Ruslan sözü azərbaycan dilində

Ruslan

Yazılış

  • Ruslan • 99.8569%
  • RUSLAN • 0.1144%
  • ruslan • 0.0286%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ruslan
Ruslan — Kişi adı. Ruslan Abbasov - Azərbaycan futbolçusu Ruslan Abbasov (atlet) - Azərbaycanlı yüngül atlet Ruslan Abışov - Azərbaycan futbolçusu Ruslan Ağayev - sovet partiya xadimi. Ruslan Allahverdiyev - "20 Yanvar" şəhidi. Ruslan Cəfərov - Azərbaycan futbolçusu Ruslan Dibirhacıyev - Azərbaycanı təmsil edən Dağıstan əsilli sərbəst güləşçi. Ruslan Hüseynov - Rejissor, ikinci rejissor, aktyor, veriliş quraşdırıcısı. Ruslan Qunçak - Ukraynalı futbolçu Ruslan Qurbanov - Azərbaycan futbolçusu Ruslan İsmayılov - Azərbaycan aktyoru, rejissoru və aktyor sənəti müəllimi. Ruslan Lunyov - Azərbaycanı təmsil edən atıcı. Ruslan Məcidov - Azərbaycanlı futbolçu Ruslan Muradov - Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ruslan Nəsirov - Azərbaycanın kino və dublyaj aktyoru. Ruslan Pimenov - Rusiya futbolçusu.
Ruslan (ad)
Ruslan — Kişi adı. Ruslan Abbasov - Azərbaycan futbolçusu Ruslan Abbasov (atlet) - Azərbaycanlı yüngül atlet Ruslan Abışov - Azərbaycan futbolçusu Ruslan Ağayev - sovet partiya xadimi. Ruslan Allahverdiyev - "20 Yanvar" şəhidi. Ruslan Cəfərov - Azərbaycan futbolçusu Ruslan Dibirhacıyev - Azərbaycanı təmsil edən Dağıstan əsilli sərbəst güləşçi. Ruslan Hüseynov - Rejissor, ikinci rejissor, aktyor, veriliş quraşdırıcısı. Ruslan Qunçak - Ukraynalı futbolçu Ruslan Qurbanov - Azərbaycan futbolçusu Ruslan İsmayılov - Azərbaycan aktyoru, rejissoru və aktyor sənəti müəllimi. Ruslan Lunyov - Azərbaycanı təmsil edən atıcı. Ruslan Məcidov - Azərbaycanlı futbolçu Ruslan Muradov - Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ruslan Nəsirov - Azərbaycanın kino və dublyaj aktyoru. Ruslan Pimenov - Rusiya futbolçusu.
Ruslan Abbasov
Ruslan Abbasov (futbolçu) — Azərbaycan futbolçusu. Ruslan Abbasov (atlet) — Azərbaycanlı Yüngül atletdir. Ruslan Abbasov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Ruslan Abbasov (baş leytenant) — şəhid.
Ruslan Abdullayev
Ruslan Abdulla oğlu Abdullayev (d.7 mart 1944 — ö. 30 yanvar 2002) — SSRİ dövründə və Azərbaycan futbolu tarixində ən yaxşı məşqçilərdən biri hesab olunan, hücumçu mövqeyində çıxış edən azərbaycanlı keçmiş futbolçu və məşqçi. SSRİ İdman ustası (1966). Azərbaycan SSR-nin Əməkdar məşqçisi (1990). Qarabağ və Neftçi klublarının keçmiş baş məşqçisi, Elxan Abdullayevin atasıdır. == Karyera == Ruslan Abdullayev futbolçu karyerasına 19 yaşında Bakının Neftyannik klubunda başlamışdır. İlk 3 mövsümdə 13 oyun keçirmişdir. Bundan sonra aşağı liqa təmsilçisi Dinamo Kirovabad klubunda və daha sonra yenidən karyerasını Neftyannikdə davam etdirdi. 1 il sonra keçmiş klubu Dinamoya qayıtsa da 1969-cu ildə yenidən Neftçiyə qoşulan Ruslan Abdullayev 1972-ci ildə elə bu klubun heyətində peşəkar karyerasını bitirmişdir. 1974-cü ildə Neftçinin məşqçisi oldu, lakin burada yalnız bir mövsüm işlədi.
