nacins sözü azərbaycan dilində

nacins

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nacins • 88.8889%
  • Nacins • 8.3333%
  • NACİNS • 2.7778%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

nacins sözünün leksik mənası və izahı

  • 1 sif. [fars. na… və ər. cins] 1. Cinsi təmiz olmayan, cinsi pozuq; cinssiz. Nacins qarpızın toxumu çox olar. (Ata. sözü). 2. Alçaq, nanəcib, rəzil. [Qətibə:] Nacins qız öz sevgilisini öldürmək istəmədiyi üçün oğlu ölmüş ana kimi hönkürtmə vurub ağlamaqdadır. M.S.Ordubadi. // Çox pis. [Salman:] …Qızdırma çox nacins şeydir. H.Seyidbəyli.

    Azərbaycan dilinin izahlı lüğəti / nacins

nacins sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 NACİNS (əsli, zatı pis) [Şamxal:] Elələrinə nacins deyərlər bizlərdə, professor (Anar); BƏDCİNS Bədnəzər qonşudan, bədcins yoldaşdan; Qədir bilənlərin iti yaxşıdır (Aşıq Hüseyn); BƏDƏSİL Bədəsillər ciyərimi dağlayır; Əsli olan məlhəm qoyub bağlayır (Molla Cümə); BƏZZAT Ax, bu uşaqlar necə bəzzatdılar; Lap deyəsən cin kimi bir zatdılar (M.Ə.Sabir); ƏSİLSİZ Əsilsizdən kömək gəlməz (Ata. sözü); NANƏCİB Nanəcibdən ağa olmaz, təkədən qoç (Ata. sözü); ZATIQIRIQ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / nacins

nacins sözünün rus dilinə tərcüməsi

  • 1 неблагородный человек

    Azərbaycanca-rusca lüğət / nacins
  • 2 I прил. неблагородный: 1. лишённый благородства, низкий, непорядочный (о человеке) 2. свойственный такому человеку или совершаемый таким человеком II сущ. 1. перен. выродок (тот, кто выделяется в какойнибудь среде своими крайне отрицательными, отталкивающими качествами) 2. перен. выкормок, выкормыш (о низком, подлом человеке) ◊ nacinsdən adam olmaz, palıddan badam из хама не будет пана

    Azərbaycanca-rusca lüğət / nacins

nacins sözünün inglis dilinə tərcüməsi

nacins sözünün fransız dilinə tərcüməsi

nacins sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars. na... və ər. cins] прил. нажинс (1. жинс михьи тушир, чӀуру (пис) жинсинин (мес. хали); 2. усал, алчах. резил; гзаф пис).

    Azərbaycanca-ləzgicə lüğəti / nacins

nacins sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. və ə. 1) cinsi pis; 2) nanəcib.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"nacins" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nacins nədir? #nacins sözünün mənası #nacins nə deməkdir? #nacins sözünün izahı #nacins sözünün yazılışı #nacins necə yazılır? #nacins sözünün düzgün yazılışı #nacins leksik mənası #nacins sözünün sinonimi #nacins sözünün yaxın mənalı sözlər #nacins sözünün əks mənası #nacins sözünün etimologiyası #nacins sözünün orfoqrafiyası #nacins rusca #nacins inglisça #nacins fransızca #nacins sözünün istifadəsi #sözlük