Pəmbə sözü azərbaycan dilində

Pəmbə

Yazılış

  • Pəmbə • 72.7273%
  • pəmbə • 27.2727%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dərəkənd (Pəmbək)
Dərəkənd — İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində, indiki Quqark (Böyük Qarakilsə) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 31 km məsafədə, Çaxçaxlı çayının sahilində, Çubuxlu dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim «iki dağ və ya təpə arasında, düzənlikdə dərin çuxur» mənasında işlənən dərə sözü ilə kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Kənd dərədə yerləşdiyi üçün «Dərəkənd» adlandırılmışdır. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Dzoragyuğ (Dərəkənd) adlandırılmışdır.
Goran (Pəmbək)
Goran (Qoqaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Toponimi == 1918–1919-cu illərdə kəndin azərbaycanlı əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Qoqaran adlandırılmışdır. Goran tayfasının adındandır.Toponim şahsevən türk tayfasından olan goran etnonimi əsasında əmələ gəlmişdir. N.Bəndəliyev goran tayfasını kolanı tayfasından olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Qoqaran qoyulmuşdur.
Gözəldərə (Pəmbək)
Gözəldərə, Xancığaz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının sol sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Xancuğaz, Qafqazın 5 verstlik xəritəsində Xancuqaz, formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin qədim adının Xuncuğaz olduğu göstərilir. Kənd İbrahim adlı xana məxsus olmuşdur. Ona görə də kənd İbrahimli də adlanırmış. Toponim «varlı», «sahibkar», «ağa» mənasında, işlənənxan sözünə kiçiltmə mənası bildirən - cığaz şəkilçisinin artırılması yolu ilə əmələ gəlib, kiçik xana məxsus kənd mənasını ifadə edir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l.VI.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Gözəldərə, sonra Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə bir daha dəyişdirilib Aznavadzor qoyulmuşdur. == Coğrafiyası və iqlimi == Dağların, meşələrin arasında yerləşir. Qışı çox soyuq, yayı sərin keçir.
Güllücə (Pəmbək)
Güllücə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km cənub-şərqdə, Çiçxan çayının yaxınlığında, Çubuxlu dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd 1937-ci ilə kimi, yəni Hamamlı rayonu təşkil edilənə kimi Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Toponim Azərbaycan dilində işlənən güllu sözünə -cə şəkilçisinin artırılması əsasında əmələ gəlib «güllü, çiçəkli yerdə salman kənd» mənasını ifadə edir. Fitotoponimdir. Quruluşca düzəltmə topoınındir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Saraart qoyulmuşdur.
Güllüdərə (Pəmbək)
Mollaqışlaq və ya Güllüdərə — İrəvan quberinyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə, Kirovakan şəhərindən 78 km cənub-şərqdə, Pəmbək çayının sahilində yerləşir. Toponim dini məna bildirən molla sözü ilə «qış vaxtı heyvanların saxlandığı yer, otlaqlı qışlama yeri», «qış yaşayış yeri, kənd əhalisinin daimi yaşayış yeri» mənasında işlənən qışlaq sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Güllüdərə qoyulmuşdur. == Əhalisi == Kənddə 1916-cı ildə 167 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar.
