* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. İftixar, mənlik hissi, təmkin. Yenilməz qüvvətlə vur zərbəni, vur! Gözlərində təmkin, alnında qürur. R.Rza. Nəriman qürurunu pozmadan ağ və soyuq divara daha bərk söykəndi. Mir Cəlal. Bu sevinc əslində bir qürur hissindən ibarət idi. Ə.Məmmədxanlı. Ananın şəfqət və qürurla (z.) parlayan gözlərində sanki şimşəklər çaxdı. M.Rzaquluzadə. 2. Təkəbbür, məğrurluq, lovğalıq, özünü yuxarı tutma. Aldanma zahidə, sanki uludur; Qəlbi kibrü qürur ilə doludur. A.Şaiq. [Firidun:] Mən hələ heç bir qürur göstərməmişəm. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / qürur3 ə. 1) məğrurluq; 2) lovğalanma, boş yerə öyünmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qürur1 1. гордость, величавость; 2. спесь, надменность, высокомерие, заносчивость, самодовольство, самонадеянность;
Azərbaycanca-rusca lüğət / qürur2 сущ. 1. гордость 2. спесь, надменность, высокомерие, заносчивость, самодовольство, самонадеянность 3. достоинство. Qürur hissilə с чувством собственного достоинства
Azərbaycanca-rusca lüğət / qürur1 [ər.] сущ. 1. дамах, такабурвал; 2. дамах къачун, лавгъавал, вичи-вич вине кьун.
Azərbaycanca-ləzgicə lüğəti / qürur