci ilin iyununda İstanbul şəhərində baş tutan Avropa Çempionatında isə uğursuz çıxış elədi. Elvin Məmişzadə turnirin 1/16 final mərhələsindəcə rəqibinə məğlub oldu və Avropa Çempionatında mübarizəsini başa vurdu.Həmin ilin sentyabrında isə Elvin Məmişzadə Azərbaycanda baş tutan Dünya Çempionatında mübarizə apardı. Elvin Məmişzadə turnirin 1/32 final mərhələsində İndoneziya nümayəndəsi Julio Briaya 20:8, 1/16 final mərhələsində İspaniya nümayəndəsi Fransiso Torrixosa 22:15 hesabları ilə qalib gəldi və Dünya Çempionatının 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi son Dünya Çempionatının finalçısı olan Monqolustan nümayəndəsi Tugstsogt Nyambayar oldu.
Məmişli
Məmişli kəndi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Kəndin qədim nəsillərinin xronologiyasına nəzər saldıqda kəndin salınma tarixi 300 ili keçir. Tarixi mənbələrdə kəndin adı Dağətəyi (Məmişli) kimi göstərilir. Məmişli kəndi Tbilisidən 63 km cənub-qərbdə. Dəniz səviyyəsindən 1200 m hündürlükdədir. 1886-cı ilin əhalinin siyahayaalınmasına görə kənddə 19 ailə (131 nəfər), 1926-cı ilin əhalinin siyahayaalınmasına görə 64 ailə (362 nəfər), 2002-ci ilin əhalinin siyahayaalınmasına görə isə 908 nəfər yaşadığı qeydə alınıb. Kəndin tarixi ilə kənddə olan böyük qədim nəsillərin tarixi sıx baglıdır. Kəndin bünövrəsini qoyanlar Məmiş, Qasım, Salıf, Möyləqulu, Yaqub adlı şəxslər olub. Sonra kəndə gələn Kecəllər, Qaraltılar(Novruzdular), Agalıq, Hasn evi, Əfti Kərimlər, Molla Əhməddilər, Səfərovlar, Yolçu evi ailələri ilbə il gəlib kənd formalaşıb. Araşdırmalara əsasən əvvəllər Tuvulqunun arxası qabanlığın altında indiki kalafa deyilən yerdə olub.
Məmişlər
Məmişlər — Azərbaycanın Sabirabad rayonunda kənd. Məmişlər — Azərbaycanın Şuşa rayonunda kənd. Məmişlər — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Məmişli — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Seyid Məmiş — İrəvan xanlığının Dərələyəz mahalında kənd adı.
Məmişlər (Başkeçid)
Məmişlər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Məmişlər kəndi Hüseyin kəndindən 3-3,5 km şimalda Şamdüyə dağinin şimal-şərq ətəyində yerləşir. Bu sahə Sovet hakimiyyəti gəlməmişdən əvvəl Osman ağanın(Qara Osman ) mal–qarası üçün otlaq yeri, yaylaq yeri olmuşdur. Osman ağanın Məmiş, Şərif, Qərib adlı oğlanları varmış onlar nökərləri ilə mal–qaranı ora, yaylağa apararmış. Sovet hakimiyyəti gəldikdən sonra Məmiş kişi buranın iqliminə və yerinə yaxşı bələd olduğu üçün heç hara getməmiş, qohum əqrabasını də başına yığıb orada yurd salıb yaşamağa başlamışdır. Və ondan sonra ora Məmişin adına olaraq bu kənd Məmişlər kimi tarixə düşmüşdür. Hazırda kənddə yaşayış davam edir. kənd əhalisi indidə mal -qara ilə məşğuldurlar.Kicik oğlu Qəribində Rusdam adında oğlu olmuş onunda Hamza ,Həmid ,Ədiı və Məhəmməd oğlanları və Güləvatın adında bir qızl olmuşdur == Fiziki-coğrafi oçerk == Məmişlər kəndi Qaraxaç silsiləsinin şərq yamaclarında, rayon mərkəzindən şimal-qərbdə, dəniz səviyyəsindən 1620-1650 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Yuxarı Qarabulaq, Hüseynkənd və Salaməleyk kəndləri ilə qonşudur. Məmişlər Yırğançayla yanaşı bölgənin ən hündür dağ kəndlərindən biridir.