Ruslan Abışov
Ruslan İbrahim oğlu Abışov (10 oktyabr 1987[…], Bakı) — "Neftçi" Bakı klubunun və Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisidir. 2017-ci ilin yanvar ayından etibarən Azərbaycanın ""Neftçi"" klubunda çıxış edir. "Neftçi Bakı" və "Xəzər-Lənkəran" klublarının heyətində çıxış edib. 2011, 2012-ci illərdə Azərbaycan çempionu olub, 2012-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. == Həyatı == Ruslan Abışov Bakıda anadan olub. 6 yaşında Uşaq Gənclər Futbol Məktəbinə üz tutub. Abışovun ilk məşqçisi Əli Məmmədov olub. Ruslan daha sonra İsmayıl Əliyev, İbrahim Dadaşov və Rüstəm Rəhimovun rəhbərliyi altında futbolun sirlərinə yiyələnib. Onun futbolçu kimi püxtələşməsində İslam Kərimovun da böyük rolu olub. Ruslan Abışov orta təhsilinə paytaxtın 246 saylı məktəbində yiyələnib.
Ruslan Allahverdiyev
Ruslan Allahverdiyev (tam adı: Ruslan Kamal oğlu Allahverdiyev; 10 aprel 1967, Müsüslü, Ucar rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1967-ci il aprelin 10-da Ucar rayonunun Musüslü kəndində anadan olmuşdur. Bakı şampan zavodunda fəhlə işləmişdir.Subay idi. == Qanlı Yanvar faciəsi == Yanvarın 19-u axşam Salyan qazarmasının yanında olmuşdur. Əvvəlcə iki güllə yarası almış, sonra isə üstündən tank keçmişdir. Atası onun meyidini Salyan qazarmasının yanından tapmışdır. Xırdalan qəbiristanlığında dəfn edilmişdir. == Ünvan == Abşeron rayonu, Sulu təpə qəsəbəsi, E. Telman küçəsi, 25. == Xatirəsi == Yaşadığı Sulu təpə qəsəbəsindəki E. Telman küçəsinin adı dəyişdirilərək Ruslan Allahverdiyev küçəsi edilmişdir.
Ruslan Alxanov
Ruslan Alxanov (27 aprel 1962, Tsentaroy) — Rusiya dövlət xadimi, polis general-leytenantı (2011), Hüquq elmləri namizədi. Nəsillikcə polis olan ailənin üzvü. == Bioqrafiyası == 27 aprel 1962-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Şali rayonunun Sentaroy kəndində (indiki Kurçaloyev rayonu Əhməd-Yurt kəndi) anadan olmuşdur. 1980-1982-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edir. 1990-cı ildə Lev Nikolayeviç Tolstoy adına Çeçen-İnquş Dövlət Universitetinin Coğrafiya fakültəsini coğrafiya müəllimliyi ixtisası üzrə bitirir. 2000-ci ildə Mahaçqala Maliyyə və Hüquq İnstitutuna daxil olue və oranı 2004-cü ildə bitirir. 2007-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. 1991-ci ildə Çeçenistanın daxili işlər orqanlarında xidmət edir. Xüsusi Təyinatlı Milis Dəstəsində döyüşçüsü olur. 1993-1995-ci illərdə Qroznı şəhərinin Lenin rayonu Daxili İşlər İdarəsinin Nəqliyyat Təhlükəsizliyi Müdirliyində çilis olaraq çalışır.
Ruslan Auşev
Ruslan Auşev (29 oktyabr 1954) — MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işləri üzrə komitənin və “Döyüş Qardaşlığı” Beynəlxalq veteranlar təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant; İnquşetiya Respublikasının ilk prezidenti (1993-2002). == Mükafatları == 18.02.2014 — "Dostluq" ordeni.
Ruslan Ağayev
Ruslan Ağayev (aparıcı) (d. 1989) — Azərbaycanlı aparıcı, jurnalist və rejissor. Ruslan Ağayev (siyasətçi) (d.