Hallavar (Pəmbək)
Hallavar — Qərbi Azərbaycanın (indiki Ermənistan) Pəmbək mahalının Böyük Qarakilsə şəhərinində azərbaycanlıların yaşadığı kəndir.Quqark (Kirovakan Böyük Qarakilisə) şəhərindən 18 km Bakıdan isə 687 km uzaqlıqda yerləşir. == Tarixi == Çar Rusyası dövrində İrəvan qubernatorluğu Gömrü (Aleksandropol) qazası, Sovyet döneminde Yaquplu (bu gün Gugark) Rayonu`na bağlanmışdır. Yaqublu`dan 17 km güneybatıda, Yuxarı Kilisə ve Heydərlı kəndlərinin arasında, Hallavar çayı`nın yaxınlığında və Pəmbek Çayı`nın sağ sahilində yerləşmektədir. Hallavar kəndi qədim alban vilayəti olan Qoqarena (Quqark rayonu) vilayətində yerləşir.Kəndin tarixi v-vı əsrə qədər uzanır. Kənddə çoxlu tarixi abidələr və qayaüstü rəsmlər bunu deməyə imkan verir.Qədim tarixə malik olan bu kəndin yerli əhalisi atəşpəstliyə sitayiş etmiş və ərəb işğalları dövründə müsəlmanlığı qəbul etmış qədim alban tayfalarından biridir. Səlcuqların Azərbaycanda yerləşməsindən sonrakı dövrlərdə bu ərazilər bayat tayfasının iqtası olaraq qəbul olunmuşdur. Bir sözlə bu kənd və ətraf qonşu kəndlərin türk əhalisi əsasən bayat tayfasına mənsubdurlar. Hallavar kəndinin yerləşdiyi bayat dağlarinda qədim alban yazılarına və işarələrinə rast gəlinir. == Coğrafiyası və iqlimi == Kənd dağlıq və dağətəyi ərazidə yerləşir.Subtropik iqlimə malikdir.Qışda temperatur -16 yayda isə +32,+35 dərəcə olmuşdur. == Əhalisi == Kəddə 1831.de 111, 1873.də 625, 1886.də 664, 1897.də 913, 1914.də 445, 1916.da 781, 1919.da 455 kişilik sadəcə Türk nüfus yaşamışdır.
Heydərli (Pəmbək)
Heydərli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-qərbdə, Hallavar və Böyük su adlanan kiçik çayların sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim heydərli tayfa adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə topənimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 158 nəfər, 1886-cı ildə 175 nəfər, 1897-ci ildə 265 nəfər, 1908-ci ildə 357 nəfər, 1914 - cü ildə 461 nəfər, 1916-cı ildə 343 nəfər, 1919 - cu ildə 1328 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq kəndin sakinləri - azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar tarixi torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 294 nəfər, 1926-cı ildə 324 nəfər, 1931-ci ildə 398 nəfər, 1987-ci ildə 1350 nəfər azərbaycanlı yaşamışdır.
Keşişkənd (Pəmbək)
Keşişkənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Keşişköy kimi qeyd olunmuşdur 1935-ci ildə kənd ermənicə Qeharot adlandırılmışdır. XVIII əsrin əvvəllərində Nadirşah bu kəndi Eçmiadzin kilsəsinə bağışlamışdır. 1727-ci ilə aid mənbədə Dağlıq Qarabağda qeyd olunan Keşişkənd adı ilə mə’naca eynidir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir.
Kolagirən (Pəmbək)
Kolagirən - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Erməni mənbələrinə görə kəndin əsası 1870-ci ildə qoyulmuşdur. Kənddə azərbaycanlılarla bağlı qədim qalanın divarları, qəbirstanlığın xarabalıqları indi də durur. Toponim maldarlıqla məşğul olan kolagirən etnonimi əsasında əmələ gəlmişdir. Bu da onu göstərir ki, kənd 1870-ci ildə yox, çox-çox əvvəllər salınmışdır. Belə ki, kolagirən tayfası XVI əsrdə Qarabağda yaşayan tayfalardandır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.
Loru-Pəmbək qəzası
Pəmbək-Loru qəzası (rus. Памбак-Лорийский уезд) — Ermənistan SSR-i təşkil edildikdən sonra onun tərkibində yaradılmış inzibati-ərazi vahidi. 17 dekabr 1926-cı il siyahıyaalınmasına əsasən bu inzibati vahiddə 6 şəhər və 397 kənd yerləşirdi, bütün yaşayış məntəqələrində isə hər iki cinsdən toplam 133.148 nəfər (67.416 nəfəri kişilər, 65.732 nəfəri qadınlar) əhali yaşayırdı.
Nalbənd (Pəmbək)
Nalbənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 11 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu illərdə Leninakan adlı rayonun tabeliyində olmuşdur. Burada 30 - cu illərdə Nalbənd adlı dörd toponim olmuşdur. Nalbənd kəndi, Nalbənd qışlağı, Nalbənd vağzalı, Nalbənd dəmiryolu. Toponim Azərbaycan dilində peşə mənasında işlənən nalbənd (nalçı, heyvanların ayağına nalvuran adam) sözü əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.
