Olqa sözü azərbaycan dilində

Olqa

Yazılış

  • Olqa • 99.4805%
  • OLQA • 0.4329%
  • olqa • 0.0866%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Olqa
Olqa — ad. Olqa (knyaqinya) — Böyük Knyaqinya. Olqa Kotovska — Ukraynalı marafonçu. Olqa Budina — rusiyalı teatr və kino aktrisası. Olqa Korbut — Belaruslu gimnast. Olqa Buzova — Rusiya müğənnisi.
Olqa (knyaqinya)
Olqa (və ya Knyaqinya Olqa; təq. 890, Pskov, Kiyev knyazlığı – 969[…], Kiyev) — Böyük Knyaqinya. Həyat yoldaşı İqor Rürikoviçin olümündən sonra regent kimi hakimiyyətdə olmuşdur. Rusiyada xristianlıq yayılmamışdan qabağ xristianlığı qəbul edən ilk rus hökmdarı. İlk rus müqəddəsi. == İstinadlar == == Xarici keçidlər == Knyaqinya Olqa. Karamzin Я Qədim rusda bütpərəstlik.
Olqa Belyayeva
Olqa Belyayeva (1985, Volqodonsk, Rostov vilayəti) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Olqa Belyayeva, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. Daha sonra Olqa Belyayeva, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu. Olqa Belyayeva, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Olqa Bityukova
Aktrisa
Olqa Boznanska
Olqa Boznanska (pol. Olga Boznańska, 15 aprel 1865, Krakov — 26 oktyabr 1940, Paris) — polşalı rəssam. == Həyatı və işi == Olqa Boznanska dəmir yolu mühəndisinin ailəsində anadan olmuşdur; atası polyak idi və anası bir fransız qadın idi. O, uşaqlıqdan rəsm çəkib, sənətşünaslardan Anton Piotrovski və Kazimir Poxvalskiydən dərs alıb. 1886-cı ildən 1990-cı ilə kimi Münhendə yaşayıb. Boznanska əsasən portretləri, natamam həyatlarını, mənzərələrini və janr səhnələrini boyadı. 1890-cı illərdə təhsilini bitirdikdən sonra gənc sənətkar öz əsərlərini - Münhen, Varşava, Berlin, Vyana şəhərlərində nümayiş etdirməyə başladı. Vyana sərgisində "Rəssam Paul Naumens portreti" adlı rəsm üçün Boznanska qızıl medal qazandı. 1896-cı ildə Paris Gözəl Sənətlər Cəmiyyətinin mükafatını aldı. 1898-ci ildə Boznanska, Polşa rəssamları "İncəsənət" Birliyinə qatıldı.
Olqa Budina
Olqa Aleksandr qızı Budina (doğ. 22 fevral 1975, Odintsovo, Rusiya SFSR, SSRİ) — rusiyalı teatr və kino aktrisası, romansların ifaçısı, Rusiya dövlət mükafatı laureatı (2001). == Həyatı == Olqa Budina 22 fevral 1975-ci ildə Moskva vilayətinin Odintsovo şəhərində dünyaya gəlmişdir. O humanitar liseyin tarix-ədəbiyyat sinfində təhsil almışdır. Məktəbi "üçsüz" bitirən Olqa humanitar elmlərdə daha uğurlu idi. O həm də sosial işlərdə fəallığı ilə seçilirdi. Yaradıcılığı hələ məktəb illərindən başlamışdır. Musiqi məktəbinin akkordeon sinfində müvəffəqiyyətlə təhsil alaraq pianoda ifa etmişdir. Ona dəfələrlə məktəbdə keçirilən bayram və tamaşaların quruluşu əmanət edilmişdir. Liseydə o özünün şəxsi teatrını yaratmış və "Noxud üstündə yatan şahzadə qız" adlı muzikl təsis etmişdir.
Olqa Buzova
Olqa İqorevna Buzova (rus. Ольга Игоревна Бузова; 20 yanvar 1986, Leninqrad) — Rusiya media şəxsiyyəti və müğənnisi. Buzova Rusiyanın ən uğurlu modellərindən biri hesab edilir. == Həyatı == Olqa İqorevna Buzova 20 yanvar 1986-cı ildə Leninqrad şəhərində SSRİ SQ veteranı İqor Dmitriyeviç Buzovun və stomatoloq İrina Aleksandrovna Buzovanın ailəsində anadan olmuşdur. Buzovanın Anna adlı kiçik bacısı var. Buzova 2012-ci ilin iyun ayından 2016-cı ilin dekabr ayına qədər futbolçu Dmitri Tarasov ilə evli idi. O, 23,4 milyon abunəçidən qazandığı təxminən 3,3 milyon ABŞ dolları xalis gəlirlə 2021-ci ildə Rusiya üzrə Instagram və YouTube platformalarında onuncu ən çox qazanan olmuşdur.