Ruslan Baladov
Ruslan Allahyar oğlu Baladov (18 sentyabr 1997; Hacıqabul, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Baladov 1997-ci ilin sentyabrın 19-da dünyaya gəlib. Ailədə bir bacı, bir qardaş olublar. 9-cu sinfi bitirdikdən sonra təhsilini kollecdə davam etdirib. 2016-cı ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecini bitirdikdən sonra hərbi xidmətə yollanıb. == Hərbi xidmətləri == 2018-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim tədris mərkəzin MAHHXQ kursuna qəbul olunub.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ruslan Baladov Madagizin azad edilməsində savaşıb. 27 sentyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində şəhid olub. Nəşi oktyabrın 4-də doğulduğu Hacıqabula gətirilərək, Hacıqabul Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Baladov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Badalov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Bayramov
Ruslan Azər oğlu Bayramov (5 oktyabr 1995, Əlibəyqışlaq, Quba rayonu – 24 oktyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Azər oğlu Bayramov 5 oktyabr 1995-ci ildə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq oranı bitirib. Azərbaycan Ordusunda kəşfiyyatçı olan o 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Döyüşlərin birində komandiri yaralandığından tağıma rəhbərlik edib. Göstərdiyi şücaətə görə elə döyüşdə baş leytenant rütbəsi alıb. Şuşanın alınması uğrunda döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Ruslan Baysarov
Ruslan Baysarov (9 avqust 1968) — Rusiyalı sahibkar, Tuva Enerji Sənaye Korporasiyası ASC-nin sahibi, "Most SK" şirkətlər qrupunun əsas səhmdarı, Most USK ASC-nin idarə heyətinin sədri. Forbes jurnalının 2018-ci ildə 900 milyon dollarlıq sərvəti ilə "Rusiyanın 200 ən varlı iş adamı" siyahısına daxil edilir. == Uşaqlığı == 9 avqust 1968-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Qroznı rayonunun Priqorodnoye kəndində, Sulima və Kasirat Baysarovların böyük ailəsində anadan olur. Milliyyətcə çeçendir. İş adamı özü valideynlərinin zəngin olmadığını, buna görə uşaqlıqdan özü pul qazanmalı olduğunu söyləyir. == Təhsil == 1985-ci ildə məktəbi bitirdikdən sonra Moskvaya gəlir və Moskva İnşaat Mühəndisliyi İnstitutuna daxil olur. 1986–1988-ci illərdə Strateji Raket Qüvvələrində xidmət edir, baş çavuş rütbəsi ilə tərxis edilir. Qroznı Neft İnstitutuna köçürüldükdən sonra 1996-cı ildə "mühəndis-iqtisadçı" ixtisasını bitirir. 2001-ci ildə Moskva Dövlət Universitetində sosiologiya üzrə magistr dərəcəsi alır. 2018-ci ildə Ruslan Baysarov "MISiS" Milli Araşdırma Texnologiya Universitetində texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
Ruslan Başirov
Ruslan Fizuliyeviç Başirov (rus. Руслан Физулиевич Баширов; 8 iyul 2000-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Başirov öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Leninqrad klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Kazanka Moskva klubuna qarşı oyunda etmişdir.
Ruslan Binnətov
Ruslan Rafiq oğlu Binnətov (22 avqust 2001; Moskva, Rusiya Federasiyası— 9 noyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Binnətov 22 avqust 2001-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. 2007-ci ildə Elşad Məmmədov adına Göygöl rayon Haçaqaya kənd ümumi orta məktəbinin 1-ci sinfinə getmişdir. 2016-cı ildə həmin məktəbin 9-cu sinfini bitirib Göygöl rayon Ramiz Əsgərov adına Qırıqlı kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Subaydır. == Hərbi xidməti == 2019-cu ilin oktyabr ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Ruslan Binnətov 9 noyabr 2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına" medalı ilə təltif edilib.
Ruslan Cəfərli
Ruslan Nəcəf oğlu Cəfərli (25 may 1995, Mingəçevir – 21 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Cəfərli 1995-ci il mayın 25-də Mingəçevir şəhərində anadan olub. == Hərbi xidməti == Ruslan Cəfərli 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ruslan Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Cəfərli oktyabrın 13-də Madagizin azad edilməsi zamanı şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 24.06 2021 - ci il Azərbaycan Prezidenti İlham Əliyevin növbəti Sərancamı ilə Ruslan Nəcəf oğlu Cəfərli "Suqovuşanın azad olunmasına görə" (ölümündən sonra) [1] və "Cəsur döyüşçü" (ölümündən sonra)[2] medalları ilə təlif edildi. Şəhid Ruslan Cəfərliyə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.
