Sarım sözü azərbaycan dilində

Sarım

Yazılış

  • Sarım • 86.6667%
  • sarım • 13.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dərman sarımsaqotu
Dərman sarımsaqotu (lat. Alliaria petiolata) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarımsaqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20–100 sm, gövdəsi düz budaqlanmış, ikiillik ot bitkisidir. Kökətrafı yarpaqları uzun saplaqlarda yerləşib, böyrəkşəkilli, iri oyuqludişlidir. Gövdə yarpaqları ürəkşəkilliyumurtavaridir, sivri dişli, təpə yarpaqlarıyumurtaşəkilli-üçbucaq, qaidə hissəsi küt və ya pazvaridir. Çiçəkləri uzun salxımdadır. Ləçəkləri ağ rəngdədir, uzunluğu (4) 6–8 mm-dir. Çiçək saplağı meyvə verəndə qalınlaşır, uzunluğu 3–15 mm-dir. Qını köndələn şəkildə üzüyuxarı duran, çılpaq və çoxtoxumludur. Aprel-may aylarında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir.
Sarımmədli
Kipircik və Gibircik - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Kəndin adı türk dilindəki sis (yarıq, quyu) və qala sözlərindəndir. Kipircik kəndi avtomobil yolu kənarında, dəniz səviyəsindən 620 m yüksəkdə yerləşir. Kəndin əhalisi 1870-ci ildə 9 ailədə 60 nəfər, 1918-ci ildə 178 nəfər, 1926-ci ildə 30 ailədə 172 nəfər, 2002-ci ildə 181 nəfər, 2006-ci ildə 134 ailədə 513 nəfər olmuşdur.
Sarımoğlu
Sarımoğlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Sarımsaq
Sarımsaq (lat. Allium sativum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Sarımsaq ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı çox kəskin yandırıcı olmaqla yanaşı, özünəməxsus ətirli iyi vardır. Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində "fitonsid" maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır. Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilmişdir.
Sarımsaq bageti
'Sarımsaq bageti' - Fransa mətbəxi. Baget, uzunsov yumru çörək, Fransanın simvollarından biridir, xüsusilə Parisin. Eyfel qülləsi, şərab, beret və ya pendirin simvola çevrilməsi kimi. Fransadan kənarda da çoxlu növ baget var, onlar dünyanın çox ölkəsində məşhurlaşıblar. Fransız mətbəxi tərəvəzlərdən tez-tez istifadə etməsi ilə xarakterizə olunur: kartoflar, qabıqlı lobya, bütün növ soğanlar, ispanaq, kələm, pomidor, badımcan, kərəviz, göbələklər – bütün bunlar appetayzerlərin (iştaha açıcıların), əsas yeməklərin və qarnirlərin əsasıdır. İlkin yemək adətən sup olur, ən məşhuru isə kəvər sup-püredir.
Sarımsaq turşusu
Sarımsaq turşusu - Azərbaycan və bir sıra başqa şərq ölkələrinin mətbəxinə aid olan ənənəvi turşulardan biridir. 1 litrlik banka üçün 10 baş sarımsaq (təxminən yarım kilo) 4 ədəd dəfnə yarpağı 4 ədəd mixək 5-6 ədəd yumru qara istiot 2 xörək qaşığı iri duz Təxminən 2 stəkan üzüm sirkəsi Sarımsaq başlarının üst bir neçə lay qabığını soyun. Elə edin ki, dişlər ayrılmasın, baş bütov qalsın. Sarımsağı bankaya yığın. İçinə dəfnə yarpağı, mixək və istiotu əlavə edin. Sirkə tökün. Bankanı bağlayın. Ehmallıca o tərəfə bu tərəfə döndərin ki, ədvalar yayılsın. Bankanı sərin yerə qoyun.Turşu təxminən 2 aya hazırdır.
Sarımsaq çörəyi
Sarımsaq çörəyi — sarımsaq,zeytun yağı və ya kərə yağı ilə örtülmüş bir növ çörəkdir. Bu çörək adətən baget şəklində hazırlanır. Bəzi versiyaları,Çeddar, Mozzarella və Brınza kimi müxtəlif pendir növləri ilə örtülür. Bəzi restoranlarda məzə kimi serv olunur.