Pəmbək
Tarixi yaşayış məntəqələri
Pəmbək-Loru qəzası
Pəmbək-Loru qəzası (rus. Памбак-Лорийский уезд) — Ermənistan SSR-i təşkil edildikdən sonra onun tərkibində yaradılmış inzibati-ərazi vahidi. 17 dekabr 1926-cı il siyahıyaalınmasına əsasən bu inzibati vahiddə 6 şəhər və 397 kənd yerləşirdi, bütün yaşayış məntəqələrində isə hər iki cinsdən toplam 133.148 nəfər (67.416 nəfəri kişilər, 65.732 nəfəri qadınlar) əhali yaşayırdı.
Pəmbək-Şörəyel distansiyası
Pəmbək-Şörəyel distansiyası (rus. Памбако-Шорагяльская дистанция) — Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyası tərkibində 12 sentyabr 1801 – 10 aprel 1840-cı illərdə mövcud olmuşdur.
Pəmbək (Göyçə)
Pəmbək — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Göyçə mahalının Basarkeçər rayonunun Pəmbək kəndinin gözəl ab-havası, barlı-bağatlı meyvə bağları, ətrafındakı göy, yaşıl ormanlı meşələri, sərin bulaqları və arxasında qürurla dayanan uca dağları həmişə göz oxşayıb, ilk baxışdan qəlblərə əbədi bir xatirə bəxş etmişdir. Kəndin 1953-cü ildə 156 yaşında rəhmətə gedən, yaşlı sakinlərindən biri olan Şahzadə nənə söyləyirdi ki, kəndə altı yaşında olarkən əmisi ilə gəlmişdir. Həmin vaxt kəndin təxminən 35–40 evi, 170–200 nəfərə yaxın əhalisi olmuşdur. Kəndin ilk sakinləri XVII əsrin axırı (1680), XVIII Əsrin əvvəlində (1715) keçmiş Qarakilsə (indiki Kirovakan) şəhərinin yaxınləğında olan Lori pəmbək kəndinə verilmişdir. Rayon mərkəzindən 24 km şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Quşçu (143, s.62), Qafqazın 5 verstlik xəritəsində Quşi dərəsi (348, s.152) formasında qeyd edilmişdir. Erməni mənbələrində, eləcə də XX əsrin rəsmi sənədlərində kəndin adı Pəmbək göstərilir. Kəndin bir adı da Pəmbəkli olmuşdur. Kəndin tarixi qədimdir.
Pəmbək (Pəmbək)
Pəmbək — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə Qarakilsə - Allahverdi yolunun 25 kilometrliyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim iki komponentdən ibarətdir. I komponent qədim türk dilində «dar keçid» mənasında işlənən paam // baam, bom // boom və II komponent «təpəlik», «yüksəklik, zirvə, başlanğıc, hündürlük» mənasında işlənən bak (> bək) sözündən ibarətdir. «Dar keçid yanındakı təpəlik, yüksəklikdə, zirvədə olan kənd» mənasını ifadə edir. Bak (> bək) türk dilində «təpə tirələri» mənasında işlənən baku sözündən özünü göstərir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erməni dilində Pambak, Bambak formasında işlənir.
Pəmbək (çay)
Pəmbək çayı (erm. Փամբակ գետի (Pambak qeti)) — Ermənistanda çay, Tona (erm. Դեբեդ գետի (Debed qeti), (gürc. დებედა (Debeda)) çayının sağ qolu. Pəmbək çayı İrəvan quberinyasının Aleksandropol qəzasında, indi Quqark rayonu ərazisində çaydır. Uzunluğu 86 km-dir. Hidronim türk dilində «dar çay vadisində hündür, dik qayalıq bənd», «çayın içərisinə doğru uzanmış hündür, sıldırım burun və sahil boyu çətinləşdirilmiş yer», «çay içərisində qırılmış qayalıq» mənasında işlənən bom // boom sözü ilə, «hündür, yüksəklik, başlanğıc» mənasında işlənən bak sözünün mənasında işlənən bom // boom sözü ilə birləşməsindən əmələ gəlib.