Ruslan Cəfərov
Ruslan Cəfərov (futbolçu)
Ruslan Dibirhacıyev
Ruslan Adilxan oğlu Dibirhacıyev (20 iyul 1988, Mahaçqala) — Azərbaycanı təmsil edən Dağıstan əsilli sərbəst güləşçi. Ruslan Dibirhacıyev 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatılıb və bürünc medal qazanıb.
Ruslan Hacıyev
Ruslan Hacıyev (1 yanvar 1978, Marneuli) — Gürcüstan dövlət və ictimai xadimi. 2016-cı ildən gürcüstan parlamentinin Marneuli rayonundan majoritar deputatı. Gürcüstan parlamentindəki "Gürcü Arzusu" Fraksiyasının azərbaycanlı deputatı. == Həyatı == Ruslan Hacıyev 1 yanvar 1978-ci ildə Marneuli rayonu Görarxı kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi rus dilində oxuyub. Tbilisi Universitetində təhsil alıb, ixtisasca hüquqşünasdır. 2001–2002-ci illərdə Marneuli bələdiyyəsində sosial şöbənin mütəxəssisi olaraq işləyib. 2002–2006-cı illərdə Marneuli bələdiyyəsində hüquq xidmət şöbəsinin rəhbəri olub. Marneulidəki 2 və 3 saylı məktəblərin direktoru vəzifəsində çalışıb. 2014-cü ildən millət vəkili seçilənədək Marneuli bələdiyyəsi resurs mərkəzinin rəhbəri olub.
Ruslan Hümbətov
Ruslan Səlim oğlu Hümbətov (20 may 1987, Kirovabad – 5 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Hümbətov 1987-ci il mayın 20-də indiki Gəncə şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Ruslan Hümbətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Hümbətov oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Hüseyni
Ruslan Hüseynov (aktyor)
Ruslan Hüseynov
Ruslan Hüseynov (aktyor)
Ruslan Lunev
Ruslan Lunyov (25 iyul 1989, Bakı) — Azərbaycanı təmsil edən güllə atıcısı, Avropa Çempionatının qalibi. == Karyerası == Ruslan Lunyov 2002-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi atası Vladimir Lunyov və anası, 2004-cü il Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumovadır.2006-cı ildən beynəlxalq turnirlərdə çıxış edən Ruslan Lunyov 2015-ci ildə Azərbaycanı Birinci Avropa Oyunlarında təmsil elədi. Nüfuzlu beynəlxalq turnirlərdə uğura imza ata bilməyən Ruslan Lunyov 2016-cı ilin avqustunda Azərbaycanı XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Ruslan Lunyov Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən verilən lisenziyalara əsasən olimpiada da mübarizə apardı. Avqustun 6-da Ruslan Lunyov əvvəl 10 metr məsafəyə hava tapançasından ilə atəşaçma turnirinin təsnifat mərhələsində çıxış elədi. 48 idmançının mübarizə apardığı təsnifat mərhələsində Ruslan Lunyov 600 xaldan 577-ini toplamağı bacardı və nəticədə mərhələni 15-ci pillədə başa vuraraq Rio-de-Janeyro Olimpiadasında mübarizəsini dayandırdı. Daha sonra isə Ruslan Lunyov 25 metr məsafəyə tapançadan atəşaçma turnirində çıxış elədi. 26 idmançının mübarizə apardığı təsnifat mərhələsində 600 xaldan 575-ini toplamağı bacaran Ruslan Lunyov nəticədə mərhələni 15-ci pillədə başa vurdu. Bu turnirdə də Ruslan Lunyov final mərhələsinə vəsiqə qazana bilmədi və Rio-de-Janeyro Olimpiadasında uğursuz çıxış elədi.Ruslan Lunyov 2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunlarında beş qızıl medala sahib oldu.
