Samux sözü azərbaycan dilində

Samux

Yazılış

  • Samux • 99.6923%
  • SAMUX • 0.2334%
  • samux • 0.0743%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Samux
Samux (əvvəlki adları: Səfərəliyev; Nəbiağalı) — Azərbaycanda şəhər, Samux rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Samux rayonunun Səfərəliyev qəsəbəsi Nəbiağalı qəsəbəsi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 644-IIIQ saylı Qərarı ilə Samux rayonunun Nəbiağalı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Nəbiağalı qəsəbəsi Samux qəsəbəsi adlandırılmış, Nəbiağalı qəsəbə inzibati ərazi dairəsi Samux qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Kolayır kənd inzibati ərazi dairəsi tərkibindəki Kolayır kəndi Samux qəsəbəsi ilə birləşdirilmiş, Kolayır kəndi və Kolayır kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Samux qəsəbəsinə şəhər statusu verilmiş, Samux qəsəbə inzibati ərazi dairəsi Samux şəhər inzibati ərazi dairəsi hesab edilmişdir.
Bağbanlar (Samux)
Bağbanlar — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Samux rayonunun İnstitut qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bağbanlar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Əhalisinin sayı 813 nəfərdir.
Füzuli (Samux)
Füzuli — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Füzuli kəndi Kolayır kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Füzuli kənd Soveti yaradılmışdır. Əhalisinin sayı 1464 nəfərdir.
Hacıalılı (Samux)
Hacıalılı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Hacılılı kəndi Lək kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Hacılılı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntəqələri hacıllı/hacıalılı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Əhalisinin sayı 1151 nəfərdir.
Kolayır (Samux)
Kolayır — Azərbaycan Respublikasının Samux rayonunun Kolayır kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 644-IIIQ saylı Qərarı ilə Samux rayonunun Kolayır kənd inzibati ərazi dairəsi tərkibindəki Kolayır kəndi Samux qəsəbəsi ilə birləşdirilmiş, Kolayır kəndi və Kolayır kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır.
Kəsəmən (Samux)
Kəsəmən — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Samux rayonunun Poylu inzibati ərazi vahidində kənd. Qabırrıçayın sahilində, düzənlikdədir. Oykonim kəsəmən tayfasının adı ilə bağlıdır. Kəsəmənlər qazax tayfa birliyinə daxil olmuşlar. Mənbələrin məlumatına görə, XVIII əsrin axırlarında Kartli Kaxeti çarı İrakli dövründə Qazax və Şəmşədil mahallarından poylu, salahlı, kəsəmən tayfalarına mənsub Azərbaycan ailələri Gəncə xanlığına köçürülmüşdü. Əhalisinin sayı 456 nəfərdir.
Lüksemburq (Samux)
Köbər (əvvəlki adı: Lüksemburq) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Yenikənd kənd Sovetinin Lüksemburq kəndi Qırmızı Samux kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi adlandırılmışdır. Yaşayış məntəqəsi 1918-1920-ci illərdə milli qırğın zamam Ermənistandan didərgin salın­mış azərbaycanlı ailələrin məskunlaşması nəticə­sində yaranmışdır. Sonralar sovet dövründə kəndə beynəl­xalq sosial-demokrat hərəkatının fəalı, polşalı yəhudi inqilabçı sosialist Roza Lüksemburqun (1871-1919) soyadı verilərək, kəndin adı Lüksemburq olaraq təyin edildi (bu adı 1959-1990-cı illər arası həmçinin indiki Ağstafa şəhəri də daşıyırdı). Kənd Ceyrançöldə yerləşir. Əhalisinin sayı 947 nəfərdir. Əhalinin əsası azərbaycanlılardır.
Lək (Samux)
Lək — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1314 nəfərdir. Tədqiqat­çılar bu oykonimi Qafqaz Albaniyasında ya­şamış qədim leq/lək tayfasının adı ilə əlaqələn­dirirlər. Mənbələrdə legk, legi, lərg formasında qeyd olunan bu tayfa müasir ləzgilərin əcdadları olmuşdur. Kənd rayon mərkəzindən 28 km. şimal-şərqdə, Gəncə-Qazax düzənliyində yerləşir.
Poylu (Samux)
Poylu — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qabırrıçayın sahilində, dağ­ətəyi ərazidədir. Keçmiş adı Eldar olmuşdur. Kənddə Ağstafa rayonunun Poylu kəndindən köçüb gəlmiş ailələr məskunlaşdığı üçün belə adlandındırılmışdır. Əhalisinin sayı 1715 nəfərdir.
Qarabağlar (Samux)