Olqa Bıkovskaya
Olqa Bıkovskaya (d. 11 aprel 1997; Breda, Niderland) — Rusiya əsilli Azərbaycanlı suya tullanan. Olqa Bıkovskaya, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 qızıl medal qazanıb. == Həyatı == Olqa Bıkovskaya 11 aprel 1997-ci ildə Niderlandın Breda şəhərində anadan olub. 2006-cı ildən idman ilə məşğul olan Olqa Bıkovskayanın şəxsi məşqçisi, Evgeniya Olşevskayadır. == Karyerası == Olqa Bıkovskaya, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 10 metr platforma yarışlarında Olqa Bıkovskaya, 275.85 xal toplayaraq 3 idmançı sırasında 1-ci yeri tutdu və yarışların qızıl medalına layiq görüldü. 3 metr tramplin yarışlarında isə o, 223.10 xal toplayaraq 4 idmançı sırasında yenə 1-ci yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.
Olqa Cəlalbəyova
Olqa Aleksandrovna Cəlalbəyova (16 noyabr 1884, Yelizavetpol – 1968, Bakı) – Azərbaycan bədii-sərgi və muzey xadimi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1959), Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Olqa Cəlalbəyova 1884-cü il 16 noyabrda hazırkı Gəncədə anadan olmuşdur. Uşaqlığı və ilk təhsil illəri Rusiyada keçmişdir. 1889-cu ildən Bakıda yaşamışdır. 1903-cü ildə I Bakı qızlar gimnaziyasını bitirmişdir. 1905-ci ildə ikiillik pedaqoji kursları bitirdikdən sonra Sankt-Peterburqda Bestujev kurslarında təhsil almış və 1906-cı ildə Bakıya qayıtmışdır. 1906-cı ilin payızından gimnaziyada müəllimlik fəaliyyətinə başlamışdır. Bu dövrdə o, Məşədi Əzizbəyov, Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi ilə yaxın dost olmuşdur. 1913–1914 və 1917–1918-ci illərdə Moskvada Ali qadınlar kursunun dinləyicisi olmuşdur. 1920–1937-ci illərdə Azərbaycan Xalq Maarif Komissarlığında çalışmışdır.
Olqa Demskaya
Olqa Demskaya (30 sentyabr 1978) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Olqa Demskaya Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Olqa Forş
Olqa Forş (16 (28) may 1873, Dağıstan vilayəti – 17 iyul 1961, Leninqrad) — Rusiya yazıçısı. Rusiyada inqilabi-demokratik mübarizəni əks etdirən tarixi romanların müəllifi kimi tanınır. == Həyatı == Anası yarı gürcü, yarı azərbaycanlı olan Nina Şahəddinova erkən vəfat edib.
Olqa Kaniskina
Olqa Kaniskina (19 yanvar 1985, Napolnaya Tavla, Mordoviya MSSR) — rusiyalı yüngül atletika idmançısı, 2008 Yay Olimpiya Oyunları və 2007-ci il Yüngül Atletika üzrə çempionu, ikiqat Rusiya çempionu. 20 km idman yürüşü üzrə ixtisaslaşmışdır. 24 mart 2016-cı ildə İdman Arbitraj məhkəməsi Olqa Kaniskinanın 15 avqust 2009-cu ildən 15 oktyabr 2012-ci ilə qədər ki, bütün naliyyətlərini antidopinq qaydalarını pozduğuna görə ləğv etmişdir. == Bioqrafiya == 1985-ci ilin yanvar ayının 19-da Napolnaya Tavla kəndində anadan olmuşdur. Milliyyətcə erzyandır. 8 yaşı olarkən anası dünyasını dəyişir. O, Saranskdakı № 35 məktəbdə təhsil alırdı. 7-ci sinifdə inkən idman yürüşü ilə məşqul olmağa başlayır. Olqa bir çox ümumrusiya yeniyetmələr arası yarışmalarda iştirak edir. 18 yaşında ikən o artıq idman ustası adına layiq görülür.
