Qalagah sözü azərbaycan dilində

Qalagah

Yazılış

  • Qalagah • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qalagah
Qalagah (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Qalagah (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qalagah — Dəvəçi rayonunun Kuybişevkənd inzibati ərazi vahidində kənd.
Qalagah (Quba)
Qalagah — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rustov kəndinin keçmiş Qalagah məhəlləsi əsasında yaranmışdır. Yerli təlləffüz forması “Qələgə”dir. Kəndin ərazisində Qalaye-Suarun (Suvarlar qalası) və Qələ-Ələmun (Ələmlər qalası) adlı qədim qala xarabalıqları qalmışdır. == Toponimikası == Qalagah oyk., miir. Şabran r-nunun Kuybışevkənd i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli tələffüz formaları Qalagə, Qələyədir. Kəndin adı yaxınlıqdakı qala xarabalığının adı ilə əlaqədardır; İsmayıllı r-nunun eyniadlı i.ə.v.-də kənd. Acınohur ön dağlığındadır.
Qalagah (İsmayıllı)
Qalagah — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bu oykonim çox güman ki, kəndin ərazisində V-VI əsrlərə aid olan və xarabalıqları el arasında "Qız qalası" adlandırılan qədim qalanın adı ilə bağlıdır. Sözün birinci komponenti olan qala (qələ) sözü yerli şivələrdə qala və yaxud qələ varianlarında işlənmişdir. Gah komponenti yerli şivələrdə gəh və gə variantlarında işədilir. Mənşəcə İran dillərinə məxsus olan gah ünsürü həmin dillərdə (xüsusilə qədim və orta fars dillərində) "yer, məkan", "vaxt", "taxt-tac" mənaları daşıyan müstəqil söz kimi işlənmişdir. Müasir İran dillərində gah söz-şəkilçi funkisyasını yerinə yetirir. Linqvistik və ekstralinqivistik faktlar göstərir ki, bu yolla yaranmış mürəkkəb oykonimlər Azərbaycan toponimlər sistemində qədim yaşayış məntəqəsi adlarındandır. Onlar "gah"ın həm İran, həm də türk dillərində məhz müstəqil leksik vahid kimi işləndiyi dövrlərdə meydana gəlmişdir. Həm də toponimlərin tərkibindəki bu format başqa mənalarda deyil, məhz "yer, məkan" mənasında işlənmişdir. Topoformatın incə semantik çalarına diqqət edildikdə məlum olur ki, onda "yer, məkan" mənası ilə yanaşı, "kənd, yaşayış yeri, yaşayış məskəni" çaları daha güclüdür.
Qalagah burnu
Qalagah burnu — Abşeron yarımadasının şimalında, Xəzər dənizi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Sabunçu rayonu ərazisinə daxildir. Bilgəh-Pirşağı yolundan şimalda, Amburan mayakından isə şimal-şərqdə yerləşir. Burun ərazisidə otel və istirahət məkanları vardır.
Qalagah bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 2.36
2004 •••••• 0.67
2005 •••••• 0.67
2006 •••• 0.45
2007 •••• 0.42
2008 ••••••• 0.73
2009 ••••• 0.48
2010 •••• 0.36
2011 ••• 0.34
2012 0.09
2018 •• 0.15
2020 ••• 0.27

Oxşar sözlər

#qalagah nədir? #qalagah sözünün mənası #qalagah nə deməkdir? #qalagah sözünün izahı #qalagah sözünün yazılışı #qalagah necə yazılır? #qalagah sözünün düzgün yazılışı #qalagah leksik mənası #qalagah sözünün sinonimi #qalagah sözünün yaxın mənalı sözlər #qalagah sözünün əks mənası #qalagah sözünün etimologiyası #qalagah sözünün orfoqrafiyası #qalagah rusca #qalagah inglisça #qalagah fransızca #qalagah sözünün istifadəsi #sözlük