Sarımsaqlı
Sarımsaqlı (dağ)
Sarımsaqlı (dağ)
Sarımsaqlı — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. İstisu kurortundan qərbdə, Keçəldağ çayının (Tərtər hövzəsi) sahilində, Qarabağ yaylasındadır. Hündürlüyü 3344 m. Oronim mənşəcə dağ bitkisi olan yabanı sarımsaq (qarğa sarımsağı da adlanır) bitkisinin adından və mənsubiyyət bildirən -// şəkilçisindən ibarət olub, "sarımsaq bitən dağ" mənasındadır. Cənubi Altayda Sarımsaktı adlanan dağ silsiləsi var.
Sarımsaqlı (Çaldıran)
Sarımsaqlı (fars. سارمساقلو‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (15 ailə).
Sarımsaqyarpaqlı pişikotu
Valeriana alliariifolia Adams Hündürlüyü 7–100 (200) sm, gövdəsi düz, möhkəm, çox şırımlı, içi boş, 5–7 ədəd düyünaraları vardır, lap aşağıdakılar qısalmış olan, hündür, çoxillik çılpaq bitkidir. Kökümsovu qalın və qısadır, qeyri-bərabər budaqlanmışdır. Yarpaqları gövdə üzərində (3) 5–7 (8) cüt olmaqla düzülmüş, kökətrafı və aşağı yarpaqları uzun saplaq üzərindədir, iridir, dəyirmi ürəkşəkillidir, qaidə hissəsi dərinürəkşəkillii və ya böyrəkşəkillidir, kənarları sivri dişcikləri olan oyuqlu-dişlidir və sivri və yaxud uc hissəsi sivriləşmişdir, sonrakılar daha qısa saplaq üzərində olub, tədricən azalandır, enli ürəkşəkilliyumurtaşəkillidir, daha sivriləşmişdir, yuxarıdakı yarpaq cütləri demək olar ki, oturaqdır. Çiçək qrupu iridir, qalxanvari olub, dixotomik budaqlanmış, bar verən zaman şaxələnəndir. Tac konusvari-qıfşəkillidir, ağ və ya çəhrayı rəngdədir. Meyvələrinin uzunluğu (3) 4–5 mm-dir, yastıdır, azacıq ürəkşəkilli əsası tədricən yuxarıya doğru daralmışdır, uzunsov və ya xətvariuzunsovdur, çılpaqdır; uçağanı 10–15 ədəd cod tüklərdən ibarətdir, meyvənin ölçüsünə bərabərdir. İyul-Avqust (İyul) Avqust-Sentyabr BQ qərb Şəki və Zaqatala r-n). Yuxarı meşə və subalp qurşaqlarında. Meşə talalarında və çəmənlərdə, rütubətli yerlərdə, çay sahilində, bulaqların yaxınlığında, qayalarda və tökməyerlərdə rast gəlinir.
Sarımsaxlı
Sarımsaqlı (dağ)
Sarımsaxlı (Pəmbək)
Sarımsaxlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. Rayon mərkəzindən 13 km məsafədə, Pəmbək çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Sarmusaxlı formasında qeyd edilmişdir. 1728-ci ildə İrəvan əyalətinin Vadi (vedi)nahiyəsində Sarı Musalı kimidir. Başqa mənbədə Sarı Musaxli kimidir. 1918-ci ildə kənddə ermənilər də yerləşmişdir. 1946-cı ildə kənd ermənicə Karaberd adlandırılmışdır. XIX əsrdə Qazax qəzasında, Cavanşir qəzasında və Quba qəzasında Sarımsaqlı dağ adları ilə mə’naca eynidir. Dağların belə adlanması zirvələrinin zahirən sarımsaq başına oxşaması ilə bağlıdır. Toponim yabanı bitki adı bildirən sarımsaq sözünə çoxluq, cəmlik bildirən -lı şəkilçisinin artırılması əsasında yaranmışdır.
Sarımtıl-boz şibyəyeyən
Sarımtıl-boz şibyəyeyən (lat. Cubosia mesomella) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. Kəpənəyi bir qədər iridir. Qanadları açılmış halda 14-15 mm-dir. Ön qanadı sarımtıl boz, ön kənarı bir qədər tünd sarıdır, ön və arxa kənarın ortasında qara nöqtələr yerləşir. Arxa qanadı tünd boz rəngdədir, onun kənarları sarıdır. Tırtılı qara-qonur, qısa və uzun tüklərlə örtülüdür. Başı qara-qonur rəngdədir. Nadir növdür. İşığa çox zəif uçur.