Məmişlər (Borçalı)
Məmişlər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Məmişlər kəndi Hüseyin kəndindən 3-3,5 km şimalda Şamdüyə dağinin şimal-şərq ətəyində yerləşir. Bu sahə Sovet hakimiyyəti gəlməmişdən əvvəl Osman ağanın(Qara Osman ) mal–qarası üçün otlaq yeri, yaylaq yeri olmuşdur. Osman ağanın Məmiş, Şərif, Qərib adlı oğlanları varmış onlar nökərləri ilə mal–qaranı ora, yaylağa apararmış. Sovet hakimiyyəti gəldikdən sonra Məmiş kişi buranın iqliminə və yerinə yaxşı bələd olduğu üçün heç hara getməmiş, qohum əqrabasını də başına yığıb orada yurd salıb yaşamağa başlamışdır. Və ondan sonra ora Məmişin adına olaraq bu kənd Məmişlər kimi tarixə düşmüşdür. Hazırda kənddə yaşayış davam edir. kənd əhalisi indidə mal -qara ilə məşğuldurlar.Kicik oğlu Qəribində Rusdam adında oğlu olmuş onunda Hamza ,Həmid ,Ədiı və Məhəmməd oğlanları və Güləvatın adında bir qızl olmuşdur == Fiziki-coğrafi oçerk == Məmişlər kəndi Qaraxaç silsiləsinin şərq yamaclarında, rayon mərkəzindən şimal-qərbdə, dəniz səviyyəsindən 1620-1650 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Yuxarı Qarabulaq, Hüseynkənd və Salaməleyk kəndləri ilə qonşudur. Məmişlər Yırğançayla yanaşı bölgənin ən hündür dağ kəndlərindən biridir.
Məmişlər (Dmanisi)
Məmişlər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Məmişlər kəndi Hüseyin kəndindən 3-3,5 km şimalda Şamdüyə dağinin şimal-şərq ətəyində yerləşir. Bu sahə Sovet hakimiyyəti gəlməmişdən əvvəl Osman ağanın(Qara Osman ) mal–qarası üçün otlaq yeri, yaylaq yeri olmuşdur. Osman ağanın Məmiş, Şərif, Qərib adlı oğlanları varmış onlar nökərləri ilə mal–qaranı ora, yaylağa apararmış. Sovet hakimiyyəti gəldikdən sonra Məmiş kişi buranın iqliminə və yerinə yaxşı bələd olduğu üçün heç hara getməmiş, qohum əqrabasını də başına yığıb orada yurd salıb yaşamağa başlamışdır. Və ondan sonra ora Məmişin adına olaraq bu kənd Məmişlər kimi tarixə düşmüşdür. Hazırda kənddə yaşayış davam edir. kənd əhalisi indidə mal -qara ilə məşğuldurlar.Kicik oğlu Qəribində Rusdam adında oğlu olmuş onunda Hamza ,Həmid ,Ədiı və Məhəmməd oğlanları və Güləvatın adında bir qızl olmuşdur == Fiziki-coğrafi oçerk == Məmişlər kəndi Qaraxaç silsiləsinin şərq yamaclarında, rayon mərkəzindən şimal-qərbdə, dəniz səviyyəsindən 1620-1650 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Yuxarı Qarabulaq, Hüseynkənd və Salaməleyk kəndləri ilə qonşudur. Məmişlər Yırğançayla yanaşı bölgənin ən hündür dağ kəndlərindən biridir.
Məmişlər (Sabirabad)
Məmişlər (əvvəlki adı: Şaumyanovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Sabirabad rayonunun Şaumyanovka kəndi Məmişlər kəndi adlandırılmışdır.
Məmişlər (Şuşa)
Məmişlər — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Məmişlər kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Bir sıra tədqiqatlara əsasən, XIX əsrin ortalarında Muğanda muğanlı köçəri tayfasının 275 şəcərəsindən, nəslindən biri olmuşdur və hazırda bu nəslin adı Azərbaycanın oykonimiyasında mühafizə olunmuşdur. Digər mülahizəyə görə isə, Məmişlər yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağlı Mehdiqulu xana məxsus xəlfəli tayfasına mənsub məmişlər nəslinin məskunlaşması nəticəsində yaranmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Sarıbaba dağının ətəyində yerləşir.
Məmişxan (Xoy)
Məmişxan (fars. ممش خان‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 261 nəfər yaşayır (54 ailə).