Ruslan Lunyov
Ruslan Lunyov (25 iyul 1989, Bakı) — Azərbaycanı təmsil edən güllə atıcısı, Avropa Çempionatının qalibi. == Karyerası == Ruslan Lunyov 2002-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi atası Vladimir Lunyov və anası, 2004-cü il Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumovadır.2006-cı ildən beynəlxalq turnirlərdə çıxış edən Ruslan Lunyov 2015-ci ildə Azərbaycanı Birinci Avropa Oyunlarında təmsil elədi. Nüfuzlu beynəlxalq turnirlərdə uğura imza ata bilməyən Ruslan Lunyov 2016-cı ilin avqustunda Azərbaycanı XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Ruslan Lunyov Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən verilən lisenziyalara əsasən olimpiada da mübarizə apardı. Avqustun 6-da Ruslan Lunyov əvvəl 10 metr məsafəyə hava tapançasından ilə atəşaçma turnirinin təsnifat mərhələsində çıxış elədi. 48 idmançının mübarizə apardığı təsnifat mərhələsində Ruslan Lunyov 600 xaldan 577-ini toplamağı bacardı və nəticədə mərhələni 15-ci pillədə başa vuraraq Rio-de-Janeyro Olimpiadasında mübarizəsini dayandırdı. Daha sonra isə Ruslan Lunyov 25 metr məsafəyə tapançadan atəşaçma turnirində çıxış elədi. 26 idmançının mübarizə apardığı təsnifat mərhələsində 600 xaldan 575-ini toplamağı bacaran Ruslan Lunyov nəticədə mərhələni 15-ci pillədə başa vurdu. Bu turnirdə də Ruslan Lunyov final mərhələsinə vəsiqə qazana bilmədi və Rio-de-Janeyro Olimpiadasında uğursuz çıxış elədi.Ruslan Lunyov 2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunlarında beş qızıl medala sahib oldu.
Ruslan Muradov
Ruslan Muradov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 27 iyun 1973-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. 1990-cı ildə burada 10 saylı məktəbi bitirmişdir. Daha sonra atasının işlədiyi Mingəçevir Texniki Rezin Məmulatı zavodunda çalışıb. Ruslan 1992-ci il 22 yanvar tarixdə Milli Ordu sıralarına daxil olur. Bir müddət hazırlıq keçdikdən sonra Ağdamın Papravənd kəndinə göndərilir. == Döyüşlərdə iştirakı == Papravənd kəndinə gəldiyi gündən burada qızğın döyüşə girir. Kənd erməni işğalçılarından azad edilir. 1992-ci ildə Azərbaycana məxsus təyyarələrdən biri düşmən əlində olan əraziyə düşmüşdü yaralıları xilas etmək üçün aparılan əməliyyat nəticə verdi... bu əməliyyatda Ruslan xüsusilə fərqlənmişdi.
Ruslan Məcidov
Ruslan Məcidov (22 avqust 1985) - azərbaycanlı futbolçu. == Karyerası == 192 sm boyu olan qolkiper karyerasına 2001-ci ildə Spartak Moskva klubunun ikinci komandasında başlayıb və 2002-ci ilə qədər bu komandanın heyətində yer alıb. 2003-cü ildə Rusiya çempionatının 1-ci dəstəsində çıxış edən "Kristall"la anlaşıb. Növbəti bir ili Vidnoye klubunda keçirdikdən sonra - 2005-ci ildə Anji Mahaçqalaya keçib. 2006/07 mövsümündə Polşaya yollanıb və Vidzevlə analşıb. 2007-ci ildə vətənə dönərək, Neftçi Bakı ilə müqavilə bağlayıb. 2008-ci ildə icarə əsasında Gənclərbirliyi Sumqayıt klubunun şərəfini qoruyub. İndiyə qədər 5 dəfə U-21-ə dəvət alıb.