Sarımtıl-yaşıl şorəngə
' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. Qafqazda (Ermənistan) təbii arealı vardır. Naxçıvan MR-də Babək və Culfa rayonları ətrafından (Darıdağ) təsvir edilmişdir. Azərbaycanın nadir bitkisidir. EN A2c+3c; B2ab (ı,ıı,ııı,ıv). Quru, daşlı, gilli yamaclarda təbii halda bitir. Azərbaycanda kiçik bir arealda yayılmışdır. Çılpaq və qaidə hissəsindən budaqlanmış, hündürlüyü 20-50 sm olan yarımkolcuqdur. Cavan zoğları sarımtıl- yaşıldır.
Sarımtıl-yaşıl şоrangə
' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. Qafqazda (Ermənistan) təbii arealı vardır. Naxçıvan MR-də Babək və Culfa rayonları ətrafından (Darıdağ) təsvir edilmişdir. Azərbaycanın nadir bitkisidir. EN A2c+3c; B2ab (ı,ıı,ııı,ıv). Quru, daşlı, gilli yamaclarda təbii halda bitir. Azərbaycanda kiçik bir arealda yayılmışdır. Çılpaq və qaidə hissəsindən budaqlanmış, hündürlüyü 20-50 sm olan yarımkolcuqdur. Cavan zoğları sarımtıl- yaşıldır.
Sarımtıl skopoliya
Anisodus luridus (lat. Anisodus luridus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin anisodus cinsinə aid bitki növü.
Sarımtıl səhləb
Sarımçax
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Sarıməddin İbrahim bəy Ramazanoğlu
Sarımüddin İbrahim bəy Ramazanoğlu (türk. II İbrahim bey Ramazanoğlu; ? - 1427) - Ramazanoğulları bəyliyinin hökmdarı. Şəhabəddin Əhməd bəyin ölümündən sonra oğulları arasında hakimiyyət uğrunda müharibə başladı. Bu mübarizədə İbrahim bəy hakimiyyəti ələ keçirə bildi. Məmlük sultanına elçilər göndərərək tabe olduğunu bildirdi. Ramazanoğulları bəyliyindəki ara müharibədən istifadə edən Qaramanoğulları Tarsusu yenidən ələ keçirdilər. Məmlük sultanı Məlik ül-Müəyyəd 1417-ci ildə Suriya səfərinə çıxdı. Məmlük ordusu Amik düzənliyinə çatanda İbrahim bəy Ramazanoğlu ordusu ilə ona qoşuldu. Ailəsi ilə sultanın hüzuruna çıxan İbrahim bəy, sultanın inamını qazandı.
Suriya sarımsaqiyli qurbağası
Suriya sarımsaqiyli qurbağası (lat. Pelobates syriacus) — quyruqsuzlar dəstəsindən suda-quruda yaşayanlar növü. Nadir tapılan və sayı getdikcə azalmaqda olan növdür. Qafqaz endemikidir. Bədənin uzunluğu 90 mm-ə çatır. Gözlərinin arasında alnı yastıdır. Gözləri çox iri və qabarıqdır, qızılı rəngli şaquli bəbəyə malikdir. Arxa ayaqlarının barmaqlarını birləşdirən qabarlar sarımtıl rəngdədir. Dərisi hamardır, rəngi üst tərəfdən zeytuni-boz, bəzən sarımtıl rəngdə, düzgün olmayan formalı tünd yaşıl xalları vardır. Qarın ağımtıl, xalsızdır.
Çöl sarımsağı
Kəvərəbənzər sarımsaq
Sarımsaqotu
Sarımsaqotu (lat. Alliaria) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Pallavicinia Cocc. Sisymbrion St.-Lag. Dərman sarımsaqotu (Alliaria petiolata (M.Bieb.) Cavara & Grande) Alliaria taurica (Adam) V.I.Dorof.

"sarım" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sarım nədir? #sarım sözünün mənası #sarım nə deməkdir? #sarım sözünün izahı #sarım sözünün yazılışı #sarım necə yazılır? #sarım sözünün düzgün yazılışı #sarım leksik mənası #sarım sözünün sinonimi #sarım sözünün yaxın mənalı sözlər #sarım sözünün əks mənası #sarım sözünün etimologiyası #sarım sözünün orfoqrafiyası #sarım rusca #sarım inglisça #sarım fransızca #sarım sözünün istifadəsi #sözlük