Nurlan Məmişov
Nurlan İlqar oğlu Məmişov (29 avqust 2000; Mingəçevir, Azərbaycan — 7 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurlan Məmişov 29 sentyabr 2000-ci ildə Mingəçevir şəhərində anadan olub. Əslən Zərdab rayonundan idi. Bir xeyli müddət ailəsi ilə Rusiyada yaşayıb, 2007-ci ildə Orenburq şəhərində orta məktəbin birinci sinfinə gedib… Ancaq sonradan ailəsi ilə birlikdə Azərbaycana, Mingəçevir şəhərinə dönməsi ilə bağlı təhsilini 14 saylı tam orta məktəbdə davam etdirib və 2018-ci ildə də həmin məktəbi başa vurub. == Hərbi xidmətləri == Nurlan Məmişov 2018–2020-ci illərdə xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nurlan Məmişov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı pulemyotçu kimi hərbi xidmətini yerinə yetirib. 7 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Məmişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Məmişov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Məmişov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Qədir Məmişov
Qədir Zülfəli oğlu Məmişov (5 iyul 1989; Mircəlal, Saatlı rayonu, Azərbaycan — 2 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Qədir Məmişov 5 iyul 1989-cu ildə Saatlı rayonunun Mircəlal kəndində Zülfəli Məmişovun ailəsində anadan olmuşdur. 1995–2006-cı illərdə orta təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı. İkinci övladı dəfnindən 11 gün sonra dünyaya gəlmişdir. == Hərbi xidməti == Qədir Məmişov 2007-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2009-cu ildə hərbi xidmətdən tərxis olmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Qədir Məmişov səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır.
Sahil Məmişli
Sahil Ağaverdi oğlu Məmişli (21 avqust 1991; Biləsuvar rayonu, Azərbaycan SSR — 11 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sahil Məmişli 1991-ci il avqustun 21-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Sahil Məmişli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahil Məmişli noyabrın 11-də Şuşanın azad edilməsi zamanı şəhid olub. O, 12 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmişli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmişli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sahil Məmişli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Tural Məmişov
Tural Tələt oğlu Məmişov (5 aprel 1992; Gədəbəy rayonu, Azərbaycan — 5 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Tural Tələt oğlu Məmişov Gədəbəydə doğulub Laçın şəhərində vəfat etmişdir. == Həyatı == Tural Məmişov 1992-ci il aprelin 5-də Gədəbəy rayonunun Maarif kəndində anadan olub. Ailəli idi. Ayşə adında bir qızı və Ömər adında bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tural Məmişov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Məmişov noyabrın 5-də Laçın döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmişov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmişov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmişov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmişov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Vaqif Məmişov
Məmişov Vaqif İmamqulu oğlu — "Konrad" Şirkətlər Qrupunun prezidenti, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri. == Həyatı == Vaqif Məmişov 1962-ci ildə Gürcüstanda, Marneuli rayonunun Kosalı kəndində anadan olmuşdur. 1988-ci ildə Leninqrad Avtomobil Nəqliyyatı Texnikumunu, 1999-cu ildə isə Rusiya DİN-nin Sankt-Peterburq Akademiyasının huquq fakultəsini bitirmişdir. Sankt-Peterburqdakı Azərbaycan Milli Mədəni Muxtariyyəti Şurasının sədri, Rusiya Biznes Dəyirmi Masasının uzvu, Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlukəsizliyi Elmlər Akademiyasının akademikidir. Mərkəzi Federal dairə uzrə RF Prezidentinin Səlahiyyətli Numayəndəsi yanında İqtisadi Ekspert Şurasının uzvu, Sankt-Peterburq və Moskvadakı bir necə sənaye muəssisəsini birləşdirən kompaniyanın direktorlar şurasının sədridir. 1996-cı ildə “Vətən qarşısında xidmətinə gorə” II dərəcəli ordenlə və “Sankt-Peterburqun 300 illiyi” xatirə medalı ilə təltif olunmuşdur. Vaqif Məmişov Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 16 mart 2006-cı il Sərəncamı ilə Vaqif Məmişov "Tərəqqi" medalı ilə təltif edilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.50 dəfə / 1 mln.
2003 •••••••••••••••• 0.79
2004 ••••••• 0.34
2005 •••••••••••••• 0.67
2007 ••••• 0.21
2008 ••••• 0.24
2009 ••••••••••••• 0.64
2010 •••••••••••••••••• 0.91
2011 •••••••••••• 0.60
2012 ••••••• 0.34
2013 ••••••••••••••• 0.73
2014 •••••••••••••••••••• 1.03
2015 ••••••• 0.34
2017 ••••••••••••• 0.65
2018 •••••••••••• 0.60
2019 ••• 0.14
2020 •••••••• 0.40

məmiş sözünün fransız dilinə tərcüməsi

məmiş sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

"Məhəmməd" və "Məmməd" komponentli adların əzizləmə forması.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"məmiş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məmiş nədir? #məmiş sözünün mənası #məmiş nə deməkdir? #məmiş sözünün izahı #məmiş sözünün yazılışı #məmiş necə yazılır? #məmiş sözünün düzgün yazılışı #məmiş leksik mənası #məmiş sözünün sinonimi #məmiş sözünün yaxın mənalı sözlər #məmiş sözünün əks mənası #məmiş sözünün etimologiyası #məmiş sözünün orfoqrafiyası #məmiş rusca #məmiş inglisça #məmiş fransızca #məmiş sözünün istifadəsi #sözlük