Pəmbək dağ silsiləsi
Pəmbək dağ silsiləsi — Ermənistanın Gürcüstanla sərhəddində Pəmbək dağ silsiləsi yerləşir. Keçmişdə yaylaq yerləri olmuş bu ərazi qədimlərdən türk tayfalarının məskənidir. Oronimin Azərbaycan türkləri içərisində tələffüz forması Bəmbək, orta əsr erməni mənbələrində Pambak kimidir. Əsli Bambakdır. Dağın adı Altay (türk, tunqus, mancur) dillərində geniş yayılmış bom, boom "çay vadisinin dar hissəsində hündür, sıldırım qaya", "çay sahilində hündür qaya-burun" və bak, bək "təpə" sözlərindən ibarətdir. İlk baxışda oronimin bam komponenti ilə bom (boom) sözünün eyniliyi şübhə doğura bilər. Lakin V. V. Radlov hələ keçən əsrdə yazmışdı ki, qırğızlarda bom sözü buam (yakutlarda buom) kimi tələffüz olunur. Buradan belə nəticəyə gəlmək olar ki, bu sözün həm bom, həm də buam (danışıqda "u" və "a" səslərinin yanaşı durması ilə əlaqədar olaraq — "bam") forması möv-cud olmuşdur. Maraqlıdır ki, XIX əsrdə Şimali-Qafqazda — Maykop əyalətində də bir dağ Pəmbək adlanırdı. "Kitabi-Dədə Qorqud" eposunda adı çəkilən Bambam toponimi ehtimal ki, (katiblərin səhvi üzündən) "Bambak" adının yazılışıdır.
Pəmbək distansiyası
Borçalı distansiyası (rus. Борчалинская дистанция) — Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyasının Tiflis qəzası (1804-cü ilədək Loru qəzası adlanırdı) tərkibində 24 sentyabr (12 sentyabr Yuli təqvimi) 1801 – 22 sentyabr (10 sentyabr Yuli təqvimi) 1840-cı illərdə mövcud olmuşdur.
Pəmbək mahalı
Pəmbək mahalı — Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində tarixi mahal. Səfəvilər dövlətinin, Qarabağ bəylərbəyliyinin doqquz mahalından birir. Kəndləri: Saral,Arcut, Qursalı, Qızılörən, Hallavar Pəmbək və Bazum dağ silsilələri arasındakı ərazini əhatə edir. Pəmbək silsiləsi Gümrü şəhərindən Göyçə gölünün Şimal–Qərb hissəsinə qədər uzanır. Ən hündür zirvəsi 3101 m-dir. Ermənistan SSR-in rayonlaşdırılması zamanı mahalın ərazisi əsasən Hamamlı rayonu və Böyük Qarakilsə rayonu arasında bölünmüşdür. Bu ərazi tarixin müəyyən mərhələsində Borçalı sultanlığına daxil olub. Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri.
Pəmbək sultanlığı
Pəmbək sultanlığı — Məhəmməd xan öz hərəkətinə bəraət qazandırmaq və rus qoşununun Pəmbəkə girməsinin qarşısını almaq üçün ilk növbədə yaxın adamı Abbas xanı İ.P.Lazarevin yanına göndərdi. Söhbət zamanı elçi bildirir ki, Pəmbək sultanlığı İrəvan xanlığına məxsusdur və bunun üçün Ağa Məhəmməd şahdan fərmanı vardır. Daha sonra elçi xanın ruslara qarşı heç bir qərəzli niyyəti olmadığını, əksinə Rusiya himayəsinə keçmək fikrində olduğunu bildirərək, İ.P.Lazarevdən rus qoşunlarının Pəmbək ərazisinə girməməsini xahiş etdi (339,600; 145,219-220). Lakin Məhəmməd xanın İ.P.Lazarevlə danışıqları heç bir nəticə vermədi. General elçiyə bildirir ki, Gürcüstan əhalisinin təhlükəsizliyi üçün cavabdehdir və bu səbəbdən Pəmbəkə doğru hərəkət edir. O, xana xəbər göndərərək İrəvana köçən əhalinin geri qaytarılmasını tələb etdi. Rus qoşunu ilə açıq münaqişəyə girməkdən ehtiyat edən Məhəmməd xan Pəmbək qaçqınlarının geri qayıtmasına icazə verdi. İlk növbədə beş kəndin əhalisi geri qaytarıldı. Qalan əhalini geri qaytarmaq üçün knyaz Solomon Tarxanov xanın yanına göndərildi. S.Tarxanovla söhbətdə xan öz hərəkətinə haqq qazandıraraq, Pəmbəkin ona məxsus olmasını bir daha bildirmişdi.