Antonov An-124 Ruslan
Antonov An-124 Ruslan (rus. Антонов Ан-124 "Руслан"; NATO kod adı: Condor) SSRİ-nin Antonov aviaşirkəti tərəfindən istehsal olunmuş strateji hərbi nəqliyyat təyyarəsidir. Təyyarə 1980-ci illərdə Ukrayna SSR ərazisində yerləşən Antonov dizayn bürosu tərəfindən istehsal olunmuşdur. Boinq 747-8F təyyarəsi istehsal olunana qədər otuz il ərzində dünyanın ən böyük yük götürmə qabiliyyətinə sahib nəqliyyat təyyarəsi hesab olunurdu. Buna baxmayaraq, An-124 hələ də dünyanın ən böyük hərbi nəqliyyat təyyarəsi olaraq qalmaqdadır. Hazırda Volqa-Dnepr Hava Yollarında Texniki Direktor vəzifəsində xidmətini davam etdirən Viktor Tolmaçev An-124 təyyarəsinin baş dizayneri olmuşdur. == Variantları == An-124 Ruslan Ağır strateji nəqliyyat təyyarəsi An-124-100 Ticari nəqliyyat təyyarəsi An-124-100M-150 Qərb ölkələrinin istehsalı olan avionika ilə təchiz olunmuşdur An-124-102 EFIS göyərtə sistemi ilə təchiz olunmuşdur An-124-115M "Rockwell Collins" şirkətinin istehsalı olan avionika ilə təchiz olunmuşdur An-124-130 Təklif olunan variant An-124-135 Təyyarənin arxa tərəfində bir ədəd oturacaq olan təyyarənin qalan yeri karqo üçün nəzərdə tutulmuşdur An-124-150 Artırılmış yükgötürmə qabiliyyətinə (150 ton) sahibdir An-124-200 Hər biri 263 kN gücündə olan General Electric CF6-80C2 mühərriki ilə təchiz olunmuşdur An-124-210 Hər biri 264 kN gücündə olan Rolls-Royce RB211-524H-T mühərrik və Honeywell avionikası ilə təchiz olunmuş bu variant Böyük Britaniyaya təklif olunmuş, lakin 1999-cu ilin avqustunda qarşı tərəf bundan imtina etmişdir. An-124-300 Yeni avionika və əyləc sistemi ilə təchiz olunmuş bu variant Rusiya Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuşdur. == İstifadəçiləri == === Hərbi === Rusiya === Mülki === 2013-cü ilin iyul ayına olan məlumata əsasən 26 ədəd An-124 təyyarəsi kommersiya məqsədilə istifadə olunur.
Ruslan Abbasov (atlet)
Ruslan Abbasov (24 iyun 1986) — Azərbaycanı təmsil edən yüngül atlet. == Həyatı == Ruslan Abbasov 1986-cı il iyunun 24-də anadan olub. == Karyerası == Ruslan Abbasov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə qaçış turnirində 10.58 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 5-ci pillədə başa vurdu.
Ruslan Abbasov (futbolçu)
Abbasov Ruslan Möhsüm oğlu (rus. Руслан Мохсум оглы Аббасов; 1 iyun 1980, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan futbolçusu.
Ruslan Abbasov (əsgər)
Ruslan Hikmət oğlu Abbasov (25 may 2000; Sahil, Qaradağ rayonu, Azərbaycan — 14 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Abbasov 25 may 2000-ci ildə Bakı şəhərinin Sahil qəsəbəsində anadan olmuşdur. O, orta təhsilini Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına tam orta məktəbdə alıb. == Hərbi xidməti == 2019-cu ilin aprel ayında Ruslan müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə 3 ay müddətinə xidmət etsə də, iyun ayında Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissələrdən birinə dislokasiya olumuşdur. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun çavuşu olan Ruslan Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. 14 oktyabr 2020-ci ildə cəbhənin Füzuli istiqamətində həlak olmuşdur. Şəhid 16 oktyabrda doğulduğu rayona gətirilərək, Lökbatan qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Ağayev (aparıcı)
Ruslan Ağayev (tam adı: Ruslan Bəhmən oğlu Ağayev; 29 iyun 1989, Maqdeburq, Almaniya Federativ Respublikası) — Azərbaycanlı aparıcı, jurnalist və rejissor. == Həyatı == Ruslan Bəhmən oğlu Ağayev 29 iyun 1989-cu ildə Almaniyanın Maqdeburq şəhərində anadan olmuştur. Atası Bəhmən Ağayev hərbçi, anası Arzu Ağayeva isə evdar xanımdır. Ruslan Ağayev 2007-ci ildə İncəsənət Gimnaziyasını bitirmiş və elə həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsinə daxil olmuşdur. Ruslan Ağayev universiteti 2011-ci ildə qırmızı diplomla bitirmişdir. == Karyerası == 2009-2010-cu illərdə "İrəli" İctimai Birliyinin “İrəli” radiosunda aparıcı kimi çalışmışdır. 2011-ci ildə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Çölçü” filmində rejissor asistenti kimi çalışmışdır. 2011-ci ildə ATV-də yayımlanan “Onlar” verilişində müxbir olaraq çalışmaya başlamışdır. 2012-ci ildə ATV-də yayımlanan “Kimdir Nömrə 1” layihəsində çalışmışdır. Eyni zamanda 2012-ci ildə show.az xəbər portalında fəaliyyət göstərmişdir.