Olqa Korbut
Olqa Valentinovna Korbut (16 may, 1955) —"Minskli sərçə" ləqəbi ilə tanınan keçmiş Belaruslu gimnast. 1972 və 1976-cı illərdə SSRİ komandasının heyətində yarışlarda iştirak edərək, Yay Olimpiya Oyunlarında dörd qızıl və iki gümüş medal qazanıb. == Erkən həyatı == Korbut Qrodnoda anadan olub. O, səkkiz yaşında məşqlərə başlayıb və doqquz yaşında Renald Knışın məşqçiliyi ilə Belorusiya idman məktəbinə daxil olub. Burada onun ilk təlimçisi Olimpiya qızıl medalın a sahib (1964) Yelena Volçeskaya olub, ancaq o bir il sonra Knışın qrupunu tərk edib. Başlanğıcda o, Korbutu "tənbəl və şıltaq" hesab edirdi , lakin o həmçinin onun böyük talantının olduğunu və qeyri-adi dərəcədə elastik onurğa sütununa və xarizmaya malik olduğunu da görürdü. Korbut onunla tir üzərində çətin geriyə salto hərəkətlərini öyrənirdi. Olqa Korbut ilk dəfə 1969-cu ildə SSRİ-də təşkil olunmuş yarışda iştirak etdi. O 1969-cu ildə ilk dəfə iştirak etdiyi müsabiqə olan — SSRİ çempionatında beşinci yeri tutmuşdur. Onun bu yarışda iştirakına yetkinlik yaşına çatmayan 15 yaşlı kimi mübarizə aparmasına icazə verilib.
Olqa Kotovska
Olqa Kotovska (5 sentyabr 1983) — Ukraynalı marafonçu. Olqa Kotovska Ukraynanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Olqa Kotovska birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 34 dəqiqə 57 saniyəyə qət edərək 157 marafonçu sırasında 33-cü yeri tutdu.
Olqa Kurilenko
Olqa Kurılenko (14 noyabr 1979[…]) — Ukrayna aktrisası və modeli. Bruklin Beynəlxalq Kino Festivalının "Adsız Barmağdakı" rola görə ən yaxşı aktrisası adlanmışdır. "Mərhəmət Kvantı" filmində Bondun yeni qızı (Kamilla) seçilib. == Həyatı == Olqa Konstantinovna Kurilenko. 1979-cu il noyabrın 14-də Ukraynanın Berdyansk şəhərində anadan olub. Milliyətcə ukraynalıdı. 18 yaşınadək Fransada model kimi müxtəlif agentliklərdə çalışıb. Glamour, ELLE, Marie Claire və Vogue kimi jurnalların üz qabığında çəkilib. İlk kino təcrübəsi 2005-ci ildə çəkilən fransız filmi olan “Sevgi üzyü” olub. Sonradan “Paris, mən səni sevirəm” filmindəki qısa filmlərdən birində epizodik rol oynayıb.
Olqa Levina
Olqa Levina (d. 4 mart 1985; Volqoqrad, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Olqa Levina Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu. Daha sonra Olqa Levina Rusiya yığmasının heyətində 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Olqa Leşçuk
Olqa Leşçuk (d. 3 yanvar 1971) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Olqa Leşçuk, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
Olqa Pavlovna
Olqa Pavlovna (rus. Ольга Павловна) (11 iyul 1792, Sankt-Peterburq – 15 yanvar 1795, Sankt-Peterburq) — Rusiya imperatoru I Pavelin və Mariya Feodorovnanın beşinci qızıdır.
Olqa Pujeviç
Olqa Pujeviç (17 mart 1983) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Olqa Pujeviç Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Olqa Qlatskix
Olqa Vyaçeslavovna Qlatskix (d. 13 fevral 1989; Lesnoy, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Olqa Qlatskix, 2004-cü ildə Rusiyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Olqa Qlatskix, 2004-cü ildə Rusiya bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Olesya Beluqina, Tatyana Kurbakova, Natalya Lavrova, Yelena Murzina və Yelena Posevina ilə birgə finalda 49.875 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Olqa Qorbunova
Olqa Qorbunova (d. 27 avqust 1993) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Olqa Qorbunova, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu.
