* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Göytürk imperatorluğu dövründə 9 tayfadan birini təşkil edən, bugünkü Azərbaycan və Türkiyə türkləri ilə yanaşı türkmən və qaqauzların da mənşəyində dayanan böyük bir türk boyu (tarixən oğuzların bir qolu boz-ok, ikinci qolu isə üç-ok adlanmışdır). Oğuz boyları. Oğuzların məskəni. Oğuz adına ilk dəfə olaraq Yenisey abidələrində rast gəlinir. – Xanlar xanı xan Bayındır yildə bir kərrə toy edib, Oğuz bəglərin qonaqlardı. “Dədə Qorqud”.
Azərbaycan dilinin izahlı lüğəti / oğuz2 davamlı, artan nəsil (Qədim türk tayfalarından birinin adı).
Azərbaycan kişi adlarının izahlı lüğəti / oğuz1 Dilimizdə “bacarmaq” mənasını verən u feili olub. Onun üzərinə z (s) artırmaqla “bacarıq” mənasını verən uz (us) kəlməsi düzəlib (indi də işlədilir): Dərviş olan baxmaz pusta, / Uslu olan olar usta. (Aşıq Murad) Qərb dialektlərində ustuf sözü var, bu elə uslu kəlməsinin təhrifidir, “ağıllı, ehtiyatlı” və s. mənalarında işlədilir. Oğuz sözünün oğ hissəsi “ox” deməkdir. Uz hissəsi isə “usta”, “məharətli” anlamını verir. Oğuz –“ox ustası” deməkdir: oxu düzəltməkdə və atmaqda oğuza çatan olmayıb. Onların oxu slavyanlarınkından 150 m uzağı vururmuş. Səbəbi isə odur ki, oxun arxa tərəfində yelək hissəsi olurmuş. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / oğuz1 I. i. oghuz ( a turkish tribe) II. s. oghuz; ~ qəbilələri oghuz tribes
Azərbaycanca-ingiliscə lüğət / oğuz1 сущ. огъуз (Гюйтуьрк императорвилин девирда 9 тайифадикай сад тир, къенин Азербайжан ва Турциядин туьркверихъ галаз санал туьркмен ва гагаузринни дибдал акъвазнавай чӀехи са туьркверин сихил).
Azərbaycanca-ləzgicə lüğəti / oğuz(İmişli, Sabirabad) 1. kobud, hərzəcavab 2. lovğa, təkəbbürlü, ədabaz. – Bizim Heydar çox oğuz adamdı (Sabirabad); – Oğuzun biridi, heş bilmer, nə oyun çıxarsın (İmişli)
Azərbaycan dilinin dialektoloji lüğəti.