* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bir tək adam; kimsə, şəxs, fərd, kəs. …Tək bircə nəfərin də fikrinə gəlmir ki, dünyada yaşamaq ibarət deyil ondan ki, səhər dükana gedib, axşam abgüştü yeyib yatasan. C.Məmmədquluzadə. [Sultan bəy:] Hə, indi nə deyirsən, bir nəfər molla, bir kəllə qənd və üç manat pul ilə aran necədir? Ü.Hacıbəyov. // Adam haqqında saylarla. Üç nəfər gəldi. On nəfər növbə gözləyirdi. – Faytondan iki nəfər yapıncılı adam düşdü. M.Hüseyn. Bir nəfər əvəz. – kim isə, birisi, qeyri-müəyyən şəxs, adam. Bir nəfər gəlib sizi soruşurdu. – [Nökər:] Vəzir sağ olsun, bir nəfər Şirazdan gəlib sizi görmək istəyir. Ü.Hacıbəyov. Təpə arasında … tonqal yanırdı. Kənarında bir nəfər yatmışdı… Çəmənzəminli. Bir nəfərə (nəfərinə) qədər (kimi) – hamısını, başdan-başa, elliklə. Milis nəfəri – köhn. milisioner. Milis nəfərləri maşından düşüb şinellərini soyundular və təklif gözləmədən dəhrə, yaba götürüb kol qırmağa başladılar. Ə.Vəliyev. Polis nəfəri – polis idarəsi işçisi. Ucaboy və namərbud hərəkətli bir polis nəfəri içəri girdi. İ.Şıxlı. 2. Adi əsgər, adi sıravi döyüşçü. Özünü bu şəhərin oğlu və bu mübarizənin nəfərlərindən sayan Nəriman, ürəyində xoş və parlaq bir hissin işıq kimi yandığını duydu. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / nəfər1 Ərəb mənşəlidir, “adam” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / nəfər1 NƏFƏR Elə bu vaxt göz qoyuram sağımdakı bir nəfərə (S.Vurğun); BAŞ (ailə üzvünə aid) O biri ikigözlü mənzildə yeddi baş külfəti olan Fərhad əmi yaşayırdı (M.İbrahimov); ŞƏXS Birdən qapı hücumla açıldı və içəri ortaboylu, arıq bir şəxs girdi (Y.Şirvan).
Azərbaycan dilinin sinonimlər lüğəti / nəfər2 сущ. 1. человек, в сочет. с числит. bir nəfər один человек, beş nəfər пять человек, on nəfər десять человек, neçə nəfər gəlib? сколько человек пришло? 2. солдат, боец, рядовой; milis nəfəri устар. милиционер; bir nəfər кто-то. Bir nəfər zəng etmişdi кто-то звонил; bir nəfər belə ни один человек; bir nəfər kimi все как один; bir nəfərə qədər все до единого, все до одного
Azərbaycanca-rusca lüğət / nəfər1 i. person, man, a head, per head; hər ~dən üç manat three manats a / per head; Bizim ailəmiz beş nəfərdən ibarətdir Our family consists of five persons
Azərbaycanca-ingiliscə lüğət / nəfər1 is. personne f, homme m, tête f ; Biz ailədə üç ~ik Nous sommes trois dans la famille
Azərbaycanca-fransızca lüğət / nəfər1 [ər.] сущ. 1. кас, итим, са кас, вуж ятӀани сад; bir nəfər тӀв.-эв. са кас (итим), тайин тушир кас, сад; beş nəfər вад кас; bir nəfərə (nəfərinə) qədər (kimi) са касдал гьалтна (кьван), вири, сад амай (амад) кьван, вири(да) санал; polis nəfəri полицияда кӀвалахзавай кас; 2. жергедин аскер; 3. ...nəfərlik ...касдин (гьисабралди); beş nəfərlik yemək вад касдин тӀуьн; // ...касдикай ибарат тир; üç nəfərlik ailə пуд кьил хзан.
Azərbaycanca-ləzgicə lüğəti / nəfər