Ruslan Ağayev (siyasətçi)
Ruslan Ağayeviç (Ağa oğlu) Ağayev (1932, Qazaxıstan SSR) — Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon Komitəsinin birinci katibi. == Həyatı == 1932-ci ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1960-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Alma-Ata Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir 1954-cü müəllim, Azərbaycan SSR Nazirlər Soveti yanında Əmək Ehtiyatları İdarəsinin baş mühəndisi, Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyinin şöbə rəisi olmuşdur. 1963-cü ildən Azərbaycan KP MK-nın kənd təsərrüfatı şöbəsinin təlimatçısı, bölmə müdiri, təşkilat-partiya, işi şöbəsinin inspektoru, Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyi sədrinin birinci müavini vəzifələrində işləmişdir. 1975-ci ildən Azərbaycan KP Kürdəmir RK-nın birinci katibidir. Azərbaycan SSR Ali Soveti qanunverçilik mülahizələri komissiyasının üzvüdür. Azərbaycan KP MK üzvlüyünə namizəddir. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Atakişili seçki dairəsi). == Mənbə == Руслан Ағајевич Ағајев // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты.
Ruslan Bayramov (əsgər)
Ruslan Telman oğlu Bayramov (15 iyun 1996; Binəqədi, Azərbaycan — 30 sentyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Bayramov 1996-cı il, iyunun 15-də Bakı şəhərində anadan olub. 2014-cü ildə 179 saylı tam orta məktəbdə təhsilini başa vurub. Ağcabədi rayonu ərazisindəki hərbi hissədə həqiqi hərbi xidmətini çəkmişdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ruslan Bayramov Fizuli döyüşlərində savaşıb. 30 sentyabr 2020-ci ildə Füzuli rayonu Seyidəhmədli kəndi istiqamətdində düşmən üzərinə hücuma keçərkən şəhid olmuşdur. Binəqədi Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Bayramov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Cəfərov (futbolçu)
Ruslan Zaur oğlu Cəfərov (26 yanvar 1993, Bakı) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan İnter Bakı klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir. == Bioqrafiyası == 26 yanvar 1993-cü ildə Bakıda anadan olub. == Klub karyerası == === Çempionat === Ruslan Cəfərov Azərbaycan Premyer Liqası təmsilçilərindən olan İnter Bakı klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. 2012-ci ildən həm bankirlərin əvəzedicilər yığmasında, həm də əsas komandasında çıxış edir. === Kubok === == UEFA Avropa Liqası == Ruslan Cəfərov İnter Bakı klubu ilə UEFA Avropa Liqası 2013/2014-cü illər mövsümündə iştirak etmişdir. == Milli karyerası == === U-21 === == Uğurları == 2013 — Azərbaycan Premyer Liqasının bürünc medalını qazanmışdır.
Ruslan Cəfərov (mayor)
Ruslan Gündüz oğlu Cəfərov (19 noyabr 1976; Azərbaycan — 11 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Cəfərov 1976-cı il noyabrın 19-da anadan olub. Əslən Xocalı rayonundan idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Ruslan Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Cəfərov oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Ruslan Cəfərov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 39.24 dəfə / 1 mln.
2002 •• 3.43
2003 •••••• 15.35
2004 •••••••• 20.89
2005 ••••••••••••• 38.46
2006 •••••••••••• 33.34
2007 ••••••••• 24.31
2008 •••••••• 22.17
2009 •••••••••••••• 39.52
2010 •••••••••••••••••••• 59.64
2011 •••••••••••••••••••• 56.97
2012 ••••••••••••••• 44.40
2013 ••••••••••••••••••• 55.58
2014 •••••••••••• 34.49
2015 ••••••••••••• 36.41
2016 ••••••••••• 32.10
2017 ••••••••••• 32.03
2018 ••••••••••••• 36.41
2019 ••••••••••• 32.41
2020 ••••••••• 24.13

ruslan sözünün etimologiyası

ruslan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

bax: Arslan və Aslan.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"ruslan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ruslan nədir? #ruslan sözünün mənası #ruslan nə deməkdir? #ruslan sözünün izahı #ruslan sözünün yazılışı #ruslan necə yazılır? #ruslan sözünün düzgün yazılışı #ruslan leksik mənası #ruslan sözünün sinonimi #ruslan sözünün yaxın mənalı sözlər #ruslan sözünün əks mənası #ruslan sözünün etimologiyası #ruslan sözünün orfoqrafiyası #ruslan rusca #ruslan inglisça #ruslan fransızca #ruslan sözünün istifadəsi #sözlük