Qarabağlar — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın Naxçıvan və Qarabağdan köçürdüyü insanların məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə qarabağlar tayfasının Gəncə qəzasında yaşaması haqqında məlumat vardır. Əhalisinin sayı 1595 nəfərdir.
Qarabağlı (Samux)
Qarabağlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 667 nəfərdir. Yaşayış məntəqəsi Qarabağdan köçüb gəlmiş ailələrin məskun­laşması nəticəsində yaranmışdır. Oykonimlər "Qarabağdan olanlar, Qarabağdan gələnlər" mənasındadır. Kənd dağətəyi ərazidə yerləşir.
Qiyaslı (Samux)
Qiyaslı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 495 nəfərdir. Oykonim kənddə məskun­laşmış qiyaslı nəslinin adından yaranmışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Qırmızı Samux
Qaraağaclı (əvvəlki adı: Qırmızı Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbəsi Yenikənd kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Qırmızı Samux kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Samux qəsəbəsi Qaraağaclı qəsəbəsi adlandırılmış, Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi Qaraağaclı qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Əhalisi 3 mindən artıqdır. Əhalinin 99%-ni azərbaycanlılar təşkil edir. Etnik millətlərdən rusları qeyd etmək olar. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı ilə bağlıdır. Kənddə Habil Məmmədov adına məktəb fəaliyyət göstərir. 2013-cü ildə məktəb təmir olunub. Habil Məmmədov Sovet Oğlu 31.05.1971-ci ildə bu kənddə anadan olub, könüllü olaraq 1992-ci ilin sentyabr ayında müharibəyə gedir.
Qədili (Samux)
Qədili — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Salahlı (Samux)
Salahlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Salahlı kəndi Poylu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Salahlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntə­qəsi qazaxların salahlı tayfasının məskun­laşması nəticəsində yaranmışdır. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar. Kənd Qabırrıçayın sahi­lində, dağətəyi ərazidə yerləşir. Əhalisinin sayı 758 nəfərdir.
Samux (Bərdə)
Samuxlu (əvvəlki adı: Leninabad) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bərdə rayonunun Leninabad kəndi Samuxlu kəndi adlandırılmışdır.
Samux (rəqs)
Samux — Azərbaycanın milli rəqsi. Samux rəqs Mingəçevir yaxınlığındakı Samux kəndində (kənd camaatı Mingəçevir su anbarı tikilərkən köçürülüb) meydana çıxıb. Son illerdə çox az ifa edilir. Aram templi bu rəqsi həm qadınlar, həm də kişilər ifa edə bilərlər.
Samux bələdiyyələri
Samux bələdiyyələri — Samux rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarıqamış (Samux)
Sarıqamış — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Sarıqamış kəndi Seyidlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sarıqamış kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yerli əhalinin bir qismi Mingəçevir SES-nin tikintisi ilə əlaqədar keçmiş Samux rayonunun Köbər kəndindən köçüb gələnlərdən ibarət olduğu üçün kənd bəzən qeyri-rəsmi olaraq Köbərlilər də adla­nır. Kənd sarı qamış bitən ərazidə salındı­ğından belə adlandırılmışdır. Ukraynanın Zaparojye şəhərinin adı da 1770-ci ilə qədər Sarıqamış olmuşdur. Kənd Qoşqarçayın (Kürün qolu) sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Əhalisinin sayı 634 nəfərdir.
Sarıqaya (Samux)
Sarıqaya (əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Lək kənd inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Sarıqaya kəndi adlandırılmışdır. Kənd keçmiş adı Əhmədbəyli olmuşdur. Yaşayış məntəqəsini XX əsrin 20-ci illərində Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. İnqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır; Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Kənddə müalicəvi isti su yerləşir. Gəncəçay da bu kənddən axır. Əhalisinin sayı 1100 nəfərdir. Kənd əhalisi əsasən Cənubi Azərbaycandan gəlmə yerli əhali və sonradan gəlib məskunlaşmış məhsəti türklərindən ibarətdir.
Seyidlər (Samux)
Seyidlər — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Tatlı (Samux)
Tatlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi vaxtilə Cənubi Azərbaycandan gəl­miş ailələr tərəfindən salınmışdır. Tat komponentli toponimlər həmçinin Dağıstan və Gürcüstan ərazisində də mövcuddur: Tatlar kəndi, Tatavul kəndi (Dərbənd rayonu), Tatu- şağı (Kaspi rayonu). Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Əhalisinin sayı 1041 nəfərdir.
Yenikənd (Samux)
Yenikənd (əvvəlki adı: Qarayevkənd) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1927-ci ildə salınmış və bolşevik Əliheydər Qarayevin (1896-1938) şərəfinə Qarayevkənd adlanmışdır. 1937-ci ildə Əliheydər Qarayev xalq düşməni kimi həbs edildikdən sonra kəndə Yenikənd adı verildi. Kəndin ilk sakinləri 1918-ci ildə Qərbi Azərbaycanın Gərnibasar mahalının (Ermənistan SSR-nin keçmiş Üçkilsə rayonu və ya müasir siyasi-inzibati bölgüyə əsasən Ermənistan Respublikasının Armavir mərzi ərazisi) Qarxun (Yuxarı Qarxun və Aşağı Qarxun kəndlərindən ibarət idi), Canfida, Zeyvə (Böyük Zeyvə/Erməni Zeyvə və Kiçik Zeyvə/Türk Zeyvə kəndlərindən ibarət idi) və Türkmən (Yuxarı Türkmənli və Aşağı Türkmənli kəndlərindən ibarət idi) kəndlərindən didərgin salınmış azərbaycanlı ailələr olmuşdu. Kənd 1940-cı ildə Kürdən Ceyrançölə çəkilmiş kanalın sağ sahilinə köçürülmüşdü. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Əhalisinin sayı 1270 nəfərdir.
Samux bələdiyyəsi
Samux bələdiyyələri — Samux rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Samux mahalı
Samux mahalı — Gəncə xanlığının mahallarından biri. Samux mahalı Qazanı dağlarının ətəyində Qanlı Qobu və Qabırrı vadiləri arasında Kür çayının sahilindəki ərazini əhatə edirdi. Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Paytaxtı— Samux kəndi Sərhədləri — Bir sıra tədqiqatçıların mülahizələrinə görə “Samux” sözü qədim alban dilində “ov üçün meşəlik yer” kimi tərcümə edilir. Tarix elmləri namizədi Arif Məmmədovun “Samux mahalının tarixi-arxeoloci tədqiqinə dair” kitabında qeyd edildiyi kimi, Samux mahalının adı xarabalıqları qalın Samux meşələrində qalmaqda olan Samux şəhərinin adındandır. R.Yüzbaşov “Samux” sözünü yayda ərazidən keçən isti küləklə əlaqələndirir. “Azərbaycan dilinin onomastikası” adlı əsərdə Samux adının-zoonim mənşəli söz olub, at adı ilə əlaqədar olduğu bildirilir. Bəzi məlumatlarda isə adın birinci hissəsinin “Sam”-öküzün boyunduruğuna keçirmək üçün düzəldilən ağac mənasını, Samux sözünün isə belə ağacların çox bitdiyi ərazi kimi işlədildiyi haqqında nəticəyə gəlinir. Gəncə xanlığının alınması rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi üçün böyük əhəmiyyət kəsb edirdi.Gəncə xanlığının vassal asılılığında olan Samux hakimi Şirin bəy Gəncənin süqutundan sonra Rusiya təəbəliyini qəbul etməyə məcbur oldu. O, hər il Rusiyaya 1000 çervon (3 min manat) bac verməyi öhdəsinə götürdü.
Boz Qurd Samux FK
Boz Qurd Samux FK — klub 1990-cı ildə Samuxda yaranmışdır. Bir dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Süleyman Samuxlu
Süleyman Əhmədov (futbolçu) — peşəkar Azərbaycanlı futbolçu. Süleyman Əhmədov (rejissor) — Azərbaycan kinorejissoru. Süleyman Əhmədov (şəhid) — batolyon komandiri.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 32.89 dəfə / 1 mln.
2002 ••• 6.85
2003 •••• 11.02
2004 ••••••• 18.87
2005 •••••• 16.87
2006 •••••••••••• 32.66
2007 •••••••••••••••• 44.61
2008 •••••••••••••••••••• 57.01
2009 ••••••••••••••• 42.72
2010 •••••••••••• 32.13
2011 ••••••••••••• 34.66
2012 •••••••••••••• 38.29
2013 ••••••••• 23.78
2014 ••••••••• 23.00
2015 •••••••••• 26.20
2016 ••••••••••••••••••• 53.45
2017 •••••••••• 28.13
2018 ••••••••••• 30.26
2019 •••••••••• 27.82
2020 •••••••••• 27.98

samux sözünün fransız dilinə tərcüməsi

samux sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

üç çay qolu (Samux çayı və rayonunun adındandır).

Azərbaycan kişi adlarının izahlı lüğəti

"samux" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#samux nədir? #samux sözünün mənası #samux nə deməkdir? #samux sözünün izahı #samux sözünün yazılışı #samux necə yazılır? #samux sözünün düzgün yazılışı #samux leksik mənası #samux sözünün sinonimi #samux sözünün yaxın mənalı sözlər #samux sözünün əks mənası #samux sözünün etimologiyası #samux sözünün orfoqrafiyası #samux rusca #samux inglisça #samux fransızca #samux sözünün istifadəsi #sözlük