Pəmbək çayı
Pəmbək çayı (erm. Փամբակ գետի (Pambak qeti)) — Ermənistanda çay, Tona (erm. Դեբեդ գետի (Debed qeti), (gürc. დებედა (Debeda)) çayının sağ qolu. Pəmbək çayı İrəvan quberinyasının Aleksandropol qəzasında, indi Quqark rayonu ərazisində çaydır. Uzunluğu 86 km-dir. Hidronim türk dilində «dar çay vadisində hündür, dik qayalıq bənd», «çayın içərisinə doğru uzanmış hündür, sıldırım burun və sahil boyu çətinləşdirilmiş yer», «çay içərisində qırılmış qayalıq» mənasında işlənən bom // boom sözü ilə, «hündür, yüksəklik, başlanğıc» mənasında işlənən bak sözünün mənasında işlənən bom // boom sözü ilə birləşməsindən əmələ gəlib.
Saral (Pəmbək)
Saral — Qərbi Azərbaycanın (indiki Ermənistan) Pəmbək mahalının Hamamlı rayonunda qədim kənd. Saral İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənddir. Rayon mərkəzindən 7 km şərqdə, Pəmbək (Pambək) çayının sol qolu Cicixan çayının sağ sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin ilk adı Sarala olmuşdur. Hamamlı (prototürk — sakca adı — Hamama) (Spitak) rayonu təşkil edilənədək (1937) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin X–XII əsrlərdə salındığı göstərilir. Toponim Sarala adlı hun- türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir, quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 539 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 754 nəfər, 1908-ci ildə 951 nəfər, 1914-cü ildə 1111 nəfər, 1916-cı ildə 982 nəfər azərbaycanlı yaşamışdır.
Sarımsaxlı (Pəmbək)
Sarımsaxlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. Rayon mərkəzindən 13 km məsafədə, Pəmbək çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Sarmusaxlı formasında qeyd edilmişdir. 1728-ci ildə İrəvan əyalətinin Vadi (vedi)nahiyəsində Sarı Musalı kimidir. Başqa mənbədə Sarı Musaxli kimidir. 1918-ci ildə kənddə ermənilər də yerləşmişdir. 1946-cı ildə kənd ermənicə Karaberd adlandırılmışdır. XIX əsrdə Qazax qəzasında, Cavanşir qəzasında və Quba qəzasında Sarımsaqlı dağ adları ilə mə’naca eynidir. Dağların belə adlanması zirvələrinin zahirən sarımsaq başına oxşaması ilə bağlıdır. Toponim yabanı bitki adı bildirən sarımsaq sözünə çoxluq, cəmlik bildirən -lı şəkilçisinin artırılması əsasında yaranmışdır.
Xaçkənd (Pəmbək)
Xaçkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. Rayon mərkəzindən 28 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində işlənən xaç və kənd sözlərindən əmələ gəlmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Debed qoyulmuşdur.

pəmbə sözünün türk dilinə tərcüməsi

pəmbə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

pəmbə vırmağ: (Salyan) ovuclayıb yemək. – Elə adam var ki, pıloa <plova> pəmpə vırıb ye:r

Azərbaycan dilinin dialektoloji lüğəti.

"pəmbə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pəmbə nədir? #pəmbə sözünün mənası #pəmbə nə deməkdir? #pəmbə sözünün izahı #pəmbə sözünün yazılışı #pəmbə necə yazılır? #pəmbə sözünün düzgün yazılışı #pəmbə leksik mənası #pəmbə sözünün sinonimi #pəmbə sözünün yaxın mənalı sözlər #pəmbə sözünün əks mənası #pəmbə sözünün etimologiyası #pəmbə sözünün orfoqrafiyası #pəmbə rusca #pəmbə inglisça #pəmbə fransızca #pəmbə sözünün istifadəsi #sözlük