* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. coğr. Yer kürəsinin, okean və dənizlərlə əhatə olunmuş böyük hissələrindən hər biri. Asiya qitəsi. Avropa başqa qitələrə nisbətən böyük deyildir. – Yer kürəsi günəşdən ayrılandan və üst təbəqəsi soyuyandan sonra ilk qitələr əmələ gəlmişdir. M.Qaşqay. // Ölkə, məmləkət. Nə yaxşı ki, insan əli yetmir Günəşə; Yetə bilsə, min qitəyə parçalayacaq. M.Araz. 2. Parça, hissə, qisim, cüz. Yeni əlifbanın iki qitədən ibarət olan surətini və habelə Tehran əmirlərindən birinə göndərdiyim məktubun surətini sizə göndərirəm. M.F.Axundzadə. 3. ədəb. Azı iki beytdən ibarət və birinci beyti sonrakılarla həmqafiyə olmayan kiçik şeir.
Azərbaycan dilinin izahlı lüğəti / qitə2 QİT’Ə ə. 1) parça, hissə, qısim; 2) ölkə, məmləkət; 3) Yer kürəsinin bölündüyü altı ən böyük qurudan hər biri; 4) iki beytdən ibarət şeir.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qitə3 yaxınlığındakı adalarla birlikdə iri quru sahələrinin şərti bölgüsü. Q. qismən materiklərə uyğun gəlir (Məs: Avstraliya, Antarktida, Afrika); Avrasiya materikində iki qitə (Avropa, Asiya), Amerika qitəsində isə iki materik (Cənubi və Şimali Amerika) yerləşir. Çoxlu sayda adaları əhatə edən Okeaniyanı da qitə kimi ayırırlar (Sakit okeanda 7-ci Q.). часть света parts of the world
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / qitə2 1. QİTƏ (Yer kürəsinin həm quru, həm də su olan hissəsi) Nə yaxşı ki, insan əli yetmir Günəşə; Yetə bilsə, min qitəyə parçalayacaq (M.Araz); MATERİK, KONTİNENT (qurunun hissələrindən biri) Yer kürəsində altı materik ve ya kontinent vardır (“Materiklər coğrafiyası”). 2. qitə bax ölkə 3. qitə bax hissə 1
Azərbaycan dilinin sinonimlər lüğəti / qitə1 QİTƏ I is. [ ər. ] coğr. Yer kürəsinin okean və dənizlərlə əhatə olunmuş böyük hissələrindən hər biri. Amerika qitəsi. QİTƏ II is. [ ər. ] ədəb. Azı iki beytdən ibarət və birinci beyti sonrakılarla həmqafiyə olmayan kiçik şeir.
Azərbaycan dilinin omonimlər lüğəti / qitə2 I сущ. 1. материк, часть света, континент. Afrika qitəsi африканский материк, Avropa qitəsi европейский континент, qitələrin hərəkəti перемещение континентов 2. суша. Qitə hidrogeologiyası гидрогеология суши, qitə suyu геогр. вода суши II прил. материковый, континентальный. геогр. Qitə dayazlığı материковая отмель, qitə gölləri материковые озёра, qitə ölkələri континентальные страны, qitə adası континентальный остров
Azərbaycanca-rusca lüğət / qitə1 is. continent m, partie f du monde ; Afrika ~si Afrique f ; continent africain
Azərbaycanca-fransızca lüğət / qitə1 [ər.] сущ. 1. геогр. материк, континент; // материкдин; 2. уьлкве, мемлекат; 3. пай, чӀук, жуьз; 4. лит. шиирдин са жуьре (гъвечӀи).
Azərbaycanca-ləzgicə lüğəti / qitə