Olqa Qryaznova
== Həyatı == Olqa Qryaznova 1984-cü ildə Bakıda yəhudi ailəsində anadan olmuşdur. 1996-cı ildə o, ailəsi ilə birlikdə Almaniyaya mühacirət etmiş və orada incəsənət tarixi, slavyanşünaslıq və ədəbiyyat üzrə təhsil almışdır. Onun ilk romanı olan „Rus tozağacılarını sevən biridir“ kitabı 2002-ci ildə çap olunmuş və Almaniyanın ədəbiyyat tənqidçiləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Olqa İvanitskaya
Olqa Vasilyevna İvanitskaya və ya Olya Ivanitski (serb. Оља Ивањицки; 10 May 1931, Pančevo -24 June 2009, Belqrad) — Serbiyalı rəssam, heykəltaraş, şair idi. == Həyatı == Xüsusilə avanqard sənət tərzi ilə yaratdığı rəsmləri ilə tanınmış, evdə və xaricdə ən azı 99 solo sərgi keçirmişdir. 10 may 1931-ci ildə Yugoslaviya Krallığının Pancevo şəhərində, rus qaçqınları Vasili Vasilyeviç İvanitsky və Veronika Mihailovna Piotrovskaya ailəsində anadan olub. Oktyabr inqilabının baş verməsi səbəbindən Rusiyanı tərk etmək məcburiyyətində qalmışlar. == Yaradıcılığı == O, uşaqlığını Kragujevacda keçirdi, sonra Belqrad şəhərinə köçdü və məşhur heykəltaraş Sreten Stojanoviçin rəhbərliyi altında təhsil aldığı Belqrad Gözəl Sənətlər Akademiyasını bitirdi. Heykəltaraşlıq əsas təhsili olmasına baxmayaraq, rəsm əsərlərində daha çox özünü göstərmiş, artıq 1950-ci ildə ilk rəsm əsərini yaratmışdır. 1959-cu ildə Yuqoslaviya sənətinə əhəmiyyətli təsir edən bir qrup sənətçi, yazıçı və memarın üzv olduğu "Medial" adlı yeni birliyə qatıldı (qrupdakı yeganə qadın sənətkar idi). 1962-ci ildə məktəbi bitirdikdən sonra Ford Fondundan təqaüd alıb və ABŞ-da təhsilini davam etdirməyə davam etdi. Serbiyaya qayıtdıqdan sonra, o, serblərin ənənəvi sənəti ilə bağlı Amerikada əldə olunan bilikləri tətbiq etdi.
Olqa Ştirenko
Olqa Ştirenko (6 iyul 1977) — Rusiyanı təmsil edən bədii gimnast. == Karyerası == Olqa Ştirenko Rusiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
Olqa Rojdestvenskaya
Olqa Sergeyevna Rojdestvenskaya (rus. О́льга Серге́евна Рожде́ственская; d.6 avqust 1969) — sovet və Rusiya müğənnisi, uşaq vaxtı bədii və cizgi filmlərdə ("Qırmızı papaq" bədii filmi, "Qızcığaz və delfin" cizgi filmi və s.) kadrarxası ifa etdiyi mahnılara görə məşhurlaşmışdır. Müğənni Janna Rojdestvenskayanın qızıdır. Azərbaycan kinematoqrafiyasında 1979-cu ildə lentə alınmış "Mən mahnı qoşuram" filmində ifa etdiyi Sona roluna görə tanınır. Bu həm də onun kinoda ilk və yeganə roludur.
Olqa Nikolayevna Romanova
Olqa Nikolayevna Romanova (rus. Ольга Николаевна) - Rusiya imperiyasının sonuncu çarı II Nikolayın və onun həyat yoldaşı Aleksandra Fyodorovnanın qızı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.04 dəfə / 1 mln.
2003 •••••••••• 5.51
2004 •••••••••••••••• 9.10
2005 •••••••••••••••••• 10.12
2006 •••••••••••••••• 9.01
2007 •••••••••••••••••••• 11.42
2008 ••••••••••••••• 8.53
2009 •••••••••••••••• 8.80
2010 ••••••••••••• 6.90
2011 ••••••••••••••••• 9.44
2012 ••••••••••••• 7.31
2013 •••••••••••••••• 8.61
2014 ••••••••••••••••••• 10.81
2015 •••••••••••••• 7.66
2016 •••••••••••••••• 9.02
2017 •••••••••••• 6.67
2018 ••••••••••••••• 8.39
2019 •••••••••••• 6.82
2020 •••••••• 4.24

Oxşar sözlər

#olqa nədir? #olqa sözünün mənası #olqa nə deməkdir? #olqa sözünün izahı #olqa sözünün yazılışı #olqa necə yazılır? #olqa sözünün düzgün yazılışı #olqa leksik mənası #olqa sözünün sinonimi #olqa sözünün yaxın mənalı sözlər #olqa sözünün əks mənası #olqa sözünün etimologiyası #olqa sözünün orfoqrafiyası #olqa rusca #olqa inglisça #olqa fransızca #olqa sözünün istifadəsi #sözlük