* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 “Nə üçün” sözünün canlı dildə işlənən təhrif edilmiş forması. Ey gözüm, nə dəyib kövrək könlünə? Ey şirin güftarım, nöşün ağladın? M.P.Vaqif. [Məşədi Püstə bacı:] Ay Xeyransa bacı, İnayəti nöşün evləndirmirsən? H.Sarabski.
Azərbaycan dilinin izahlı lüğəti / nöşün1 (“nə üçün” sözünün canlı dildə işlənən təhrif edilmiş forması) вучиз, вушиз, тӀа.
Azərbaycanca-ləzgicə lüğəti / nöşün(Bakı, Şamaxı) nə üçün? – Nöşün mıni mənə dimədün? (Bakı)
Azərbaycan dilinin dialektoloji lüğəti.